Qaşıqçının qatili general imiş – Təcili

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının öldürülməsində vəliəhd Məhəmməd bin Salmanın yaxın adamlarından biri hesab olunan kəşfiyyatçı-general Əhməd əl-Assirini ittiham etməyə hazırlaşır.

Turkustan.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” 3 mənbəyə istinadən yazıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı general Əhməd əl-Assirinin vəliəhddən Qaşıqçının yaxalanaraq ölkəyə gətirilməsi barədə göstəriş aldığını, ancaq generalın bu göstərişi səhv anlayaraq və ya səlahiyyətlərindən sui-istifadə edərək Qaşıqçını öldürtdüyünü açıqlamağa hazırlaşır.

Ərəb dili ilə yanaşı, ingilis və fransızca da danışan Əhməd əl-Assiri keçmişdə Yəməndə Səudiyyə Ərəbistanı liderliyində koalisiya qüvvələrinin sözçüsü kimi də fəaliyyət göstərib.

Hazırki vəzifəsinə ötən il təyin edilən general “Nyu York Tayms”ın iddialarla bağlı suallarını cavabsız qoyub.  /Axar.az/