ABŞ təyyarəsi Rusiya sərhədində: Kəşfiyyat

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135U strateji təyyarəsi Rusiyanın Murmansk əyaləti sahillərində kəşfiyyat uçuşu həyata keçirib.

Turkustan.info xəbər verir ki, bu barədə “PlaneRadar” informasiya yayıb.

Məlumata görə, Böyük Britaniyanın Mildenholl aviabazasından havaya qalxan kəşfiyyat təyyarəsi bir neçə saat Barens dənizinin Rusiya sahillərində uçuş aparıb.

Rusiya Müdafiə Nazirliyi son aylarda bu tip uçuşların sayının nəzərə çarpacaq dərəcədə artdığını açıqlayıb.  /Axar.az/