Azərbaycanda eşşəklər niyə azalıb?

Son 3 il ərzində Azərbaycanda qoyunlar 100 mindən çox, eşşəklər isə 5 minə qədər azalıb.

BBC News Azərbaycancaya Statistika Komitəsindən bildiriblər ki, ölkədəki xırdabuynuzluların sayı iki il əvvəl 8 milyon 600 olubsa, indi 8 milyon 400 mindir.

Uzunqulaqların sayı isə 2016-cı ildə 36 minə yaxın olsa da, bu il bu rəqəm 31 minə yaxındır.

Niger eşşəklərin Asiya ölkələrinə aparılmasını istəmir

Azərbaycanda ceyranlar yaşayan ərazidə şumlama işlərini aparanlar kimdir?

Heyvanlar da intihar edirmi?

Öz bədənlərini yeyən heyvanlar

Heyvanlar niyə azalıb?

“Əhali xırdabuynuzluların ətindən daha çox istifadə edir, ona görə də sayının azalması təbiidir”, Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin rəhbəri Asəf Ömərov qoyunların sayının azalmasını bununla izah edir.

O həmçinin bildirib ki, son illər Azərbaycanda eşşəklərə olan tələbat azalıb”, Onun sözlərinə görə, tələbatın azalmasının əsas səbəblərindən biri ailələrin kənddən şəhərə köç etməsidir.

“Köç edərkən, digər heyvanlarını satırlar, amma eşşəkləri açıb çölə ötürürlər. Bu heyvanlar isə çöl şəraitində vəhşi heyvanlardan qoruna bilmirlər, həmçinin, soyuğa davamlı deyillər”, cənab Ömərov vurğulayıb.  /Cebhe.info/