Ərdoğan: “Azərbaycan hər zaman Türkiyənin yanında olub”

“Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş ölkədir”.

Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bunu STAR Neft Emalı Zavodunun açılışını şərh edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Azərbaycanın Türkiyənin yanında olması və onun nailiyyətləri Ankaranı sevindirir.

Qeyd edək ki, bu gün İzmir şəhərində SOCAR-a məxsus STAR Neft Emalı Zavodunun açılışı baş tutacaq.