Yer altındakı qeyri-adi qəsəbə – 2000 əhali, 70 dərəcə isti… – FOTO

Avstraliyanın Adelaida şəhərinin cənubundakı Kuber Pedi qəsəbəsi qeyri-adi və təbii arxitekturasına görə turistlərin diqqət mərkəzindədir.

Turkustan.info xəbər verir ki, yerin altında salınan məşhur qəsəbədə 2000 nəfər məskunlaşıb. Kuber Pedidə yaşayış evləri ilə yanaşı, alış-veriş, əyləncə mərkəzləri, muzeylər, kilsələr və s. yerləşir.

Yay aylarında temperatur 40-70 dərəcə arasında dəyişdiyindən insanlar opal (qiymətli daş) mədənlərindən qalan quyularda 1500-dən çox ev inşa edərək istidən qorunmağa çalışırlar.

Ümumilikdə isə Adelaida şəhəri əhalisinin 60 faizi yerin altında yaşayır.  /Axar.az/