Ə.Ağaoğlu: “Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərində söküb atmısanmı?”

Ə.Ağaoğlu: “Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərində söküb atmısanmı?”

Azərbaycan xalqının milli istiqalının memarlarından olan böyük fikir adamı Əhməd bəy Ağaoğlunun bu fikirlər 1930-cu ildə İstanbulda qələmə aldığı  “AZAD İNSANLAR ÖLKƏSİNDƏ”  adlı kitabından götürülüb. Böyük düşüncə adamı Əhməd bəy Ağaoğlu  Azadlığı hər hansı inzibati dövlət əsarətində qurtulmaqda deyil məhz insanın fərdi düşüncə AZADLIĞINDA görür.  Azadliq düşüncəsinin  aktuallığını itirdiyi bir zamanda  Ə.Ağaoğlunun AZADLIQ düşüncəsi aktuallığını qoruyub saxlayır. Məhz hazırki cəmiyyətimizdə insanların əksəriyyəti üçün İÇ ZƏNCİRİNİ SÖKÜB ATMISANMI  sualı öz aktuallığını qoruyub saxlamaqdadır. Cəmiyyətimizdə ata-babalarının genetic nökərçilik psixologiyasından azad ola bilməyən insanlar  ictimai siyasi mövqeyindən, statusunda asılı olmayaraq çoxluq təşkil edir. Bir sözlə AZADLIQ düşüncəsi ilə NÖKƏRÇİLİK düşüncəsi qarşı-qarşıyadır. Gələcək nəsilləri azad ruhda böyütmək üçün biz AĞAOĞULLARI nəslinin Azadlıq düşüncəsini dərindən öyrənməliyik. 

Ə.Ağaoğlu AZAD İNSANLAR ÖLKƏSİNDƏ deyir:

 Mən bir əsir idim;

 azad olmaq istədim.

Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq dərindən nəfəs aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Çaşqın-çaşqın bir neçə addım atdım. Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram:

Sol tərəfə gedən yol Azadlıq yoludur. Sağ tərəfə gedən yol köləlik yoludur.

Sol tərəfi tutdum, səhərə qədər getdim.

Dan yeri ağaranda gördüm ki, bir qalanın önündəyəm. Qala qapısının üzərinə qızıl hərflərlə yazılmış bu lövhəni oxudum:

Sərbəst insanlar ölkəsi “Əsl mən istəyən yerdir” deyib qapıdan içəri girmək istədim.

Keşikçilər yolumu kəsdilər:

– Sən kimsən? Hardan gəlib haraya gedirsən? – deyə soruşdular.

 – Mən bir əsir idim, zəncirimi qırıb buraya gəldim.

    İndi azad olmaq istəyirəm, – dedim.

  Keşikçilər diqqətlə baxdılar.

Boynumda zəncirin, qollarımda buxovların izləri bəlli idi.

 – Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərində söküb atmısanmı? –deyə soruşdular.Anlamadım.

 – Elə isə bu suallara cavab ver:

 1. Tamahına yiyə durursanmı?

 2. Doğrunu sevirsənmi?

 3. Həqiqətə dözümün varmı?

4. Ləyaqət sahibisənmi?”

  Ə.Ağaoğluna görə  AZADLIQ  tamahına sahib olmaq,  DOĞRUNU  sevmək, HƏQİQƏTƏ qarşı dözümlü olmaq və LƏYAQƏT sahibi olmaqdan keçir.

18 oktyabr 2018-ci il

Kazan şəhəri