Jurnalistlər mükafatlandırıldı – Qaliblərin SİYAHISI

Oktyabrın 17-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və “Azərişıq” ASC-nin birgə təşkil etdikləri “İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Turkustan.info xəbər verir ki, mükafatlandırma mərasimi “Azərişıq” ASC-nin Tədris Mərkəzində keçirilib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçılarına əvvəlcə Tədris Mərkəzinin fəaliyyəti, habelə burada nümayiş olunan texnoloji avadanlıqlarla tanışlıq imkanı yaradılıb.

“Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qonaqları salamlayaraq 2015-ci il fevralın 10-da “Bakıelektrikşəbəkə”nin bazasında “Azərişıq” ASC-nin yaradılmasından sonra istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, infrastrukturun müasirləşdirildiyini, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb.

Sədr müavini ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə müvafiq olaraq “Azərişıq” ASC-nin istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş apardığını xüsusi vurğulayıb.

Ramil Yusifov bildirib ki, islahatlar nəticəsində “Azərişıq” ASC-nin elektron xəritəsi “ASAN xidmət”in işinə inteqrasiya edilib, elektron xəritə vasitəsilə abonentlərin elektrik şəbəkəsinə qoşulması prosesi daha da asanlaşıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə bununla ikinci dəfədir ki, “Azərişıq” ASC ilə birgə fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini diqqətə çatdırıb.

O, sentyabrın 11-dən oktyabrın 12-dək davam edən müsabiqəyə 25 KİV-dən 42 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini bildirib.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib. Modern.az-ın əməkdaşı Gülşən Raufqızı müsabiqə yazısında 2-ci yerə layiq görülüb.

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I yer

Həmidli Səxavət Nazim oğlu

“Teleqraf.com” saytının müxbiri

21

2.

II yer

Bayramov Mübariz Ramiz oğlu

“Mövqe” qəzetinin müxbiri

20

3.

II yer

Qasımova Gülşən Rayub qızı

“Modern.az” saytının müxbiri

19,6

4.

III yer

İsmayılov Pərviz Saday oğlu

“Yeni Azərbaycan” qəzetinin müxbiri

19,3

5.

III yer

Mehtiyeva Səkinə Nizaməddin qızı

“Paralel” qəzetinin müxbiri

19,3

6.

III yer

Sarıyeva İradə Murad qızı

“Bakı Xəbər” qəzetinin müxbiri

19

7.

Həvəsləndirici

Əliyev Məhərrəm Ağalar oğlu

“İki sahil” qəzetinin müxbiri

18,6

8.

Həvəsləndirici

İsmayılov Rufik Afis oğlu

“Kaspi” qəzetinin müxbiri

18,6

9.

Həvəsləndirici

Salahov Mətləbəli Bayraməli oğlu

“Səs” qəzetinin məsul katibi

18,3

10.

Həvəsləndirici

Hüseyinova Cəmilə Aslan qızı

“Həftə içi” qəzetinin müxbiri

18,3

11.

Həvəsləndirici

Şahverdiyev Cavid Nadir oğlu

“Xalq Cəbhəsi” qəzetinin müxbiri

18,3

12.

Həvəsləndirici

Allahyarov Mahir Cəlal oğlu

“Dönüş” qəzetinin baş redaktoru (Saatlı)

18,3

13.

Həvəsləndirici

Əhmədova Könül Asim qızı

“Üç nöqtə” qəzetinin müxbiri

18,3

14.

Həvəsləndirici

Əliyev Seymur Telman oğlu

“Moderator.az” saytının müxbiri

18,3

15.

Həvəsləndirici

Qocayev İsmayıl Arif oğlu

“Şərq” qəzetinin müxbiri

18

16.

Həvəsləndirici

Rəhimov Təbriz Kamal oğlu

“Fakt-Araşdırma Təhlil”Analitik İnformasiya Agentliyinin bölgə müxbiri

18

17.

Əliyeva Qaliya Sosialovna

“Kaspiy” qəzetinin şöbə müdiri

17,6

18.

Tağıyev Tural Rasim oğlu

“Palitra” qəzetinin müxbiri

17,6

19.

Aslanov Qədir Təyyar oğlu

“Respublika” qəzetinin şöbə müdiri

17,6

20.

İlyasov Vəli Yusif oğlu

“İki sahil” qəzetinin müxbiri

17,6

21.

Əsədli Züleyxa Ələkbər qızı

“Paralel” qəzetinin müxbiri

17,3

22.

Məmmədov Nüsrət Həsən oğlu

“İki sahil” qəzetinin məsul katibi

17,3

23.

Nərimanlı Asif Cəlal oğlu

“Publika.az” xəbər portalının müxbiri

17,3

24.

Cəlilova Günel İsa qızı

“Bakı Xəbər” qəzetinin müxbiri

17,3

25.

Hüseynov Habil Malik oğlu

“Xalq Cəbhəsi” qəzetinin müxbiri

17,3

26.

Namazov Elçin Sabir oğlu

“İki sahil” qəzetinin bölmə müdiri

17,3

27.

Bəşirova Şahnaz Saleh qızı

“Paralel” qəzetinin müxbiri

17,3

28.

Sultan Rüfət Nadir oğlu

“Mövqe” qəzetinin müxbiri

17

29.

Hüseynli Alim Ziyadxan oğlu

“Olaylar” İnformasiya Agentliyinin müxbiri

17

30.

Tağıbəyli Vüsal Vaqif oğlu

“Həftə içi” qəzetinin müxbiri

16,6

31.

Nəsirli Akif Sovet oğlu

“Paralel” qəzetinin baş redaktor müavini

16,6

32.

Novruzov Novruz İbrahim oğlu

“Mövqe” qəzetinin müxbiri

16,6

33.

Səfərova Samirə Məmmədhənifə qızı

“Bakı Xəbər” qəzetinin baş redaktor müavini

16,6

34.

Soltanova Könül Tarix qızı

“Publika.az” xəbər portalının müxbiri

16,6

35.

Əliyev Azad Akif oğlu

“Həftə içi” qəzetinin redaktoru

16,6

36.

Mustafayeva Xəyalə Süleyman qızı

“Fakt-Araşdırma Təhlil”Analitik İnformasiya Agentliyinin baş redaktoru

16,6

37.

Əsədli Röyal Telman oğlu

“Paralel” qəzetinin şöbə müdiri

16,3

38.

İsgəndərov Hüseyn Şahbaz oğlu

“Unikal” qəzetinin redaktoru

16,3

39.

Həsənov İsgəndər Aqil oğlu

“525-ci qəzet”in redaktoru

16,3

40.

Baxşalıyev Sabir Məhiş oğlu

“Həftə içi” qəzetinin müxbiri

16,3

41.

Əhmədov Anar Məsub oğlu

“Olimpiya dünyası” qəzetinin şöbə müdiri

15,6

42.

Hüseynova Pərvanə Rafiq qızı

“The Business Times” qəzetinin müxbiri

15,6

/Modern.az/