Aqrobiznes və idarəetmə fakültəsində ustad dərsləri davam edir

Azərbaycan Dövlət Aqrar Universitetinin tədris proqramına uyğun Aqrobiznes və idarəetmə fakültəsində ustad dərsləri davam edir. Ayrı-ayrı sahələrin mütəxəssisləri dərsələrə dəvət edilir, onların apardığı təcrübə dərsləri tələbələrdə böyük maraq yaradır. Əslində aparıcı şirkətlərin, müəssisələrin və təşkilatların nümayəndələrinin, mütəxəssislərinin  Aqrar Universitetdə praktiki dərslər aparması artıq ənənə halını alıb. Bu da tələbənin sahib olacağı ixtisasın sirrlərinə daha mükəmməl yiyələnməsinə şərait yaradır. Müxtəlif sektorları təmsil edən müətəxəssislərin qonaq mühazirəçi qismində dəvət olunmaları, onların öz təcrübələrini tələbələrlə bölüşmələri də yüksək səmərə verir.

Fakültənin bu dəfə qoaq mühazirəçisi Qrant marketinqin satış meneceri Rəfael Qarayev olub.  İlk olaraq dekan Əlöysət Əsgərov mühazirəçini marketinq ixtisasının tələbələrinə təqdim edib. Sonra Rəfael Qarayev “kiçik satış nöqtəsində hiper marketinqə gedən yolun uğur tarixçəsi” mövzusunda  muhazirə söyləyib.  Bildirib ki, məqsəd kiçik satış nöqtəsi, kiçik strateji marketiq texnologiyaları haqqında bilik və vərdişlərin sizə ötürülməsidir.

Mühazirə maraqla dinlənilib və tələbələr bu sahə ilə bağlı suallarina dolğun, elmə və təcrübəyə söykənən  cavablar alıb.