Rusiyanın edə bilmədiyini Çin bacardı

Çin kosmosa günəş işığını yer kürəsinə qaytaran peyk göndərəcək.

Bu layihə ilə 6400 kvadrat kilometrlik sahə aydınlanacaq.

Süni Aya nəhəng aynalar yerləşdiriləcək və onlar 24 saat aydınlıq yarada biləcəklər. Peykin 2020-ci ildə tamamlanacağı gözlənilir. Süni Ay peykindən 3 ədəd istehsal edilərək kosmosa göndəriləcəyi deyilir.

Süni Ayı yaratmaqda məqsəd elektrik enerjisinə qənaət etmək və zəlzələ kimi təbii fəlakətlər zamanı yer üzündə qaranlıqda qalan yerləri işıqlandırmaqdır.

Qeyd edək ki, Çindən başqa Rusiya da bu istiqamətdə işlər aparmış, ancaq texniki problemlər çıxdığı üçün yarıda saxlamışdı.  /Cebhe.info/