Bürclərdən ən uğurlu 6 cütlük: Sizin sevginiz hansıdır?..

Tərəzi və Əqrəb

Tərəzi və Əqrəb – çox yaxşı dost və tərəfdaş ola bilirlər. Çünki hər ikisi gizli şəkildə ehtirasa meyllidir. Tərəzi istəyir ki, onun ardınca gəlsinlər, Əqrəb isə yaxın adamlar üçün hər şeyə hazırdır.

Balıq və Xərçəng

Zodiakın iki ən emosional və intuitiv bürcü olaraq Balıq və Xərçəng bir-birini başqa hamıdan daha yaxşı başa düşür. Onlar birlikdə öz ayrı dünyalarına qərq olurlar və anlayışla qarşılanmalarında xoşbəxtlik tapırlar. Onların arasında qarşılıqlı cazibə danılmazdır.

Oxatan və Qoç

Oxatan və Qoç bir yerə düşübsə, macəralar qaçılmazdır. Bu iki bürc qarşılıqlı olaraq bir-birinin fikirlərini oxumağı sevirlər. Birlikdə səfərlər planlayırlar, qeyri-adi faktları müzakirə edirlər, saatlarla söhbət etmək üçün mövzu tapmaqda çətinlik çəkmirlər.

Əkizlər və Dolça

Əkizlər və Dolça qarşılıqlı olaraq bir-birlərinə tarazlıq gətirirlər. Əkizlər qətiyyətsiz və dağınıq ola bilərlər, amma Dolça qətiyyətli və diqqətlidir. Onlar ümumi məqsədlərə çatmaqda bir-birlərinə ehtiyac hiss edirlər. Əkizlər Dolçanın gözlərini ətraf aləmə açır, Dolça isə Əkizlərə yol göstərir.

Qız və Buğa

Qız və Buğa demək olar ki, bir-birləri üçün yaranıblar. Bir-birlərini ideal formada tamamlayırlar. Onlar yaxşı dostluq münasibətləri və uğurlu biznes tərəfdaşlığı qura bilirlər. Bu iki bürcün ailə münasibətləri də ideal olur.

Şir və Oğlaq

Şir və Oğlaq xaraktercə fərqli olsalar da, həqiqətən də bir-birinə qəlbən yaxın olurlar. Şir emosionaldır, Oğlaq isə təmkinlidir. Şir bütün sevgisini Oğlağa verməyə hazırdır. Oğlaq da eyni bağlılıqla qarşılıq verir. Bu bürclərin hər ikisi sakit birgə həyata can atır.   /bizimyol.info/