Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib.
Tədbirdə İnstitutun müəllim-tələbə heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Aİİ-nin yaradılma məqsədi, hədəfləri barədə məlumat verib. Rektor İnstitutda maarifləndirmə işinə xüsusi əhəmiyyət verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, dəyirmi masaların təşkil edildiyini söyləyib. C.Məmmədov bildirib ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi genişlənir və dünyada bu sahəyə xüsusi diqqət yetirilir. O cümlədən, Azərbaycanda ali məktəblərdə güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan C.Məmmədov dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb. Rektor elm və təhsilin inkişafında Ümummilli Lider Heydər Əliyevin apardığı dövlət siyasətindən danışıb. O, qeyd edib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində inkişaf etdirilən bu sahə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də qayğı ilə əhatə olunub.
Sonra Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə elm və təhsildə düşüncə tərzi, tərəqqinin mexanizmi, insan inkişafının indeksi, keyfiyyət amili, təhsilin aktuallığı məsələlərinə toxunulub. Ş.Əsgərov elm ocaqlarının cəmiyyətin və xalqın həyatındakı həlledici rolunu vurğulayaraq, təhsilin əsas məqsədlərindən birinin gənclərə doğru qərar qəbul etməyi öyrətmək olduğunu deyib.
Məruzədə elmin İslami nöqteyi-nəzərdən tərifi verilib, həmçinin pedaqoji sahədə qiymət mexanizminin mahiyyətindən danışılıb, “başa düşmək”lə “mənimsəmək” ifadələrinin fərqi izah olunub. Qeyd olunub ki, “Bilik vəhyin, hissin və təcrübənin əldə etdiyi elm vəhdətidir”. Elm və təhsilin inkişaf etmiş ölkələrdə, ikinci və ya üçüncü dünya dövlətlərində fərqli təzahürlərinə diqqət cəlb edən professor tərəqqinin fəlsəfəsindən danışıb, texnologiyanın önəmini qeyd edib. Bildirilib ki, texnologiyanın inkişaf sürəti və ya tərəqqi elmdən asılıdır. Elmi inkişaf etdirən subyekt alimlərdir. Onlar inkişafın mərkəzində durur və ideya generatorlarıdırlar. Tərəqqini texnologiya ilə elmi vəhdətdə götürən alim vurğulayıb: “İqtisadiyyatın açarı texnikada, texnikanın açarı texnologiyada, texnologiyanın açarı elmdə, elmin açarı isə təhsildədir. Demək, təhsilimiz iqtisadiyyatımızın başqa müstəvi üzərində təzahürüdür. Hesab etmək olar ki, elm texnologiya və sənaye ilə bir qurumda cəmlənməlidir”.
Məruzədə, həmçinin təhsilimizin bugünündən də danışılıb. Qeyd olunub ki, son illər təhsilimizdə danılmaz uğurlar var və təhsil sistemi yeni və müasir məktəb şəbəkələri ilə əhatə olunub. Bu gün təhsil ocaqlarının 1990-cı və ya 2000-ci illərlə müqayisəyəyəgəlməz dərəcədə inkişaf etdiyini bildirən məruzəçi məktəblərin informativ və kommunikativ texnologiya ilə təmin olunduğunu və bir çox ali təhsil müəssisələri rəhbərlərinin bu sahədə xüsusi əzmkarlıq göstərdiyini qeyd edib. Vurğulanıb ki, bu uğurda Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı böyükdür.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve takım elbise

Görüntünün olası içeriği: 14 kişi, oturan insanlar

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, oturan insanlar, ekran ve iç mekan

Görüntünün olası içeriği: 9 kişi, ayakta duran insanlar, takım elbise ve iç mekan