İran “qollarını çırmaladı”: Qurtuluş yolu

İran noyabrda gözlənilən sanksiyalara cavab tədbirləri hazırlayır. Artıq ilkin mərhələ olaraq bu ölkənin Mərkəzi Bankının beynəlxalq banklararası hesablaşma və məlumat mübadiləsi sistemi olan SWIFT-dən çıxacağı bildirilir. İran beləliklə sanskiyaların təsirini maksimum azaltmağa çalışır və başqa maliyyə sisteminə keçmək üçün cəhdlər edir.

Turkustan.info xəbər verir ki, İran Mərkəzi Bankı artıq alternativin hazırlandığını bildirsə də, söhbətin konkret olaraq hansı proqramdan getdiyini açıqlamayıb. 
Sadəcə “Bu proqramın yaranması üçün göstərilən səylərin uğurla nəticələnəcəyinə ümid edirik”,- deyə bankın açıqlamasında vurğulanıb. 

Xatırladaq ki, beynəlxalq banklararası hesablaşma və məlumat mübadiləsi sistemi olan SWIFT 1973-cü ildə yaradılıb. 

Sistemin ABŞ, Hollandiya, İngiltərə və Honq- Konqda mərkəzi var. ABŞ tərəfi məhz bu sistem vasitəsilə digər ölkələrin maliyyə əməliyyatlarını nəzarətdə saxlaya bilir.   /Cebhe.info/