Qayda pozan avtobus sürücüləri niyə cərimələnmir? – Yol Polisindən AÇIQLAMA

“Bütün nəqliyyat vasitələri kimi, marşrut avtobusları da qayda pozuntusuna yol verdikdə saxlanılır, sürücü inzibati məsuliyyətə cəlb olunur”.

Turkustan.info bildirir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, bəzi hallarda avtobus sürücüləri üçün elektron qərar tərtib olunur:

“Növündən asılı olmayaraq, ictimai nəqliyyat vasitələri üçün də müəyyən olunmuş qaydalar tətbiq edilir. Bu, taksi, marşrut avtobusu, regionlara hərəkət edən və beynəlxalq sərnişindaşıma avtobusları da ola bilər. Əgər qayda pozuntusu qeydə alınan yerdə yol polisi əməkdaşı varsa, sürücünü saxlayıb, inzibati məsuliyyətə cəlb edir. Sözügedən məsələdə marşrut avtobuslarına da güzəşt yoxdur”.