Gəncənin Səhiyyə İdarəsinə yeni rəis TƏYİNATI

Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib.
Turkustan.info bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova BakuPost-a bildirib ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Bu vəzifəyə Abbas Səhhət adına 1 nömrəli Gəncə şəhər xəstəxanasının baş həkimi Nazim Məmməd oğlu Əhmədov təyin edilib.