ADAU-nun Aqronomluq fakültəsində Müstəqillik günü ilə bağlı intellektual yarışma keçirilib

Azərbaycan Dövlət  Aqrar Universitetinin Aqronomluq fakültəsinin  tələbələri Müstəqillik Gününü intellektual yarışma ilə qeyd edib.

Yarışmadan əvvəl  Dövlət himni səslənib, Tərbiyə işləri üzrə prorektor, dosent Aidə Qasımova, fakültənin dekanı dosent Məhərrəm İsmayılov müstəqilliyimizin memarı olan Ümummilli Lideri Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərdən danışıb, ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu işlərin nəticələrini diqqətə çatdırıblar. Müstəqilliyimiz varlığımız, gələcəyimiz, xaqımızın əbədi yaşayış tərzidir mövzularında tələbələrin çıxışları da maraqlan dinlənilib.

Sonra fakültənin ixtisasları üzrə təşkil edilən komandalar arasında müstəqillik günü ilə bağlı intelektual yarışma başlayıb. On komanda arasında müstəqilliyə aid  bilik yarışmasında “aqronomluq” ixtisasının (azərbaycan bölməsi) “aqronomluq” komandası birinci yerə layiq görülüb, komanda fəxri fərmanlarla təltif edilib.

Fakltə tədbirində Universitetin rektoru,  AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib, bu tarixi gün münasibətilə tələbə və müəllimlərə təbrikini söyləyib, belə  yarışmaların əhəmiyyətini vurğulayıb.