Hər bürcün öz günahı: Bəs sən hansı günaha meyllisən?..

Kim günah əməl törətmir ki?.. Bizlərə boş-boşuna “günahkar bəndə” demirlər. Amma günahlar da müxtəlif olur.

Bəzən biz eyni günahı təkrar-təkrar törədirik. Belə günahları Zodiak bürclərinə əsasən də təsnif etmək mümkündür. Beləliklə, Turkustan.info hər bir bürcün daha çox meylləndiyi günahların siyahısını təqdim edir:

Qoç

Çəkişməyə meyllisən. Paxıllıq və ambisiya hissləri səni başqaları ilə yarışa girməyə məcbur edir. Məsələn, başqa birisinin səndən daha yaxşı geyinməsi də səni qıcıqlandırır. Sakitləş, sadəcə, həyatdan zövq al.

Buğa

Maddi rifahdan həzz almağa meyllisən. Dünya nemətlərinə çox bağlısan. Bahalı yataq, qızıl nimçə rahatlıqdır, amma günahdır. Sadə həyata can at.

Əkizlər

Açıq danışaq: İkiüzlü adamsan. Yalan danışmaqdan və ikiüzlülük etməkdən qətiyyən çəkinmirsən. Ola bilsin ki, bu xasiyyətin sənə uğur gətirir, amma günahını da yaddan çıxarma.

Xərçəng

Zina edirsən. Yəni həyat yoldaşına və ya sevgilinə xəyanət edirsən. Boynundan atmağa çalışma, sən hər fürsətdə bu xəyanəti təkrarlayırsan.

Şir

Lovğa adamsan. Doğrudur, özünə o qədər də arxayın deyilsən, öz zəifliklərini özün də yaxşı bilirsən, amma həmişə özünü başqalarından yüksək tutursan.

Qız

Qeybət üçün yaranmısan. Bütün günü onun-bunun dalınca danışırsan və bundan həzz alırsan. İndi çalış insanların arxasınca danışdıqlarını onların üzünə de… Bacarmazsan! Səninki qeybətdir!..

Tərəzi

El arasında sənin kimiləri “avara” adlandırırlar. Hər imkanda gəzintiyə çıxmaq, yeyib-içib əylənmək!.. Ağlına gələn yalnız budur. Faydalı işlər barədə düşünmürsən.

Əqrəb

Ehtiraslı və həssas adamsan. Amma sədaqətlisən. Həyat yoldaşına və ya sevgilinə xəyanət etmək istəmirsən. Yaxşı xasiyyətdir. Amma xəyanətsiz olsa da belə, ehtiras bu dünyanın sərvətidir, çox da aludə olma.

Oxatan

Sənə neçə dəfə deyiblər ki, boşboğazlıq etmə! Yüngül hərəkətlər, şit söhbətlərlə başqalarını güldürmək mənalı bir iş deyil. Hələ üstəlik, bu xasiyyətinlə lovğalanırsan.

Oğlaq

Acgöz adam olduğunu özün də başa düşürsən. Sənə pul lazımdır. Pula görə ömrünün hər saniyəsini işləməyə hazırsan. Bəlkə bu heç günah da deyil. Amma bilmək istərdik ki, yaşamağa da vaxt ayırmaq fikrin varmı?..

Dolça

“Sən çox özbaşına adamsan!” – yəqin ki, bunu sənə çox deyiblər. Sən nə ağsaqqal tanıyırsan, nə də qayda-qanun… Bütün dünya şərqə getsə, sən qərbə gedəcəksən. Ağlına gələni edirsən və bütün bunları əsaslandırmaq üçün öz dəlillərin var. Bu davranış tərzin özünə və başqalarına problem yaradır, amma heç vaxt bunu boynuna almırsan.

Balıqlar

Açılmamış istedadların var. Öz istedadını boşuna xərcləyirsən. Bəlkə də dünyanın ən məşhur yazıçısı, futbolçusu, müğənnisi və ya aktyoru ola bilərdin. Amma bax gör, hansı işlə məşğul olursan. Tanrının sənə verdiyi istedadı boşuna xərcləmək günah deyilmi?..   /Bizimyol.info/