“Samsung”un Super Ailəsi olmaq istərdinizmi?

Diqqət! “Samsung” şirkəti Super müsabiqə elan edir. Ailə institutunun önəmliliyini dəstəkləyərək, və milli ənənələrimizə dəyər verərək, “Samsung” şirkəti qarşıda hər birimizi gözləyən möhtəşəm kampaniya çərçivəsində öz məhsullarını təmsil etməyə “Super Azərbaycan Ailəsini” dəvət edir.

Belə ki, xüsusi münsiflər heyəti tərəfindən seçilmiş və yarışda qalib gəlmiş ailə kampaniyanın siması olacaq. Müsabiqənin şərtləri çox sadədir, bunun üçün:

–  Ailəvi fotonuzu @samsungaze – “Instagram” və “Samsung Azerbaijan” – “Facebook” rəsmi səhifələrindən birinə “direct” bölməsinə göndərməlisiniz; 

– Uşağınız 3-7 yaş aralığında olmalı;

– Şəkildəki bütün insanlar sizin ailə üzvünüz olmalıdır (ata, ana və övladları);

– Seçilən ailənin iştirakı ilə reklam çarxı və foto çəkilişlərin keçirilməsinə və şəhərin bütün reklam daşıyıcılarında, sosial şəbəkələrdə yayımlanmasına razı olmalısınız;

– Ailə üzvlərinizdən biri bu postu səhifəsində paylaşmalıdır və hashtag-ləri əlavə edib, “Instagram”da @samsungaze və ya “Facebook”da “Samsung Azerbaijan” səhifələrini tag etməlidir;

– “Instagram”da @samsungaze və “Facebook”da “Samsung Azerbaijan” səhifəsinə abunə olmalıdır.

Müsabiqənin qalibi, seçilmiş ailə reklam kampaniyasının siması olaraq “Samsung” məhsullarını təmsil etməklə yanaşı, şirkət tərəfindən hədiyyələrlə təltif ediləcək. Fotoların son qəbul tarixi – 24 oktyabr. Həmçinin, bütün yeniliklərdən xəbərdar olmaq üçün, “Samsung Azerbaycan”ın “Youtube” kanalını izləməyi unutmayın.

Televizor efirindən verilən reklam çarxlarından bizi səsləyən və şəhərimizin ən “canlı” hissəsində yerləşən bilbordlardan bizə baxan simalarla hər gün rastlaşırıq. Əgər siz də bir anlıq olsa, özünüzü onların yerində təsəvvür etmisinizsə, o zaman bu sizin şansınızdır!

Super Ailə – “Samsung” ailəsidir! #samsungsuperailesi #superaile  #samsung   /oxu.az/