Acun bu azərbaycanlı uşaqları axtarır – VİDEO

Türkiyənin məşhur TV aparıcısı, TV 8 kanalının rəhbəri Acun İlıcalı videosu internetdə izlənmə rekordu qıran azərbaycanlı uşaqları axtarır.
Turkustan.info xəbər verir ki,  uşaqlar videoda “O səs Türkiyə”ni təqlid edirlər. Onlar özləri üçün studiya da qurublar. Kənd uşaqları yarışmanın “tamaşçılar”ını daşlarda, münsiflər heyətini isə stullarda əyləşdiriblər.
Acun bu videonu instaqram hesabında paylaşaraq “İlk işim sizi tapmaq olacaq” deyə qeyd yazıb.

/BakuPost/