Gün: Oktyabr 22, 2018

Paşinyan Kremlə meydan oxudu: “Eyni mövqedə deyilik”

O, bu barədə jurnalistlərə açıqlamasında danışıb. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı etibara əsaslanan əlaqənin qurulduğunu bildirib: “Artıq müttəfiqlərimizlə şəxsi əlaqələrimizdə qaranlıq məqam yoxdur. Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, bütün müttəfiqlərimizlə qarşılıqlı etimada əsaslanan əlaqələr var və bundan məmnunam. Lakin bu, bütün məsələlər üzərində […]

Ərinin əmisi oğluna qoşulub qaçan gəlinin — MESAJLARI ÜZƏ ÇIXDI

Qubada əmisinin gəlinini qaçırdığına görə döyülərək öldürüldüyü deyilən Elşad Əsədovun dayısı oğlu danışıb. Mərhumun qohumunun dediyinə görə, E.Əsədovun əmisinin gəlini Aynur Əsədova könüllü surətdə onunla qaçıb:  “Elşadı gəlin yoldan çıxarıb. Kim kimisə məcburən özüylə bir neçə gün harasa apara bilər? Sonra kəndin uşaqları gedib yerlərini tapıblar və Elşadı amansızcasına öldürüblər. […]

Qonşuda prezident seçkilərində kim qalib gələcək?

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Səsverməyə bir neçə gün qalmış ekspertlər 23 namizəddən kimin qalib gələcəyi barədə müxtəlif fikirlər irəli sürürlər. Turkustan.info xəbər verir ki, ekspertlər əsas iki namizədin qələbə qazanacağına ümid edirlər. Ekspertlərin fikrincə, seçkilərdə əsas mübarizə müstəqil namizəd, parlamentin deputatı, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının […]

Şəmil Sadiqdən gənclərə 12 məsləhət

Dəyərli gənclərə üzümü tuturam, bir dəfə də bu mövzuda yazmışdım, bir müəllim olaraq, yenə yazmağı özümə borc bildim. Bu gün ölkəmizdə işə düzəlmə və işdən çıxma məsuliyyəti gənclərdə heç ürəkaçan deyil. Bunun acısını rəhbərlik də çəkir, işçi də. Yəqin ki, daha çox işçinin üzərinə düşür bu əziyyət. Məhz buna görə […]

Bu, insan üçün ən zərərli YAĞDIR – Alimlər AÇIQLADI

Alimlər insan sağlamlığı üçün ən zərəli olan yağı aşkarlayıblar. Onların rəyinə görə, bu, kokosdan əldə edilən yağdır. belə ki, kokos yağı ürək xəstəliklərinin inkişafı riskini artırır. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, Frayburq Universitetinin tədqiqatçılar Harvard professoru Kari Mixelso ilə bu barədə araşdırma aparıb. Araşdırmanın nəticəsində alimlər bu qənaətə gəlib […]

Ayıq Sürücü Xidməti: “Bəhruz Bayramovu ayıq sürücü aparıb”- YOL POLİSİNİN YALANI ÜZƏ ÇIXDI

“Daxili İşlər Nazirliyinin  Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərlə bağlı açıqlamasında mənim barəmdə qanunazidd, obyektiv olmayan saxta məlumatlar  yer alıb”. Turkustan.info bildirir ki, bu sözləri Gununsesi.az-a açıqlamasında tanınmış vəkil Bəhruz Bayramov BŞBPİ DYPİ-nin onun guya sərxoş […]

Kreml Putinin “cənnətlə” bağlı sözlərinə aydınlıq gətirdi

Bizə hücum etsələr, onda oradakılardan kimsə cənnətə, kimsə cəhənnəmə düşəcək  “Rusiya heç vaxt ilk olaraq nüvə potensialından istifadə etməyəcək”. Turkustan.info “RİA Novosti“yə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin “Valday” diskussiya forumunda çıxışını şərh edərkən bildirib. “Orada söhbət cənnətdən və kimin ora düşməsindən getmir. Doktrina səviyyəsində Rusiyanın […]

Rusiyada Azərbaycan vətəndaşı amansızlıqla öldürüldü – Qətl anının VİDEOSU

Rusiyada Cəfərov Məmmədəli adlı Azərbaycan vətəndaşı bıçaqlanaraq qətlə yetirilib. Turkustan.info xəbər verir ki, hadisə oktyabrın 20-də, paytaxt Moskvada baş verib. 1964-cü il təvəllüdlü Cəfərovun qətlində şübhəli bilinən də Azərbaycan vətəndaşıdır. Bu səbəbdən hüquq-mühafizə orqanları 1967-ci il təvəllüdlü Abdullayev Şamili axtarır. Hadisənin baş verdiyi anın videosunu təqdim edirik: /yenicag.az/

Dəhşətli qatar qəzası belə baş verdi – VİDEO

Çinin Tayvan əyalətində sərnişin qatarı relsdən çıxıb. Turkustan.info xəbər verir ki, qəza nəticəsində 17 nəfər ölüb, 132 şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Sərnişin qatarı Taydun vilayətinin Şulin şəhərinə hərəkət edirmiş. Qatarda 310 sərnişin olub. Qatar qəzası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, 171 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. /Axar.az/

O gün Tbilisinin dükanlarındakı bütün güllər bu qadına alınmışdı – “Milyon qızılgül”

Bu mahnı Tbilisinin bütün güllərinin bir qadın üçün açdığı günün yadigarıdır. Turkustan.info A24.Az-a istinadən Alla Puqaçovavının “Milyon alıx roz” mahnısının maraqlı tarixcəsini təqdim edir: Tbilisi. 1905-ci il. Qəzetlər Paris miniatür teatrı “Bel Vyu”nun müğənni, rəqqasə və aktrisası Marqarita de Sevrin Gürcüstanın paytaxtında konsert verəcəyi haqda anonslar dərc edir… Qadının fotosunu ilk […]

Avtobus yenə can aldı, evin tək qızı öldü – VİDEO

Bakıda avtobus daha bir nəfəri vuraraq öldürüb.  Turkustan.info xəbər verir ki, hadisə oktyabrın 19-da Sabunçu rayonunda baş verib. 131 nömrəli marşrut avtobusunun sürücüsü piyada xəttinə əhəmiyyət verməyərək Məmmədova Aysel İbrahim qızını vurub. A. Məmmədova hadisə yerində ölüb.  Mərhumun ailəsi iddia edir ki, avtobus sürücüsü narkotik aludəçisidir.  Qeyd edək ki, A. Məmmədova evin tək […]

Məsud Bərzani “QAYITDI”

İraqdakı kürd muxtariyyətində keçirilən seçkilərdə Məsud Barzaninin hakim “Demokratik Kürdüstan Partiyası” (DKP) qalib gəlib. Turkustan.info  “Amerikanın səsi”nə istinadən bildirir ki, seçki bu il sentyabrın 30-da keçirilsə də çoxsaylı şikayətlərin araşdırılmasına görə rəsmi nəticələr oktyabrın 20-də elan edilib. Barzaninin partiyası parlamentdə 45, hakim koalisiyanın tərəfdaşı “Kürdüstan Vətənpərvərlər İttifaqı” (KVİ) partlyası isə […]

Paşinyanın seçki qərarının arxasındakı ŞOK QARABAĞ SİRRİ – Sarkisyan GİZLİNLƏRİ AÇDI

“Dekabr ayında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Nikol Paşinyanın gözlənilməz seçki qərarı dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinə bağlıdır”. Turkustan.info xəbər verir ki, bu barədə erməni politoloq Armen Sarkisyan deyib. Erməni politoloq Düşənbədə Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşünü xatırladıb və qeyd edib ki, Bakı Paşinyanın “danışıqlarda Dağlıq Qarabağın iştirakı” iddiasından […]

3 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq. Turkustan.info-nun xəbərinə görə, həmin gün həftənin cümə gününə təsadüf edir. Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür. Noyabrın 10-u şənbə, 11-i bazar gününə […]

Elmar Vəliyevin oğlu vəzifəsindən istefa verdi

“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.  Turkustan.info klubun rəsmi saytına istinadən xəbər verir ki, o, bunu işlərinin çoxluğu ilə əlaqələndirib. Elmir Vəliyevin yerinə hələlik heç bir təyinat yoxdur.  Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin […]

Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi – FOTOLAR

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı Səfirliyi “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib. Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi MEK-lə olan əməkdaşlıqdan söz açıb. O, qarşılıqlı əməkdaşlığın Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini vurğulayıb. MEK-in fəaliyyəti sayəsində Azərbaycan vətəndaşlarının Macarıstanın ənənələri, mədəni müxtəlifliyi, […]

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi

Serbiyanın Smederovo şəhərində keçirilən 49-cu “Semederovo Poeziya Payızı” beynəlxalq festivalında Azərbaycanlı şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xəqani Həbiboğlu (Verdiyev) “Smederevo Qızıl Açarı” mükafatına layiq görülüb. Azərbaycanın Serbiya Respublikasındakı Səfirliyindən verilən məlumata görə, onun şeirləri festivalın təşkilatçıları tərəfindən serb dilinə tərcümə edilərək “Görüş” adı ilə iki dildə (Azərbaycan və serb […]

» Gürcüstanda yeni fəaliyyətə başlayan xəbər portalı və internet kanalının təqdimat mərasimi olub

Gürcüstanda  Azərbaycanlıların yaşadıqları bölgələrdə informasiya qıtlığı mövcuddur. Bu fikirlər Tbilisidə Mirzə Fətəli Axundov muzeyində Gürcüstanda  “LİDER MEDİA” təşkilatının  nəzdində yeni fəaliyyətə başlayan 24news.ge  xəbər portalının və 24news Tv  internet kanalının təqdimat mərasimində səslənib. Toplantıda işdirak edən qonaqlar Media qurumun rəhbərliyini və kollektivini təbrik edərək uğurlar arzu ediblər, həmçinin qatılan qonaqlar  […]

Qənirə Paşayeva ağır silahdan atəş açdı – VİDEO

Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva ağır silahdan atəş açıb. Kırıkkale Maşın Kimya Sənayesinin Silah Fabrikini ziyarət edən Paşayeva atış poliqonunda olub. O, türk silahı olan Milli Piyada Tüfəngi MPT-76 ilə hədəfə atəş açıb.  Sonra Silah Fabrikinin müdiri Derviş Mehmet Ocakcıoğlu zavodda istehsal olunan silahlar haqqında məlumat verib. /Qafqazinfo/

“Azəri Vandam”ı Bakıda döydülər

Özünü “Azəri Vandam” kimi təqdim edərək sosial şəbəkələrdə videolarını paylaşan Zaqatala sakinini Bakıda döyüblər. Turkustan.info Yenicag-a istinadən bildirir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Onun metronun Nəriman Nərimanov stansiyasının ətrafında özünü “Vandam” kimi təqdim edib, səs-küy salması ətrafdakılar tərəfindən xoş qarşılanmayıb. Bu zaman gənclərdən biri “Azəri Vandam”a yaxınlaşaraq “bambılılıq […]

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi Qara Qarayevin ev-muzeyində olub

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin ev-muzeyində olub. Məktəb kollektivi əvvəlcə muzeylə yaxından tanış olmuş, bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat əldə etmişlər. Tanışlıq zamanı məktəb tərəfindən muzeyə xatirə hədiyyələri təqdim edilib. Daha sonra məktəb […]

Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı

Azərbaycanda tanınmış vəkili Adəm Məmmədov Rusiyaya köçdükdən sonra orada aktiv diaspor fəaliyyəti ilə məşğul olmağa başlayıb. Turkustan.info-nun xəbərinə görə, bu barədə Adəm Məmmədov özü bildirib. Onun sözlərinə görə, Türkiyənin Rusiyadakı səfiri Hüseyn Derioz da bu işə xeyir-dua verib. “Bir neçə gün olar ki, Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyinin yaradılmasına nail olduq. Moskva […]

Bakıda evli qadının Facebook macərası: “İntim şəklini göndər…”

Bakıda evli qadını şantajla pul tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Astan Əzizov 8 il azadlıqdan məhrum edilib. İttihama görə, Astan Əzizov Sevinc […]

Azərbaycanlı ekstrasensdən qorxunc proqnozlar – VİDEO

Artıq 2018-ci ilin son aylarını yaşayırıq. Necə deyərlər, acısı ilə, şirini ilə, gündəm hadisələri ilə bu ilə də yola salırıq. Yəqin ki, hələ davam edən 2018-ci ilin yekunları, eyni zamanda, qarşıdan gələn 2019-cu ilin proqnozları çoxumuza maraqlıdır. Ekstrasens Nadim Alıxanov deyir ki, 2018-ci illə bağlı proqnozlarının əksəriyyəti doğru çıxıb. 2019-cu il üçün öncə […]

Bakıda bir ərin iki arvadı bir otaqda yaşayır: “Məni başqa kişi ilə…” – VİDEO

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində inanılmaz anlar qeydə alınıb. Turkustan.info xəbər verir ki, verilişə yazılı müraciət edən Vüqar adlı bəy birinci arvadının xəyanət etməsinə görə boşadığını, iki uşağın atada, iki uşaqın anada qaldığını bildirib.  Bir müddət sonra Vüqar yenidən ailə həyatı qürub və bir övladı da olub. […]

Ermənistanda seçki gərginliyi: Nazir deputatlara 24 saat möhlət verdi, amma…

Ermənistanda Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı parlamentə layihə təqdim edilib. Cebhe.info yerli mətbuata istinadən bildirir ki, layihəni ədliyyə naziri Artak Zeynalyan göndərib. Nazir qeyd edib ki, yaranmış vəziyyət nəzərə alınaraq, 24 saat ərzində layihə qəbul edilməlidir: “Ölkədəki fors-major hal nəzərə alaraq layihə qısa müddətə qəbul olunmalıdır”. Respublika fraksiyasından olan Ayk Babuxanyan layihəyə […]

Azərbaycanda maşınların şüşəsinə talon vurulmayacaq – Qayda dəyişdi

Sürücülərə texniki baxışı barədə talon elektron qaydada veriləcək Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı barədə talon elektron qaydada veriləcək. Bu, Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında […]

Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır

Bir vaxtlar az qala Bakının simvoluna çevrilən “London Taxi TX4” taksiləri indi əhəmiyyətsiz nəqliyyat növünə çevrilib. Hətta vəziyyət elə günə qalıb ki, “London taksi”lərilə işləmək istəyən sürücülər belə tapılmır. Bundan başqa, həmin maşınlara qoyulan sayğaclar (taxometr) da çıxarılır. Ekspertlər isə deyirlər ki, artıq “London taksi”lərinin dövranı bitib. Nəqliyyat üzrə ekspert […]

Türkiyədə fərari əsgər insanları girov götürdü – VİDEO

Təhlükəsizlik qüvvələri əməkdaşları əsgərlə danışıqlara gedərək onu saxlayıb Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər alış verim mərkəzində işləyən şəxsləri girov götürüb. Turkustan.info  “Son Dakika”ya istinadən xəbər verir ki, fərari hərbçi “G3” markalı piyada tüfəngi ilə insanları girov götürüb. Dərhal ticarət mərkəzində giriş-çıxış bağlanıb, hadisə yerinə çox sayda polis, […]

“Azərbaycan ABŞ-ın marağındadır, Ermənistan Kremli narahat edir” – Rusiyalı ekspert

ABŞ-ın Rusiyanın qonşuluğunda atdığı istənilən addım Moskvanın narahatlığına səbəb olur. Turkustan.info Modern.az-a istinadən  xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markedonov açıqlama verib. Onun fikrincə, Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Cənubi Qafqaz səfəri də Kremlin diqqətlə izlədiyi hadisədir. “Gürcüstanın NATO üzvlüyünə çalışması Moskvanı narahat edir. Digər […]

Rus deputat: Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır

Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır. Bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir. Turkustan.info bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib. Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Dmitri Savelyev […]

DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Turkustan.info xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin “facebook” səhifəsində bildirilib. Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “facebook”, “twitter” […]

Xocalı faciəsi “Savaşçı” serialında — VİDEO

Türkiyədə yayımlanan “Savaşçı” serialının son bölümündə Azərbaycandakı Xocalı faciəsi barədə süjet hazırlanıb. Turkustan.info xəbər verir ki, serialda azərbaycanlı zabit rolunu canlandıran aktyor Kənan MM bir səhnədə Xocalı faciəsi barədə geniş məlumat verib. Senariyə uyğun olaraq yüzbaşı Bəxtiyar Yörük Haydara Xocalı faciəsi barədə məlumat verir. Kənan MM  “Ölkə.Az”a məsələ ilə bağlı açıqlamasında […]

Ciyərinizdə möcüzə baş verəcək – SEHRLİ MƏLHƏM

Öskürəkdən, sinənizə dolmuş bəlğəmdən əziyyət çəkirsiniz? O zaman bu resepti yadda saxlayın. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, daimi öskürək nəinki biz böyükləri həmçinin immun sistemi hələ tam formalaşmamış körpələri də narahat edir. Bunun həll yolu isə parçaya bükülmüş zəncəfildir. Adətən həkimlər öskürəyə qarşı siroplar məsləhət görürlər. Bu siropların tərkibində olan […]

Bakıda dəhşət: 10 yaşlı oğlan ürəyindən güllələnib öldürüldü

Bakıda 10 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub. Turkustan.info xəbər verir ki, Qaradağ qəsəbəsi Ümid qəsəbəsində 2008-ci il təvəllüdlü Abbaszadə Rəsul Teymur oğlu ürək nahiyəsindən aldığı güllə yarası ilə 20 saylı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına çatdırılıb. Azyaşlı oradaca vəfat edib. İlkin araşdırmalar zamanı məlum olub ki, R.Abbaszadə həyətdə […]

Qubada əmisinin gəlinini qaçırdığı üçün döyülən kişi öldü – VİDEO

Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb. Turkustan.info “Report”a istinadən xəbər verir ki, 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib. Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona […]

Benzin ucuzlaşacaqmı? – Ekspertdən 5 suala cavab

İqtisadçı-ekspert Vüqar Bayramov bir sıra məsələlərlə bağlı sualları cavablandırıb. Turkustan.info ekspertin suallara cavablarını təqdim edir: -Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalının müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsi benzini ucuzlaşdıracaqmı?  -Gömrük rüsumundan azad olunmanın bu növ benzinin qiymətinin aşağı düşməsinə səbəb olacağı gözlənilmir. Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi […]

Bu şəxslər 10 min manat cərimələnəcək – Xəbərdarlıq

Açıq məkanda reklam yayımlayan sahibkarlar onları tez bir zamanda qeydiyyatdan keçirməlidirlər. Əks təqdirdə həmin sahibkarlara qarşı qanunvericilik çərçıvəsində müvafiq addımlar atılacaq. Tələblərə əməl etməyən reklam yayıcılarını 10 min manatadək cərimə gözləyir. Artıq bəzi ərazilərdə icazəsiz reklamların söküntüsünə başlanılıb. Turkustan.info bildirir ki, bu barədə BakuPost-a Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib. […]

Heyvan bazarında bahalaşma – 30-100 AZN – VİDEO

Tovuzdakı heyvan bazarında iribuynuzlu heyvanların qiymətində 100, xırdabuynuzlularda isə 30-50 manat artım müşahidə olunur. Turkustan.info Xezerxeber.az-a istinadən məlumat verir ki, heyvan bazarında bir ay əvvələ nisbətən qiymətlər dəyişib. Səhər saat 4:00-dan bazara axın edən heyvan sahibləri qiymət artımını fərqli səbəblərdə görürlər. Satan təklif etdiyi qiymətdə əziyyətinin bəhrəsini görmək istəyir. Alıcı […]

Qaşıqçını ölümə götürən son sözləri – VİDEO

Şübhəsiz, yox olana qədər Camal Qaşıqçı ismini çox az insan bilirdi. Ancaq bu gün internetdə ən çox axtarılan ilk on sözdən biri onun adıdır. Bəs Səudiyyə Ərəbistanı rəhbərliyini onu konsulluqda öldürəcək qədər dəliyə çevirəcək hansı sözlərin, yazıların sahibidir? Turkustan.info xəbər verir ki, son illərə qədər Səudiyyə Ərəbistanı ilə ciddi problem yaşamayan […]

Qarabağa sülhməramlılar yeridilərsə… – Centlmen razılığı

Gələcəkdə razılıq olarsa, Qarabağa yeridiləcək sülhməramlı qüvvələrdə Rusiya, ABŞ, Fransa, Türkiyə və İran təmsil olunmayacaq. Turkustan.info BBC-yə istinadla xəbər verir ki, belə nəticəyə ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin sözlərindən gəlmək olar. ABŞ-ın paytaxtı Vaşinqtonda Atlantik Şura analitik mərkəzinin ötən həftə sonu “Dondurulmuş münaqişələr və Kremlin gündəmi” mövzusunda keçirdiyi […]

MÜHARİBƏNİ HƏM DƏ PUL UDUB: Stalinin oğlunun maaşı, hərbçilərin mükafatı – MƏXFİ SƏNƏDLƏR

İkinci Dünya Müharibəsinin sirlərinə dair sənədlər üzə çıxmaqda davam edir. Cebhe.info xəbər verir ki, bu dəfə Berlini bombalanması, hərbi büdcə və s. indiyə qədər məxfi saxlanılan sənədlər yayımlanıb. Bu sənədə əsasən Berlinin bombalanmasında iştirak edən ekipaj üzvləri 2 min rubl mükafat alıb. Əmr isə SSRİ Xalq Müdafiə Komissarlığının 1941-ci il […]

Öz əkdiyiniz ağacı da kəsə bilməzsiniz: 10 min manatadək CƏRİMƏ: Nazirlik açıqladı

Turkustan.info bildirir ki, Cebhe.info Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki ağacların vətəndaşların özləri tərəfindən kəsilə bilib-bilməməsi ilə bağlı müraciətlərə aydınlıq gətirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova  bildirib ki, vətəndaş ağacı özü əkibsə belə, həmin ağac onun həyətyanı sahəsindən kənardadırsa, onda […]

Azay Quliyev “Star” layihəsindən danışdı

Azərbaycanın 6,3 milyard dollarlıq yatırımı ilə Türkiyənin İzmir şəhərində açılışı baş tutmuş “Star” neft emalı zavodu iki qardaş ölkə – Azərbaycan və Tükiyənin strateji əməkdaşlığını daha da möhkəmləndirən, hər iki ölkənin iqtisadiyyatına ciddi töhfələr verən möhtəşəm layihədir. Turkustan.info bildirir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qeyd […]