Ukraynaya ağır zərbə: Döyüş sursatının 40 faizini itirdi…

Ukrayna hərbi anbarlardakı döyüş sursatının 40 faizini baş verən partlayışlarda itirib. Bütün döyüş sursatı növləri üzrə 210 min tondan çox sursat məhv olub.

Turkustan.info xəbər verir ki, bu barədə ukraynalı jurnalist Yuri Butusov yazıb.

Butusovun sözlərinə görə, 5 illik Donbas müharibəsi və Ukrayna ordusunun çoxsaylı hərbi təlimləri zamanı 70 min tona yaxın hərbi-sursat istifadə edilib.

“Buradan görünür ki, bizim itkilərimiz müharibə dövründəki istifadəni 3 dəfə qabaqlayır”, – jurnalist yazıb.  /Axar.az/