“Qərbi Nil” qızdırması 140 can aldı – İdarədən xəbərdarlıq

Avropada son ildə 1,3 min nəfər “Qərbi Nil”  qızdırmasına yoluxub və 140 nəfər dünyasını dəyişib.

Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Səhiyyə İdarəsi yayıb və əhaliyə xəbərdarlıq edib.

Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin (KEELPNO) oktyabrın 4-ə  olan məlumata görə, ümumilkdə 1317 yoluxma halı (İtaliya – 495, Yunanıstan – 283, Rumıniya – 256, Macarıstan – 197, Xorvatiya – 45, Fransa – 16, Avstriya – 15, Bolqarıstan – 6, Sloveniya – 3, Çexiya – 1) qeydə alınıb. Xəstəlik ağcaqanadlar vasitəsilə yayılır.

Xatırladaq ki, “Qərbi Nil” qızdırması ilk dəfə 2010-cu ildə Yunanıstanda qeydə alınıb.   /yenicag.az/