Meydanın komandasına aid olan hissəsindən qol vurdu – VİDEO

“Puşkaş Akademiyası” klubunun futbolçusu Yanuş Heqedyuş meydanın komandasına aid olan hissəsindən yerinə yetirdiyi cərimə zərbəsi ilə Macarıstan çempionatının lideri “Ferensvaroş”un qapısına qol vurub. 

Turkustan.info xəbər verir ki, qol görüşün 20-ci dəqiqəsində vurulub. Qalan dəqiqələr ərzində “Ferensvaroş” hesabı bərabərləşdirə bilməyib və çempionatda ilk məğlubiyyət acısını dadıb.

/oxu.az/