“Şair və yazıçı tribunası (nəşr olunmamış əsərlər)” – layihəsi davam edir.

Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) yeni kreativ və davamlı lahiyə həyata keçirilir. Layihəyə əsasən şair, yazıçı, jurnalistlər, yaradıcı ziyalılar tərəfindən yeni yaradılmış əsərlər (şeir, povest, məqalə, esse, oçerk və s.) nəşr olunmadan öncə kitabxanaya təqdim edilir, orada yaradıcılıq şəraitində müzakirə olunur.

Layihə çərçivəsində Yasamal rayon MKS-inə Sevinc Ağaxəlilqızının (Basqallı) yeni yazılmış esse və şeiri təqdim olunmuşdur. Essenin adı “Incilər içində nadir incisən Azərbaycanım!!! Basqal – doğma diyarım!”, “Basqal şəhidləri!” şeiri isə XX əsrdə şəhid olmuş bütün basqallılara həsr olunub.

“Incilər içində nadir incisən Azərbaycanım!!! Basqal – doğma diyarım!”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 oktyabr 2018-ci il tarixində Azərbaycanın qədim yaşayış məskəni olan Basqal haqqında Sərəncam imzalamışdı. Sərəncamda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müasir standartlar səviyyəsində inkişafı nəzərdə tutulmuşdur.

Dünyada nə qədər ölkələr, nə qədər məmləkətlər var!.. Hər xalqa da öz ölkəsi, öz Vətəni əzizdir. Mənim də öz Vətənim var və mən bütün qəlbimlə Odlar Yurdu Azərbaycanıma bağlıyam, onunla nəfəs alıram, onunla yaşayıram.

Sevib doymadığım Azərbaycanım,

Sənsən Günəşim , gündüzüm, ayım.

Azərbaycan ünüm – səsim,

Azərbaycan – mənim bəsim…

Mənim Vətənim adi torpaq deyil, sadəcə bir ərazi deyil. O, yer üzünün ən qədim mədəniyyət beşiklərindən biridir. Bu torpağın hər qarışı yağı düşmənlərə qarşı ölüm – dirim çarpışmalarında şəhid olmuş ata-babalarımızın qanından yoğrulmuşdur. Bizim hər birimizin damarlarında

axan qan ana Vətənimizin südüdür, bizi boya- başa çatdıran torpağın nemətləridir.

Bir azərbaycanlı kimi fəxr edirəm ki, bizim qüdrətli dövlətimiz var.

Müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam bütün ismayıllıları, Basqal qəsəbəsinin sakinlərini ürəkdən sevindirmişdir. Basqallılar möhtərəm Prezidentimizə öz minnətdarlıqlarını bildirdilər və məndə onların sevincinə şərik olaraq “Basqal şəhidləri” şerini yazdım. Bütün xalqımız dövlət başçısı cənab İlham Əliyevlə fəxr edir.

Basqal şəhidləri

Qartallar yuvası, ərlər diyarı!

Basılmaz qaladır, bu qədim Basqal!

Başıqarlı dağlar, zümrüd meşələr.

Dühası gözəldir, şəfalı Basqal.

Tarixdə silinməz böyük adın var.

Kərbəlayi Cəfər oldu Qubada şəhid .

İgid oğullarla fəxr edir diyar.

Vətən müharibəsi veteranları!

Kazım, Məmməd, Yusif, Əbülfəz, Əvəz.

Döyüş meydanında ummadı əvəz.

Tofiq də Vətənçün oldu bir şəhid.

Rəmziylə, İbrahimə öyüd oldu o.

Onlar son nəfəsdə “Vətən” dedilər,

“Vətənə qurbandır bu can”, dedilər.

Dedilər “yaşasın mərdlər diyarı,

Yaşasın, yaşasın Azərbaycanım!!!”

Tarix təkrarlanır –söyləyir zaman.

Düşmən Qarabağa verməyir aman.

Hər kəsin borcudur Vətən çağrışı!

Nərlərdə, qorxmazlar ölüm, zülümdən.

Əgər Qarabağım getsə əlimdən

Bağışlarmı məni xalqım, Vətənim?

Bu çağrışa qalxdı Basqal gəncləri.

Qarabağ uğrunda, Vətən yolunda.

Siyavuş atanın Rəmzi balası,

Hər kəsə şirindir doğma balası.

Onların hünəri gəzdi Vətəni.

Vüqarlı yurdumsan, doğma Basqalım!

Tofiq olub fəxri gözəl diyarın.

Tofiq qeyrətlidir İbrahim oğul,

İgidləri düşmənin gözünü oyar.

Onlar Vətən üçün verdilər bir can.

Ərlər diyarısan, Azərbaycanım!

Mərdlər diyarısan, Azərbaycanım!

Ürəyi dağlanıb bu el-obanın.

Tofiq, Rəmzi, İbrahim tale çırağım.

Hər qarış torpağa töküldü qanı.

İgidlər diyarı, Azərbaycanım!

İgidlik məktəbinin məzunlarısız.

O, kəndə, məktəbə yaraşıqsınız.

Orta məktəb daşıyır adını, Rəmzi!

Dastanlar, nağıllar yaşadar sizi.

Əbədi –yaşarsız bu dünyada siz!

El-oba vəsf edir mərdliyinizi.

İgidlər diyarı, vuqarlı Basqal…

Sizə laylay çalan Basqal çayıdı.

Gör nələr söyləyir suların səsi?

Cəsur igidlərdən,Vətən eşqindən.

Qarşınızda baş əyir. Basqal kəndiniz,

Azərbaycan adlı məmləkətimiz!!!

Sevinc Ağaxəlil qızı (Basqallı)

Bakı, 4 oktyabr, 2018-ci il

“Şair və yazıçı tribunası (nəşr olunmamış əsərlər)” layihəsi ziyalılar tərəfindən böyük maraqla qarşılanıb. Layihə davam edir.

“Şair və yazıçı tribunası (nəşr olunmamış əsərlər)”
“Şair və yazıçı tribunası (nəşr olunmamış əsərlər)”
“Şair və yazıçı tribunası (nəşr olunmamış əsərlər)”