Gün: Oktyabr 24, 2018

Saxta “Qarabağ” sevgisi…

Kasıb bir məcburi köçkün ailəsi düşünün. Evdə yalnız bir nəfər işləyir. Və o ailənin anası evdə olan məhdud ərzaqla uşaqlarına yemək bişirməlidir. Və hamı da doymalıdır. Heç kim bu ailəyə kömək də etmir. Bu ailəni tanıyan hər kəs yalnız məsləhət verməklə məşğuldur. İndi isə zəhmət olmasa, 5 saniyə ərzində gözlərinizi […]

“Azəri Van Damm” özü və qalmaqallı veriliş barədə bilinməyən mətləbləri dilə gətirdi – VİDEO

“Mehriban Xanlarova əlilliyi olan bədbəxt bir cavanı dəstəkləmək istəmişdi” Zaqatala rayonunun Çobankol kəndinin sakini, “Azəri Van Damm” ləqəbi ilə tanınmış Ruslan İsmayılov “Canım sizə desin” verilişində iştirak edəndən sonra sosial şəbəkələrdə istehza və təhqir obyektinə çevrilib. Turkustan.info bildirir ki, Sputnik Azərbaycan-a müsahibəsində bu gənc oğlan onu tənqid edənlərə cavab verib […]

“Əmiqayırma” sözünə görə 2 nəfərə qadağa qoyuldu – RƏSMİ

Bakı Gəmiqayırma Zavodu MMC (BGZ) son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə yayılan fotoşəkillə bağlı açıqlama yayıb. Turkustan.İnfo xəbər verir ki, məlumatda zavodun adının qeyd olunan lövhədə hərflərdən birinin təmir məqsədilə çıxarıldığı bildirilib. “22 oktyabr saat 11:00 radələrində BGZ- nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən […]

Sarkisyandan Ərdoğana ŞOK MÜRACİƏT: “Mənim əcdadlarım…”

Ermənistanın prezidenti Armen Sarkisyan İsveçrənin İctimai teleradiosuna (RTS) müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana müraciət edib. Turkustan.info xəbər verir ki, Sarkisyan noyabrın 11-də I Dünya müharibəsinin başa çatmasının 100 illiyinin qeyd ediləcəyini deyib və bildirib ki, bunun qondarma “erməni soyqırımı”nın “tanınması”na səbəb olacağına ümid edir. Ermənistan prezidenti Ərdoğanla dialoqa hazır olduğunu […]

Robert Koçaryan: “ Həmsədr dövlətlər ərazilərin qaytarılmasını istəyirlər”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində işğal edilmiş konkret rayonların Azərbaycana qaytarılması məsələsi həmişə danışıqların predmeti olub. ATƏT-in Minsk qrupunun bütün həmsədr ölkələri də həmin ərazilərin qaytarılmasının zəruri olduğu düşüncəsindədirlər. Turkustan.info xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan ABŞ-ın Yerevandakı səfiri Riçard Millsin öz vəzifə səlahiyyətlərini başa vurmazdan əvvəl Qarabağ […]

Bağlanacaq banklara daha iki il möhlət: NƏ DƏYİŞƏCƏK?

Hazırda ölkədə 30 kommersiya bankı fəaliyyət göstərir.Bundan əlavə 11 bankın lisenziyası isə ləğv olunub.Lisenziyaları ləğv olunan banklar bu sektorun sağlamlaşdırılması prosesi çərçivəsində bazardan çıxarıldı. Amma proses yarımçıq saxlanıldı. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) prosesi yarımçıq saxlaması bank sektorunda müsbət dəyişikliyin qarşısını alan əsas amil kimi qiymətləndirildi.  Məlumdur ki, hazırda fəaliyyətdə […]

Paşinyan Azərbaycan prezidenti ilə dialoqu yoluna qoymaq istəyir – ŞƏRH

Azərbaycan və Ermənistan arasında qurulan operativ əlaqə erməni rəhbərliyinin konstruktiv mövqeyi halında başlaya biləcək siyasi prosesin texniki elementidir.  Turkustan.info bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında hüquq elmləri doktoru, professor Kamil Səlimov erməni tərəfinin Ermənistan və Azərbaycan arasında operativ əlaqənin qurulması ilə bağlı bəyanatını şərh edərkən deyib. Ekspertin fikrincə, erməni tərəfi bunu siyasi […]

Rusiyalı deputatdan ŞOK İDDİA: “Kreml” sözü türk dilindən götürülüb” – MÜSAHİBƏ

“Regiondakı slavyanlaşdırmanı Sovet hakimiyyəti ilə əlaqələndirmək doğru deyil”. Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya Dövlət Dumasının Saxadan olan deputatı Fedot Tumusov səsləndirib. – Saxanın (Yakutiya – red.) müasir tarixini sovet və postsovet dönəmlərinə ayırsaq, SSRİ-nin süqutundan sonra nə dəyişib? Rusiyanın regionları üçün əvvəl, yoxsa indi daha çox işlər görülür? – Saxaya […]

İkinci Qarabağ mitinqinin vaxtı elan olundu

24 noyabrda II Qarabağ mitinqi olacaq. Turkustan.info bildirir ki,  xəbər verir ki, bu barədə mitinqin Təşkilat Komitəsinin üzvü, sabiq baş nazir Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, Qarabağ Komitəsinin bugünkü iclası belə qərar qəbul edib.  “- İclasda 24 noyabr tarixində Bakı şəhərində II Qarabağ mitinqinin keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq […]

QHT Şurası Qarabağ bölgəsində ictimai müzakirə keçirdi – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində ictimai müzakirə keçirib. Tədbirdə Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın yaradılma məqsədi, fəaliyyət istiqamətləri və […]

Mətbuat Şurası bəzi saytlara xəbərdarlıq edib

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Turkustan.info xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. “Metak” MMC-nin “Emtv.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri rəyə gəliblər ki, informasiya resursunun hazırladığı materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) […]

Parlament Paşinyanı baş nazir seçmədi

Ermənistan parlamenti xüsusi iclasında Nikol Paşinyanın baş nazir postuna namizədliyini rədd edib və bununla da qanunverici orqanın buraxılması prosedurunun başlanğıcı qoyulub. Turkustan.info  “RİA Novosti”yə istinadən xəbər verir ki, Paşinyanın namizədliyinin lehinə deputatların heç biri səs verməyib, 11 deputat bitərəf qalıb, bir nəfər əleyhinə səs verib.

Məktəblərdə yenilik – Jurnal və gündəliklər ləğv oluna bilər – VİDEO

Elektron jurnal layihəsi gerçəkləşsə bütün məktəblərdə jurnal və gündəliklər ləğv oluna bilər! Valideynlər məsafədən asılı olmayaraq övladının təhsil müsəssisəsindəki hər addımını izləyə biləcək. ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Xaçmaz sakini Cəmil Əlizadənin təqdim etdiyi layihə Təhsil nazirliyi tərəfindən artıq müsbət rəyini alıb. Elektron jurnal […]

Ermənilər Türkiyədə yenə ayaq açır – Yeni gəlişmələr, faktlar

Türkiyə azərbaycanlılara vətən qədər doğmadır. Ermənilər isə bizə doğma olan bu gözəl ölkəyə göz dikiblər, bir əsrdən çoxdur ki, onunla düşmənçilik edirlər; Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası rəsmən öz əksini tapıb. Ermənilərin və Ermənistanın Azərbaycana və Azərbaycan türklərinə düşmənçiliyinin, kininin bir səbəbi də Türkiyəyə münasibətidir. Bizim etnik kökənimiz, türk […]

Türkiyənin müasir mədəni həyatında iz qoymuş azərbaycanlı kimdir?

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Türkiyədə fəaliyyət göstərmiş məşhur azərbaycanlı rəssam, heykəltəraş, miniatürçü, keramika ustası mərhum Ədalət Bayramoğlu haqqında məqalə yaradılıb. MEK-dən bildiriblər ki, məqalədə Ə.Bayramoğlunun həyatı və yaradıcılığı barədə məlumat verilir. Məqalə ilə daha ətraflı bu linkdə  https://az.m.wikipedia.org/wiki/Ədalət_Bayramoğlu tanış olmaq mümkündür. […]

Azərbaycanda 6 vulkan püskürəcək – XƏBƏRDARLIQ

Azərbaycanda yaxın aylar ərzində və 2019-cu ildə 6 vulkanın püskürəcəyi gözlənilir. Turkustan.info xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. Onun sözlərinə görə, Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarında püskürmənin […]

Paşinyandan Qarabağla bağlı yeni – BƏYANAT

Ermənistanda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Ermənistan parlamentinin hökumət başçılığına namizədliyin müzakirə edildiyi iclasında Qarabağ münaqişəsinin həlli ilə bağlı deputatların sualına cavab verib.  Turkustan.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, Nikol Paşinyanın sözlərinə görə, ölkənin heç bir lideri Qarabağ münaqişəsini xalqdan gizlin həll edə bilməz.  “Mənim xalqın müzakirəsinə verilməsinin vacibliyini hesab […]

Azərbaycanda universitetdə tələbələrə saqqal saxlamaq qadağan edildi

Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib. Turkustan.info-nun verdiyi xəbərə görə, bu barədə SDU-nun bir qrup tələbələri tərəfindən daxil olan məlumatda deyilir. Bildirilir ki, universitetdə tələbələrə saqqal saxlamaq bir müddətdir ki, qadağan edilib. Buna görə də onlar dərsə buraxılmırlar. Eyni zamanda, saqqal saxlayan tələbələrin auditoriyaya buraxılmaması və onlara […]

İcbari tibbi sığorta hansı mənbələrdən maliyyələşəcək…

Hazırda Mingəçevir, Ağdaş, Yevlax və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda pilot layihə olaraq həyata keçirilən icbari tibbi sığortanın 2019-cu ildə bütün ölkə üzrə tətbiq olunacağı gözlənilir. İcbari tibbi sığorta nədir? Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri […]

“Quli” soyadını dəyişdi – Artıq o, Səlifov deyil

Bu ayın 8-də İstanbulda saxlanılmış, 18-də azad edilmiş, 22-də isə yenidən tutuqlanmış “Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun barəsində yeni məlumatlar var. Turkustan.info xəbər verir ki, bu barədə Musavat.com-a Türkiyədə yaşayan etibarlı mənbə məlumat verib. Bildirilib ki, “Quli” İstanbula yerləşdikdən sonra rəsmi qaydada soyadını dəyişməklə yeni sənədlər əldə edib. Yeni sənədində […]

“Tоrqovi” liderliyini əldən verdi – İndi ən bahalı mənzillər bu prospektdədir

Paytaxt Bakıda ən məşhur  və ən bahalı küçələrdən biri də el arasında “Tarqovi” kimi tanınan Nizami küçəsidir. Bu küçə daimi insan izdihamının olması ilə yanaşı, mənzillərinin və ticarət obyektlərinin baha olması ilə də tanınır. Gəlin onu da etiraf edək ki, Nizami küçəsi paytaxtın bəlkə də ən gözəl küçələrindən biridir. Bəs […]

“İnstagram” fenomeni olan Xəyyam kişiyə ev tikilir – VİDEO

Sosial şəbəkələrin fenomeninə çevrilən 48 yaşlı Xəyyam Kərimovun haqqında xoş xəbər yayılıb. Turkustan.info xəbər verir ki, “İnstagram”da “Xəyyam Bərdəli” adı ilə tanınan Xəyyam kişi üçün yeni ev tikilir. Bildirilir ki, Xəyyam kişiyə imkanlı şəxslər yardım göstərib. “Xəyyam kişinin evinin tikilməsi üçün tikinti materialları gətirilir. Azərbaycanın mərd oullarının köməyi nəticəsində onun […]

Ermənistan tarixində ən nəhəng korrupsiya faktı açıqlanacaq

Nikol Paşinyan: “Cəmiyyət bu hadisəyə psixoloji baxımdan hazır olmalıdır” Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, yaxın vaxtlarda ictimaiyyəti Ermənistan tarixində ən səs-küylü və böyük korrupsiya faktı barəsində məlumatlandıracaq. “Ermənistanda baş verən hakimiyyət dəyişikliyi danışıqları yavaşıdıb” Sputnik Ermənistan-ın xəbərinə görə, parlament tribunasında çıxış edən Paşinyan əlavə […]

Tramp və Putin Parisdə görüşəcək: Nələr müzakirə olunacaq?

Rusiya Prezidenti Vladimir Putin Fransaya səfəri çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşəcək. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə aşıqlamasında bildirib. Yuri Uşakovun sözlərinə görə, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiya tərəfi ilə keçirdiyi görüşlər zamanı prezidentlərin noyabrın 11-də Parisdə […]

Həbiblə Konorun davasının ƏSL SƏBƏBİ ÜZƏ ÇIXDI: Həbsxanada zorlanan… – ŞOK HƏQİQƏT

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası irlandiyalı döyüşçü Konor Makqreqorun komandasının üzvü Artyom Lobov Makqreqorla rusiyalı idmançı Həbib Nurməhəmmədov arasındakı münaqişənin səbəblərini açıqlayıb. Turkustan.info xəbər verir ki, Lobov bu haqda ESPN Yutub kanalına müsahibəsində danışıb. “Əvvəlcə bizim aramızda – mənimlə və Nurməhəmmədov, həmçinin Həbiblə Konor arasında normal münasibətlər var idi. […]

Rusiyadan Qarabağda MÜHARİBƏ XƏBƏRDARLIĞI: Yüksək səviyyədə…

“Operativ əlaqə təmas xəttində təsadüfi eskalasiyanın qarşısını almaq üçün mövcuddur. Amma əgər yüksək səviyyədə qərar veriləcəksə ki, müharibə olmalıdır, onda bu razılıqdan asılı olmayaraq, müharibə olacaq”. Turkustan.info xəbər verir ki, bunu Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik Düşənbə razılaşmasına əsasən Azərbaycan ilə etibarlı operativ əlaqənin […]

Xərçəngin ilkin əlamətləri: Əgər BUNLAR SİZDƏ VARSA…

Həkimlər hər zaman xərçəng xəstəliyinin ilkin əlamətlərinə xüsusilə diqqət etməyimizin lazım olduğunu bildirir. Vaxtında qoyulan dəqiq diaqnoz bu xəstəliyin uğurlu müalicə şansını artırır. Turkustan.info hər kəsin gözardı etdiyi, ancaq xərçəng xəstəliyinin ilkin əlaməti olan 16 göstəricini təqdim edir: 1. Aşırı dərəcə çəki itirilməsi Pəhriz və idman vərdişlərində heç bir dəyişiklik […]

Trampın köməkçisi Azərbaycanda – VİDEO

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana gəlib.  Turkustan.info xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.  Səfər zamanı Bolton rəsmi şəxslərlə Azərbaycan və ABŞ arasındakı əməkdaşlığın inkişafı, eləcə də, regional məsələlərin müzakirə olunacağı bir sıra görüşlər keçirəcək. Xarici işlər naziri Elmar Məmmədyarovun Boltonla görüşü başlayıb.  […]

Qəza törətmiş məmur “getdi” – Yeri hələ boşdur

Ötən il Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən qəza törətmiş Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərovun yerinə vakansiya elan edilib. Turkustan.info xəbər verir ki, ötən ilin dekabr ayında qəza törədən şöbə müdiri Z.Bəylərov hadisədən sonra bir müddət vəzifəsini icra edib. Lakin avqustda onun vəzifəsindən […]

Ermənistan baş nazirini seçir: Parlament müzakirəsi başladı

Ermənistan parlamentində baş nazirliyə namizədliklə bağlı müzakirələr başlayıb. Turkustan.info erməni mətbuatına istinadla xəbər verir ki, hazırda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan da parlamentdədir. O, Çıxış fraksiyasının iclasında iştirak edib və daha sonra parlamentin iclasına qatılıb. Qeyd edək ki, Nikol Paşinyan oktyabrın 16-da baş nazir vəzifəsindən istefa vermişdi. Ötən […]

Ramil Usubov generalın qardaşını RƏİS TƏYİN ETDİ

Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib. Turkustan.info Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Rahib Mirzəyev Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib. Xəbəri Nəsimi rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər. Qeyd edək ki, Daxili İşlər […]

Hüseyn Cavidin doğum günüdür – 136

Bu gün görkəmli şair, dramaturq Hüseyn Cavidin doğum günüdür. Turkustan.info məlumat verir ki, Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbdə alıb. 1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, […]

İki deputata yeni vəzifə veriləcək

Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar iclasında parlamentin iki komitəsinə sədr müavini seçiləcək. Turkustan.info-nun məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının Milli Məclisinin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini […]

Şəxsi mənzilləri zəbt edən köçkünlər həmin evlərdən çıxarılacaq

Digər vətəndaşlara məxsus şəxsi mənzilləri zəbt etmiş məcburi köçkünlər yeni evlərə köçürüləcəklər. Turkustan.info-nun məlumatına görə, bu barədə 2019-cu il dövlət büdcəsinin zərfində qeyd edilib. Sənədə bildirilib ki, bu məsələ 2019-2022-ci illər üzrə qaçqınlar və məcburi köçkünlər üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Digər prioritetlər isə Bakı və Sumqayıt […]

Muxtar Babayevin başlatdığı ƏNƏNƏ: Digər nazirliklər də bunu edəcək?

Bir çox dövlət qurumlarında olduğu kimi nazirliklərin də ictimaiyyətlə əlaqələr, mətbuat konfranslarının keçirilməsi, mütəmadi press-reliz və məlumatların yayılması sahəsində fəallığını müşahidə edirik. Xüsusilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) son vaxtlar hər həftə mətbuat konfransı təşkil edir, ölkə ərazisində ekoloji sahədə baş verən hadisələrlə bağlı açıqlamalar verirlər. Bu, Muxtar Babayevin […]

Bakıda 18 yaşlı gəlin itkin düşdü

Bakıda gəlin itkin düşüb. Turkustan.info Trend-ə istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Biləcəri qəsəbəsi, 5-ci döngə, nömrəsiz fərdi yaşayış evində yaşayan 1996-cı il təvəllüdlü İsmayılov Vaqif Həsənxan oğlu Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 23-də saat 13 radələrində onunla […]

Bu qurumun rəhbəri nazirliyin tələblərinə tabe olmur

Atmosferi çirkləndirən sexin bağlanması üçün məhkəməyə müraciət olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakı Elektriktökmə ASC-nin ərazisində fəaliyyət göstərən metaləritmə sexindən havaya qara tüstü atılması ilə bağlı yenidən şikayət daxil olub. Sözügüdən sexin ərazisində növbəti dəfə monitorinq keçirilib və atmosfer havasından nümunələr götürülüb. Nümunələr üzərində aparılan fiziki-kimyəvi […]

ABŞ Orta Asiyaya girir: Putin bu addımda gecikdi…

ABŞ son zamanlar Mərkəzi Asiyaya xüsusi diqqət yetirir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya ABŞ-ın postsovet məkanına nüfuz etməsindən olduqca narahatdır: “Moskva yaxşı başa düşür ki, ABŞ Rusiyanın sərhədlərində yerləşən bütün dövlətləri təsir dairəsinə alır. Əvvəlcə Qazaxıstan, daha sonra isə […]

Bu o demək deyil ki, kanallar istədiklərini edə bilərlər – MTRŞ

Hazırda telekanallarda yayımlanan seriallar kəmiyyət baxımından qaneedicidir, lakin keyfiyyət cəhətdən əlbəttə ki, hamı eyni fikirdə deyil. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. T.Dadaşov bildirib ki, bir neçə ildir ki, yerli serialların istehsalı sahəsində ciddi irəliləyişlər müşahidə olunur: “Bu […]

Metroda eskalator xarab oldu: 30 nəfər xəsarət aldı – VİDEO

Romada metroda eskalatorun sıradan çıxması üzündən 30-dək adam xəsarət alıb. Turkustan.info xəbər verir ki, xəsarət alanlar futbol azarkeşləridir.  Qeyd edək ki, bu gün Romada UEFA Çempionlar Liqasının üçüncü turunun “Roma” – MOİK oyunu keçirilir. Bildirilir ki, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.  /oxu.az/

Azərbaycanın ən balaca “qanuni oğru”su – Onun heç 10 yaşı yoxdur – VİDEO

Azərbaycanda kriminal aləmə maraq göstərənlərin sayı kifayət qədərdir. Turkustan.info xəbər verir ki, gənclər tərəfindən sosial şəbəkələrdə kriminal aləmin nümayəndələrinin adına səhifələr açılır, onların təbliği aparılır. İstər “YouTube”, istər “Facebook”, istərsə də “İnstagram”da bu tip səhifələrə rast gəlmək mümkündür. Bəhs edəcəyimiz Tunarın isə bu aləm üçün yaşı çox azdır. Buna baxmayaraq, […]