Gün: Oktyabr 20, 2018

Şəhid ailələrinə əlavə ödəniş: Qayda dəyişəcəkmi?

Məlum olduğu kimi, prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid vərəsələrinə  11 min manat məbləğində birdəfəlik sığorta ödənişlərinin edilməsinə başlayıb. Amma bu məsələ ilə bağlı yaranan problem ictimaiyyətin narazılığına səbəb olub.Sərəncamda 1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən, həlak olmuş və itkin düşmüş hərbi […]

Yandırılan qızın başına gətirilənlər – Bakıda dəhşətli olayın TƏFƏRRÜATLARI

Arvadını yandıraraq öldürən şəxs hakim qarşısına çıxarılıb. Turkustan.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hadisə baş verən mağazanın işçisi Samir Abdullayev ifadə verib. Şahid söyləyib ki, həmin […]

Gürcüstanda marixuana festivalında prezidentliyə namizəd saxlanıldı

“Qirçi” partiyasının lideri və Gürcüstan prezidentliyinə namizəd Zurab Caparidze bu gün Tbilisinin “Deda Ena” parkında keçirilən marixuana festivalında saxlanılıb. Turkustan.info Oxu.Az-a istinadla xəbər verir ki, siyasətçiyə qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur. Həmçinin festivala qatılan daha bir neçə vətəndaş saxlanılıb. Lideri Gürcüstan prezidentliyi uğrunda mübarizə aparan “Qirçi” partiyası azadlığa […]

Bürclərdən ən uğurlu 6 cütlük: Sizin sevginiz hansıdır?..

Tərəzi və Əqrəb Tərəzi və Əqrəb – çox yaxşı dost və tərəfdaş ola bilirlər. Çünki hər ikisi gizli şəkildə ehtirasa meyllidir. Tərəzi istəyir ki, onun ardınca gəlsinlər, Əqrəb isə yaxın adamlar üçün hər şeyə hazırdır. Balıq və Xərçəng Zodiakın iki ən emosional və intuitiv bürcü olaraq Balıq və Xərçəng bir-birini […]

Konsulluqda öldürülən Camal Qaşıqçının yeni görüntüləri yayıldı – VİDEO

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən Camal Qaşıqçının yeni görüntüləri yayılıb. Turkustan.info xəbər verir ki, Türkiyə mətbuatı tərəfindən yayılan görüntülər Qaşıqçının öldürülməsindən 7 gün öncə lentə alınıb. Məsələ burasındadır ki, Camal Qaşıqçı sentyabrın 25-də İstanbulda sevgilisi ilə birlikdə ev alır. Evləndikdən sonra xanımı ilə birlikdə sözügedən evdə yaşamağı planlaşdıran Qaşıqçı, sənədlərini hazırlamaq […]

“Türmə mənim üçün bioloji ölümdür” deyən Vidadi Zeynalov həbsdən çıxa bilmədi – Sensasion səbəb

Dövlətə vurduğu milyonlarla ziyanı tam ödəyən RYTN-in sabiq Aparat rəhbərinin Ali Məhkəmədəki şikayətinə baxılmamasının pərdəarxası Oktyabrın 19-da Ali Məhkəmədə o vaxt Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan (RYTN) qurumun Aparat  rəhbəri olmuş Vidadi Zeynalov və digərlərinin barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilməli idi. Amma “report”un xəbərinə […]

Seymologiya idarəsindən qorxulu zəlzələ proqnozu

Uzun müddət yeraltı təkanlar olmazsa, daha təhlükəli zəlzələlər baş verər Gün ərzində respublika ərazisində bir neçə zəlzələ baş verir. Buna səbəb litosferdə gedən dəyişikliklərdir. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi maqnitudası 3 bal və ondan yuxarı olan, hiss edilən, eləcə də edilməyən yeraltı təkanlar haqqında məlumatları cəmiyyətə […]

Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?

Ermənistan danışıqlar prosesini daima pozub  ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills bəyan edib ki, ermənilərin əksəriyyəti işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi kimi qaytarılmasına qarşıdırlar və o, buna təəccüblənir. “Mənə təəccüblü gəlir ki, Ermənistanda mümkün kompromislər barədə müzakirələr yoxdur”, ” — deyə amerikalı diplomat qeyd edib. O vurğulayıb ki, 2016-cı ilin […]

Azərbaycanın qadağa siyahısı: NƏLƏR VAR?

Akif Nəsirli: “Azərbaycanda qeyri-neft sektorunun istehsalı zəif inkişaf etdiyindən, hələlik hansısa məhsulun ölkəyə idxalına kvota və ya embarqo qoyulmayıb” Azərbaycana idxalı məhdudlaşdırılmış və qadağan edilmiş mallar Mülki Məcəllə ilə tənzimlənir. Qanun ümumilikdə 18 adda və növdə məhsulların ölkəyə gətirilməsini qadağan edir. Bu qadağalar isə sırf təhlükəsizlik məsələləri ilə bağlıdır. Qanunvericilikdə […]

Smartfonun insan sağlamlığına vurduğu 10 zərbə – Görmə, eşitmə problemi, allergiya, qorxulu viruslar və XƏRÇƏNG…

Smartfonun insan sağlamlığına 10 əsas təsiri önə çəkilir İnsan tərəfindən rabitə sisteminin fəthi 21-ci əsrdə müasir texnologiyaların köməyi ilə pik həddinə yüksəlib. Bu, çox uzun bir yoldan sonrakıdır və xəbər daşıyıcısı qismində «poçt göyərçini»ndən başlayıb – mobil telefon adlandırdığımız müasir cib «əşyası»na gəlib çatıb. Gerçəkdən, elm və texnikanın inanılmaz nailiyyətləri […]

Dəhşətli qətlin kadrları yayıldı – VİDEO

Moskvada baş vermiş dəhşətli qətlin kadrları yayılıb. Turkustan.info Ren.TV-yə istinadən xəbər verir ki, dostlar arasında yaranan mübahisə ölümlə nəticələnib.  Kadrlardan göründüyü kimi iki nəfərin söhbəti zamanı dostlardan biri qəflətən cibindən bıçağı çıxarıb digərinə çoxsaylı zərbələr endirir.  Bildirilir ki, mübahisə edən şəxslər və daha bir nəfər üç qadınla birlikdə Moskvanın cənubunda kirayə […]

Nikolun qələbəsi qorxuludur: o, hər şeyi məhv edir – ABŞ KİV

Ermənistan siyasi böhran vəziyyətindədir. Turkustan.info xəbər verir ki, bu sözlər amerikalı jurnalist Ves Martinin “Nəşnl İnterest” qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, Con Boltonun Ermənistana səfəri zamanı onu heç də asan situasiya gözləmir. O, Nikol Paşinyanın ölkədəki hüquq-mühafizə orqanlarından öz siyasi rəqibləri ilə hesablaşmaq üçün istifadə etdiyini bildirib: “Paşinyanın ilk […]

“Nə olsun ki, o başqa dinə sitayiş edir, dili, mədəniyyəti fərqlidir…” – Əli Həsənov Erciyez Universitetində

Hər bir dövlətin dialoqa olan münasibəti onun daxilindən başlayır. Turkustan.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov Türkiyənin Kayseri şəhərinin Erciyez Universitetində keçirilən konfransda deyib. Əli Həsənov bildirib ki, Azərbaycan multikultural dəyərləri öz dövlət siyasətimizin təməl prinsiplərindən, əsas istiqamətlərindən biri kimi elan edib […]

İstanbulda möhtəşəm Türkiyə-Azərbaycan gecəsi keçiriləcək – VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100, Türkiyə Cümhuriyyətinin isə 95-ci ildönümü İstanbulda təntənə ilə qeyd olunacaq. Turkustan.info xəbər verir ki, oktyabrın 26-sı yerli vaxtla saat 19:00-da İstanbul “Gonen” otelində baş tutacaq təntənəli gecənin təşkilatçısı Türk xalqlarının birliyi yönündə fədakar fəaliyyəti ilə tanınan Seyfullah Türksoyun başqanı olduğu “İpekyolu” Strateji Araşdırmalar Mərkəzidir. Tədbirdə Türkiyə […]

Baş Prokurorluq bəzi KİV-lərlə bağlı məlumat yaydı

Baş Prokurorluq bəzi KİV-lərdə yer alan və həqiqəti əks etdirməyən informasiya ilə bağlı məlumat yayıb Azərbaycan Respublikasının Baş Prokurorluğu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bəzi vəzifəli şəxslərinin guya vaxtından əvvəl azadlığa buraxılmaları ilə əlaqədar həqiqəti əks etdirməyən informasiyalarla bağlı məlumat yayıb. […]

Koalisiya qüvvələri Suriyada yenə məscidi bombaladı

Suriyada İŞİD-ə qarşı mübarizə üçün qurulmuş ABŞ rəhbərliyindəki koalisiya qüvvələri terrorçuların yerinə növbəti dəfə sivilləri hədəf alıb. Turkustan.info  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, dünən Deyr-əz-Zor rayonunun Süsə qəsəbəsində cümə namazı vaxtı Osman bin Əffan məscidi bombalanıb. Ölən və yaralıların sayı barədə dəqiq məlumat açıqlanmayıb. Məlumat üçün bildirək ki, bu […]

Köçəryanın revanşı: Ümid generallaradır

Ermənistanın sabiq prezidenti Robert Köçəryan partiya yaratmaq və müxalifətə keçmək fikrində olduğunu deyib.Robert Köçəryan bildirib ki, hazırda Ermənistanın müxalifət düşərgəsində boşluq hiss etdiyi üçün siyasətə qayıtmağı qərara alıb. Eyni zamanda,R. Köçəryan qarşıdan gələn parlament seçkilərində iştirak edə bilməyəcəyini də deyib. 10 ildir siyasi səhnədən çəkilən Robert Köçəryanın indi yenidən Ermənistanda […]

Bü gecə bütün gözlər Aya DİKİLƏCƏK

Şamaxı Astrofizika Rəsədxanasında Ayın teleskopla müşahidəsi təşkil ediləcək. Rəsədxanadan  verilən məlumata görə, müşahidə bu gün Beynəlxalq Ay Müşahidəsi Günü çərçivəsində (hava şəraiti əlverişli olarsa) baş tutacaq. Şamaxı Astrofizika Rəsədxanasına hər kəsi Ayı teleskopla müşahidə etməyə dəvət edir. Qeyd edək ki, 2010 -ci ildən başlayaraq hər il bütün dünyada Beynəlxalq Ay Müşahidəsi […]

ABŞ mətbuatından Ərdoğana TƏRİF – “Heç kim onun qədər…”

“Səudiyyəli jurnalist Camal Qaşıqçı itkin düşəndən sonra Türkiyə bu hadisəni araşdırmaqdan daha çoxunu etdi. Öz torpaqlarında həyasızca, bir dövlətin dəstəyi ilə təşkil edilən edama bütün dünyanın diqqətini yönəltdi”. Turkustan.info xəbər verir ki, bu sözlər ABŞ-ın “Vaşinqton Post” qəzetində C.Qaşıqçı hadisəsi ilə dərc edilən məqalədə qeyd olunub. Məqalədə həmçinin C.Qaşıqçı cinayəti ilə […]

Beyninizin necə işlədiyini bilirsiniz? – HEYRƏTAMİZ FAKTLAR

Təbiət, yaradılış öz mükəmməlliyi ilə heyran etməyə davam edir. Dünyanın ən böyük sürprizi insandır. İnsanın ən izah edilməz orqanı isə onu idarə edən beyindir. Bəli, dünya alimləri uzun illərdir beynin sistematik fəaliyyəti ilə əlaqədar araşdırmalar aparsalar da, beynin necə işlədiyi sirrini aça bilməyiblər. Amma hər dəfəsində maraqlı faktlar aşkarlayıblar. Turkustan.info […]

Azərbaycanın sabiq naziri aparıcılığa başladı — VİDEO

Azərbaycanın sabiq maliyə naziri Fikrət Yusifov Real TV-də işə başlayıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, “Real iqtisadiyyat” verilişi sabiq nazirin təqdimatında yayımlanır. Verilişin yayımına dünən saat 20:30-da başlanılıb. Qeyd edək ki, Fikrət Yusifov 1992-ci ilin oktyabr ayında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsində, daha sonra, 1994-cü ildən 1999-cu […]

Azərbaycana keçməyə cəhd edən erməni psixi xəstədir? – FOTO

Azərbaycana keçməyə cəhd edən şəxs Sevan Psixiatriya xəstəxanasına yerləşdirilib. Turkustan.info ordu.az-a istinadən xəbər verir ki, 2018-ci il iyulun 12-dən etibarən Tavuş vilayət məhkəməsində Berd rayon Verin Karmiraxpyur kənd sakini Qevork Levonoviç Çobanyanın məhkəmə prosesi davam edir. O, 1 may 2018-ci il saat 09:00 radələrində Nerkin Karmiraxpyur kəndinin qarşısında yerləşən Ermənistan […]

Kafelərdə zəhərlənənlər – Niyə göz yumulur? – VİDEO

Qadağan olunmasına dair qanunun qəbul olunmasına baxmayaraq qapalı yerlərdə siqaret çəkənlərə tez-tez rast gəlinir. Turkustan.info xəbər verir ki, bəzi kafelərdə siqaret çəkməyi qadağan edən tablo yoxdur. Heç bu işdə kafe sahibləri də maraqlı deyil. Vəziyyətin fərqli olduğu məkanlar da var. Obyekt sahibi siqaretin çəkilməsini qadağan edən nişanları göstərir və obyektində […]

12 yaşlı qız uşağının sünnət görüntüləri ŞOK YARATDI – VİDEO 18+

Dünyanın 30 ölkəsində il ərzində 3 milyona yaxın qadın sünnət edilir. Qadın sünnətinin ən çox yayıldığı region Afrika və Cənub-Şərqi Asiyadır. Somalidəki qızların 98%-nin sünnət edildiyi bildirilir. Təkcə Somali yox, Efiopiya, Fil Dişi Sahili, Seneqal, Keniya, Benin Qana, Nigeriya, Tanzaniya və Nigerdə də qadın sünnəti geniş yayılıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir […]

MTN-in vəzifəli şəxsləri vaxtından əvvəl azadlığa buraxılıb? – Rəsmi

Bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bəzi vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmaları ilə əlaqədar yayılmış informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumat verildiyi kimi, qeyd […]

Bu universitetdə tələbələrə qeyri-adi qadağa… – Açıqlama

Bu, Odlar Yurdu Universitetinin tələbələrinə qoyduğu qadağa deyil. Bu, bir növ, məlumat xarakterli elandır. Xüsusilə universitetimizə bu il qəbul olunan yeni tələbələrimiz üçün nəzərdə tutulub ki, dərs vaxtı sakitlik olanda dikdaban ayaqqabıdan çıxan səslə dərsi pozmasınlar. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Odlar Yurdu Universitetinin mətbuat katibi Günay İmanova universitetdə “Diqqət! […]

Türkiyə ilə meqalayihə: Bakı nə qədər qazanacaq?

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən gün açılışı olan “Star” neft emalı zavodu çox böyük bir layihədir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışındakı nitqini şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili […]

Sahil Babayev niyə həyat sığortasına qarşı çıxır?

Azərbaycanda yaşam sığortası ilə bağlı hökumət və  şirkətlər arasında müzakirələr oktyabrın sonunadək başa çatmalıdır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, hazırda həyat sığortası ilə bağlı müzakirələr təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə şirkətlər arasında aparılmır, müzakirələrdə Vergilər və Maliyyə nazirlikləri […]

Qayda pozan avtobus sürücüləri niyə cərimələnmir? – Yol Polisindən AÇIQLAMA

“Bütün nəqliyyat vasitələri kimi, marşrut avtobusları da qayda pozuntusuna yol verdikdə saxlanılır, sürücü inzibati məsuliyyətə cəlb olunur”. Turkustan.info bildirir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, bəzi hallarda avtobus sürücüləri üçün elektron qərar tərtib olunur: “Növündən asılı […]

Məni Rusiyaya satılmaqda ittiham edirlər – Paşinyan

Ermənistan və Rusiya arasında münasibətlər heç vaxt olmadığı qədər yaxşıdır. Turkustan.info xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan deyib. “Bizim hökumətimizin fəaliyyətinə dair ilk gündən pessimist proqnozlar səsləndirilirdi. Ermənistan-Rusiya münasibətlərinin dağılacağına dair həyəcan təbili çalınırdı. Ermənistan-Rusiya münasibətlərinin yaxşı olduğunu görəndən sonra məni Rusiyaya satılmaqda ittiham […]

Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə!

Telekommunikasiya və yeni həllər vasitəsilə insan həyatını asanlaşdırmağı, onun keyfiyyətini artırmağı, ən son texnologiyaları istifadəçiləri üçün əlçatan etməyi hədəfləyən, iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telekom oktyabrın 19-dan etibarən iPhone Xs və iPhone Xs Max smartfonları ilə bağlı sərfəli kampaniya ilə abunəçilərini sevindirir. Yeni  kampaniyaya əsasən Azercell Eksklüziv mağazalarına […]

Rusiyanın edə bilmədiyini Çin bacardı

Çin kosmosa günəş işığını yer kürəsinə qaytaran peyk göndərəcək. Bu layihə ilə 6400 kvadrat kilometrlik sahə aydınlanacaq. Süni Aya nəhəng aynalar yerləşdiriləcək və onlar 24 saat aydınlıq yarada biləcəklər. Peykin 2020-ci ildə tamamlanacağı gözlənilir. Süni Ay peykindən 3 ədəd istehsal edilərək kosmosa göndəriləcəyi deyilir. Süni Ayı yaratmaqda məqsəd elektrik enerjisinə […]

Səudiyyə Ərəbistanı ETİRAF ETDİ – “Kaşıkçı konsulluqda öldürülüb!”

Səudiyyə Ərəbistanı rejimi axır ki, müxalif jurnalist Camal Xaşoginin (yaxud Camal Kaşıkçı) bu ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyünü etiraf edib.  Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokurorunun dövlət televiziyası ilə yayımlanan bəyanatında deyilir: “Kaşıkçı İstanbul baş konsulluğuna girərkən orada olan başqa Səudiyyə vətəndaşları ilə mübahisə etməyə başlayıb. […]

Ticarət mərkəzində qadın ac akulalarla dolu hovuza düşdü – VİDEO

Çinin Çyanzin şəhərində ticarət mərkəzinin əməkdaşı köpəkbalıqları ilə dolu dekorativ hovuza düşüb. Turkustan.info-nun xəbərinə görə, görüntüləri “Metro” nəşri yayıb. Ticarət Mərkəzinin əməkdaşları akulaları yedizdirməyə hazırlaşıblar, bu səbəbdən rezervuar açıq olub.  Qadın işə gecikməsi səbəbindən yolunu qısaltmaq istəyib, lakin maneəni görməyib və hovuza düşüb.  Onun köməyinə təhlükəsizlik xidmətinin əməkdaşları gəlib. Onlar […]

Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı – MÜHÜM QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar verib. Turkustan.info-nun xəbərinə görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, “Aİ-92” oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumundan azad edilib. Əvvəllər bu növ benzin üçün gömrük rüsumu […]

“Samsung”un Super Ailəsi olmaq istərdinizmi?

Diqqət! “Samsung” şirkəti Super müsabiqə elan edir. Ailə institutunun önəmliliyini dəstəkləyərək, və milli ənənələrimizə dəyər verərək, “Samsung” şirkəti qarşıda hər birimizi gözləyən möhtəşəm kampaniya çərçivəsində öz məhsullarını təmsil etməyə “Super Azərbaycan Ailəsini” dəvət edir. Belə ki, xüsusi münsiflər heyəti tərəfindən seçilmiş və yarışda qalib gəlmiş ailə kampaniyanın siması olacaq. Müsabiqənin şərtləri çox […]

Qastroenteroloq: “Düzgün müalicə olunduqda mədə xorası…”

Mədə xorası-mədənin selikli qişasının tamlığının pozulmasıdır. Müxtəlif səbəblərdən mədə xorası yarana bilər. Ən çox səbəb olan faktorlara H.Pylori infeksiyasını, aspirin, ibuprofen və s. kimi qeyri-steroid preparatların qəbulunu, stressi, qeyri-düzgün qidalanmanı və s. misal çəkmək olar. Xəstəliyin əlamətləri qida qəbulundan sonra mədə nahiyəsində (epiqastral) ağrılar, ürəkbulanma, qusma, gəyirmə, köp, iştahanın və […]

Cavanşir Feyziyev beynəlxalq mükafata layiq görülüb – FOTOLAR

Millət vəkili Cavanşir Feyziyev beynəlxalq mükafata layiq görülüb. Turkustan.info xəbər verir ki, Bakıda “Dubai İnternational” Hoteldə keçirilən mərasimdə “The First”- (Birincilər) layihəsinin IX – Beynəlxalq Mükafatlandırma təqdimatı gerçəkləşib.  Mərasimdə millət vəkili Cavanşir Feyziyevə sözügedən mükafat təqdim edilib. Mukafatı millət vəkilinə İLESAM başkanı Mehmet Nuri Parmaksız təqdim edib. Qeyd edək ki, hər il […]