Dünya şöhrətli brendin reklamında Azərbaycan mahnısı – VİDEO

Dünyaca məşhur “Fendi” brendinin yeni reklam çarxı sosial şəbəkədə azərbaycanlı istifadəçilərin marağına səbəb olub.

Turkustan.info xəbər verir ki, buna reklam videosunda Azərbaycan mahnısından istifadə edilməsi səbəb olub.

Rəngarəng video çarxda “Bir gün mənə rəhmin gələcək” mahnısı səslənir.

/oxu.az/