“Türkiyənin dünyada söz sahibi olması bizi çox sevindirir” – Prezident Əliyev

“Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində dünyada böyük bir gücə çatdı”. 

“Anadolu” agentliyi xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə “Star” NEZ-in açılışı zamanı bildirib.

Azərbaycan prezidenti qeyd edib ki, Türkiyə dünyada söz sahibidir: “Bu bizi çox sevindirir. Türkiyənin gücü bizim gücümüzdür”(Azadinform).