Paşinyan Kremlə meydan oxudu: “Eyni mövqedə deyilik”

O, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı etibara əsaslanan əlaqənin qurulduğunu bildirib:

“Artıq müttəfiqlərimizlə şəxsi əlaqələrimizdə qaranlıq məqam yoxdur. Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, bütün müttəfiqlərimizlə qarşılıqlı etimada əsaslanan əlaqələr var və bundan məmnunam. Lakin bu, bütün məsələlər üzərində eyni mövqedə dayandığımız mənasına gəlmir, yalnız bir sıra məsələlərdə həmfikirik”, deyə Nikol Paşinyan söyləyib.   /Cebhe.info/