ADAU-nun tələbə evində müstəqilliyin dəyərlərindən danışılıb

Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı tələbə evinin sakinləri  müstəqillik günü ilə əlaqədar bir araya gəlib, tarixin şanlı səhifəsi olan bu günün əhəmiyyətindən danışıblar

Tələbələrlə keçirilən tədbiri Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Aidə Qasımova  açıb və bildirib ki, əvəzsiz milli sərvətimiz olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb bir vəzifədir. Müstəqilliyimizin ilk illərində onun itirilməsi təhlükəsi yarananda ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyası həyata keçirib. Azərbaycan artıq müstəqil dövlət kimi yaşayır və inkişaf edir.

Çıxış edən tələbələr müstəqillik əldə edildikdən sonra  Azərbaycan Respublikasının dünya birliyinin müstəqil ölkələri sırasında layiqli yerindən, tarixin ağır sınaqlarından çıxan respublikamızın özünəməxsus inkişaf yolundan danışıblar.