Paşinyan: “Azərbaycan tərəfi ilə razılığa gəlmişik ki…”

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan cəbhəsindəki vəziyyətlə bağlı açıqlama verib.

Turkustan.info xəbər verir ki, Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, hazırda cəbhədə vəziyyət sakitdir və bu, müəyyən qədər Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə razılaşmalarla bağlıdır.

O təsdiq edib ki, Azərbaycan hakimiyyəti ilə əməliyyat rabitəsi qurulub. “Azərbaycan tərəfi ilə razılığa gəlinərək, etibarlı, operativ əlaqə qurulub. Demək olar ki, cəbhədən hər bir məlumat – əgər onların tərəfindən olarsa – yarım saat ərzində Azərbaycan prezidentinin diqqətinə çatdırılacaq, bizim tərəfimizdən olarsa, mənə də həmin müddət ərzində çatacaq”, – deyə Paşinyan bildirib. /Modern.az/