Sumqayıtda İbrahim İlyaslının 55 illik yubiley tədbiri keçirilib – “Şair olmaq zülümdür ” – FOTOLAR

Sumqayıt şəhər Gənclər kitabxanası və 16 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə şair İbrahim İlyaslının 55 illik yubileyi münasibətilə tədbir və “Şair olmaq zülümdür ” kitabının təqdimatı keçirilib.

Tədbirdə şair İbrahim İlyaslı,Təhsil şöbəsinin kitabxana sektoru üzrə metodisti Səbirə Məmmədova , 2 saylı məktəbin direktoru Xalid Adıgözəlov, 16 saylı məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.

Tədbirdə məktəbin ədəbiyyat müəllimi Sevil Behbudbəyli şairin həyat yolu, yaradıcılığı haqqında tədbir iştirakçılarını məlumat verilib.

Sonra şairin şeirlərindən nümunələr söylənilib, musiqi nömrələri dinlənilib.

Daha sonra İbrahim İlyaslı çıxış edib. O, tədbirin təşkilatçılarına təşəkkür edərək belə tədbirlərin keçirilməsinin oxucular və yaradıcı adamlar üçün böyük əhəmiyyətindən danışıb, şeirlərini oxuyub, şagirdlərin suallarını cavablandırıb.

Sonda məktəbin direktoru Niyaz Süleymanov şairin şeirlərindən nümunələr söyləyib, tədbir iştirakçılarına və kitabxana əməkdaşlarına minnətdarlığını bildirib.

Sumqayıtda “Şair olmaq zülümdür” - FOTOLAR