Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 23-də Tel-Əviv şəhərində İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.   /Avropa.info/