“Bu günün oxucuları – sabahın qurucuları” – Sumqayıtda Uşaq Mütaliəsi Festivalı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə şəhərimizdə “Bu günün oxucuları – sabahın qurucuları” adı altında Uşaq Mütaliəsi Festivalı keçirilib.

Turkustan.info-yaverilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd mütaliənin daha geniş, daha əhatəli təbliğinə şərait yaratmaq, bu şərəfli missiyanın müxtəlif ünvanlarda həyata keçirilməsinə, kiçik yaşlılar və yeniyetmələrin mütaliə vərdişlərinin inkişaf etdirilməsinə, balalarımızın kitaba, mütaliəyə istiqamətləndirilməsinə, kitabın gündəlik həyatımıza daxil edilməsinə nail olmaqdır.

Tədbiri giriş sözü ilə açan aparıcı Leyla Mahmudova festival haqqında geniş məlumat verib. Sonra tədbirə ev sahibliyi edən Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazıçı Hafiz İmamnəzərli, şair Rafiq Yusifoğlu festival münasibətilə oxucuları təbrik edib, xoş arzularını çatdırıblar.

Sonra S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin oxucularının ifasında flaşmob izlənilib, Mİr Cəlal Paşayevin “Yalan yeriməz” hekayəsi əsasında hazırlanan səhnə nümayiş olunub.

Daha sonra Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının oxucularının ifasında şeirlər dinlənilib, “Tıq-tıq xanım” nağılı əsasında hazırlanmış səhnəcik izlənilib.

Tədbirdə Nizami Gəncəvi adına kitabxana klubun rəsm dərnəyi şagirdlərinin rəsm əsərlərindən ibarət sərgisi nümayiş olunub, Sumqayıt MKS-in fəaliyyətini əks etdirən video-çarx izlənilib.

C.Cabbarlı adına mədəniyyət evinin solistləri Pənah Məmmədli və Təranə Nurlunun ifasında şən mahnılar, “Turan” rəqs qrupunun üzvlərinin ifasında rəqs nömrələri tədbirə xoş ovqat qatıb.

Qeyd edək ki, 3 gün (22-24 oktyabr) davam edəcək festivalda iştirakçılar uşaq nəşrlərindən, müasir və klassik ədəbiyyat nümunələrindən ibarət rəngarəng sərgilərlə tanış olacaq, musiqili-əyləncəli nömrələri izləyəcək, balacaların sevə-sevə mütaliə etdiyi “Nağıllar dünyasının Gülzar nənəsi” ilə (Mərkəzi Uşaq Kitabxanasında, TET Gimnaziyada), uşaqların yaxın dostu Rafiq Yusifoğlu ilə görüşəcək, eyni zamanda sumqayıtlı şairimizin “Nağıl qapısı” adlı yeni kitabının təqdimatında (N. Gəncəvi adına Kitabxana Klubda) iştirak edəcəklər.

Bundan başqa balacalar müxtəlif saatlarda Mərkəzi Uşaq Kitabxanasında A.Şaiqin “Tülkü həccə gedir” eyniadlı pyesi əsasında, Elçinin “Humayın yuxusu” nağılı əsasında çəkilmiş cizgi filmlərini, Uşaq şöbəsində fəaliyyət göstərən S.Sarvan adına Poeziya klubunun təqdimatında nağıl tamaşaları izləyəcək, Corat qəsəbə və H.Z.Tağıyev qəsəbə kitabxanalarında nağıllar aləminə səyahət edəcəklər.

Eyni zamanda festival çərçivəsində balaca fidanların S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinə, İncəsənət şöbəsinə, H.Z.Tağıyev qəsəbə kitabxanasına ekskursiyası planlaşdırılır.

Festival çərçivəsində sadəcə kitabxanalarda deyil, ayrı-ayrı ünvanlarda – məktəblərdə, bağçalarda da səhərciklər, disput və tamaşaların keçirilməsi nəzərdə tutulur.

Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib - FOTOLAR

Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib - FOTOLAR

Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib - FOTOLAR

Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib - FOTOLAR

Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib - FOTOLAR

Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib - FOTOLAR

Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib - FOTOLAR

Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib - FOTOLAR

Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib - FOTOLAR

Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib - FOTOLAR