Gün: Oktyabr 26, 2018

Türkiyədə yer iki qadını “uddu”: Qorxulu görüntülər – Video

Biri hicablı olan iki qadın küçədə söhbət edərkən qəflətən ayaqlarının altındakı yer aralanaraq onları “udub”. Turkustan.info Moderator.az-a istinadən xəbər verir ki, Türkiyənin Diyarbəkir şəhərində baş vermiş qorxulu olayın video-görüntülərini Almaniyanın “DW” nəşrinin ərəb versiyası təqdim edib. Xoşbəxtlikdən qadınlar yüngül zədə və şoka düşməklə canlarını qurtarıblar. Köməyə gələn insanlar onları dərhal […]

Kəlbəcərin sovet vaxtındakı “oğru dünyası” – RETROKRİMİNAL

Qarabağ bölgəsində isə vəziyyəti başqalarından fərqlənirdi. Oranın kriminal aləmində ermənilərlə azərbaycanlılar arasında gərginlik lap əvvəldən mövcud idi. Bu yazıda oxuyacağınız həmin vaxt Kəlbəcərdə yaşamış, hadisələrin içində olmuş bir şəxsin xatirələrdir. …1954-cü il idi. Mədəniyyət evinin qarşısında dayanıb söhbət edirdik. Bir də gördük, Bülbülün “Pobeda”sı gəldi – “AU 77-70”. Bu maşını […]

Koçaryanla oturub kabab yedim, Heydər Əliyev məni yanına çağırdı və… – Tofiq Zülfüqarov SİRLƏRİ AÇDI

“Heydər Əliyevin iş üslubu çox maraqlı idi. Cavan vaxtlarımda mən bu iş üslubu ilə rastlaşdım və bəzi şeyləri illər keçdikdən sonra başa düşməyə başladım”. Turkustan.info xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com saytına geniş müsahibəsində deyib. O, müsahibəsində ulu öndər Heydər Əliyevlə bağlı maraqlı xatirəsindən […]

Ramil Usubov yeni rəis təyin etdi

Oğuz rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bu vəzifə müvafiq əmrlə polis kapitanı Tahir Qarayevə həvalə olunub. T.Qarayev bunadək Mingəçevir rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru vəzifəsində işləyib.

“Xəbərim olsaydı ödəyərdim” – Bu sürücülər CƏRİMƏLƏNƏCƏK – VİDEO – FOTO

Əvvəl qayda pozarkən mütləq şəkildə elektron protokol ünvana göndərilirdi və müəyyən müddətdən sonra bu qayda pozuntusu barədə cərimə sistemə vurulurdu. Bəzən bu məktubların ünvanlara çatdırılmasında problemlər yaşanırdı. Nəticədə bir çox cərimələr sistemə otursa da, qərarsız olurdu. Bunu görən yol polisi bu qaydalara müəyyən dəyişiklik etmək qərarına gəlib. Turkustan.info ARB TV-yə […]

Banklar da hazırlaşır, əhali də: Yaxın müddətdə dollara tələbat artacaq

“İdxalda artımın olması daxili valyuta bazarlarında dollara tələbatı artıran əsas faktorlardan biridir”  Ardıcıl altıncı aydır ki, Azərbaycanda banklar tərəfindən əhaliyə dollar satışı alışını üstələyir. Avqust ayında banklar tərəfindən əhaliyə 542,749 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 157,376 mln. dollar alınıb. İyul ayı ilə müqayisədə xalis nağd dollar satışında 28 […]

“ASAN xidmət”ə yeni səlahiyyətlər verildi – Bundan sonra…

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Turkustan.İnfo-nun un məlumatına görə, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət […]

Əvvəl sevgilisini öldürdü, sonra özünü bıçaqladı – BAKIDA DƏHŞƏT

Bakıda kişi küçədə qeyri-qanuni yaşadığı qadını qətlə yetirib. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu və 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Rafiq qızı çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi […]

Quql Azərbaycanı Kürdüstana birləşdirdi – Təxribat

Quql axtarış sistemi xəritələr (maps) bölümündə təxribata yol verib. Turkustan.info xəbər verir ki, xəritədə Türkiyənin cənub-şərqi, Cənubi Azərbaycan torpaqlarının isə qərbi Kürdüstan ərazisi kimi göstərilib. Belə ki, ingiliscə xəritə (maps) kəlməsini yazıb, axtarış edənlər “Kürdüstan” sözü ilə qarşılaşır. Oraya daxil olduqda isə avtomatik sözügedən xəritə nümayiş olunur. Ehtimala görə, bu təxribatın […]

Tələbələrə şad xəbər – Təqüdlər artırılır

Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq. Turkustan.info xəbər verir ki, bu barədə ölkənin 2019-cu il üzrə büdcə zərfində qeyd olunub.  Sənədə görə, 2019-cu ildə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü […]

Fazil Məmmədov haradadır və səhhəti necədir? – Xaləddin İsgəndərov açıqladı

“Hazırda Fazil müəllimin səhhəti normaldır”. Turkustan.info bildirir ki, bunu A24.az-a açıqlamasında Binəqədi rayonunun sabiq icra başçısı Xaləddin İsgəndərov qaynı, sabiq Vergilər naziri Fazil Məmmədovun səhhəti ilə bağlı danışarkən deyib. “F.Məmmədov hələ ki, müalicə olunur. Türkiyədə – “American Hastanesi”ndədir. Hər şey də qaydasındadır. Heç bir şikayəti yoxdur. Bu günə şükür” – deyə, o bildirib. […]

Aİİ-nin növbəti seminarı “Birinci Dünya müharibəsində Qafqaz müsəlmanlarının müqəddəratı məsələsi”nə həsr olunub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 26 oktyabr 2018-ci il tarixdə “Birinci Dünya müharibəsində Qafqaz müsəlmanlarının müqəddəratı məsələsi”nə həsr olunmuş seminar keçirib.  Tədbirdə İnstitutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Aİİ-nin rəhbəri Ceyhun Məmmədov Ümummilli Lider Heydər Əliyevin dövlət-din siyasətinə göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Ali təhsil müəssisəsinin rektoru qeyd edib […]

Azərbaycanın müvafiq qurumları diasporda baş verən təxribatla bağlı birgə araşdırmaya başlayıb

Avropada Azərbaycan diasporunun bəzi nümayəndələri arasında son günlər baş verən təxribatın, bu səpkidə bəzi internet resurslarında yazılan qarşılıqlı ittihamların araşdırılması ilə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ölkənin müvafiq qurumlarına müraciət edib, baş verən hadisə nəzarətə götürülüb.  Bunu “Report”un sorğusuna cavab olaraq Komitənin Mətbuat xidmətindən bildiriblər.  Komitədən bildirilib ki, hadisə ilə […]

“Məni incidən odur ki, cənab Prezidentin etimadını doğrultmadım” – Xaləddin İsgəndərovla MÜSAHİBƏ

Turkustan.info bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərov A24.az-a müsahibə verib. O, işdən çıxarılandan sonra qaranlıq qalan bir sıra məqamlara aydınlıq gətirib. – Xaləddin müəllim, hazırda nə işlə məşğulsunuz? – Hələ ki, istirahət edirəm. – Səhhətiniz necədir? – Şükür Allaha, sağlamlığımda heç bir problem yoxdur. Yaxşıdır hər […]

Bakı sakinini kafedə döyüb öldürdülər

Paytaxtın Xətai rayonunda Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb. Turkustan.info-nun xəbərinə görə, hadisə oktyabrın 10-da M.Hadi küçəsindəki “Ordubad” kafesində baş verib. E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı Xətai […]

Azərbaycanda plastik qablaşdırma qadağan ediləcəkmi?

Dünən, bildiyiniz kimi, Avropa Parlamenti tərəfindən plastik qablaşdırma məhsullarının qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə, plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır. Azərbaycanda da bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kompleks tədbirlər planı hazırlanır. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya […]

25 namizəd və 1 kürsü – Gürcüstanın yeni prezidenti kim olacaq?

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Turkustan.info xəbər verir ki, sonuncu dəfə Gürcüstan vətəndaşları prezidenti birbaşa xalq səsverməsi ilə seçəcəklər. Belə ki, 1 il əvvəl ölkə parlamenti yeni Konstitusiya qəbul etdi və ölkə tam parlament respublikasına çevrildi. Həmin vaxt 117 deputat dəyişikliyin lehinə, 7-si isə əleyhinə səs vermişdi. Beləliklə, 2024-cü ildə […]

Bərdə Dövlət İdarəetmə və texnologiya kollecinin tələbələri ADAU da olub

Bərdə Dövlət İdarəetmə və texnologiya kollecinin tələbələri Azərbaycan Dövlət Aqrar Universitetində olub.  Ölkənin yeganə aqrar təhsil müəssisənin maddi-texniki bazasının gücləndirilməsi, yeni lobarotoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin qoşalaşdırılması  imkan verib ki, bu günün kadr bazarı üçün  daha səviyyəli mütəxəssis hazırlığı həyata keçirilsin.  Bu səbəbdən də təhsil […]

Son dəqiqə : Türkiyə Mənbicdə hərbi əməliyyata başlayır – Ərdoğan açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qısa müddətdə Fərat çayının şərq hissəsindəki Suriya torpaqlarına əməliyyatlara başlaya biləcəyini deyib.  Turkustan.info xəbər verir ki, Ərdoğan Fəratın şərqinin PKK/PYD terrorçuları tərəfindən işğalına dözmək fikirində olmadıqlarını bildirib. “Artıqq tək Mənbic deyil, bütünlüklə diqqətimizi Fəratın şərqinə yönəltmişik. Sırada Fəratın şərqindəki terror yuvalarını aradan qaldırmaq və ora […]

Özbəkistanda Azərbaycan yazıçısı Yunus Oğuz haqqında veriliş yayımlanıb

Daşkənddəki “Mədəniyyət və mərifət” televiziya kanalında “Dünya ədəbiyyatı” seriyasından yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz haqqında veriliş efirə verilib. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan verilişdə yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Verilişdə alim və tərcüməçi Babaxan Şərif bildirib ki, bundan əvvəl […]

“Quranda”da spirtli içki içməyə görə cəza yoxdur” – İlahiyyatçı

İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, ilahiyyatçı Hacı Surxay Həsənlinin spirtli içki içilən masanın arxasında çəkilən fotogörüntüsü sosial mediada müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Hacı Surxay danışmaq istəməyib. Turkustan.info bildirir ki, məsələ ilə bağlı bizimyol.info-ya açıqlama verən ilhaiyyatçı Elşad Miri sözlərinə görə, “Qurani-Kərim”də spirtli içkinin içməyə görə cəzanın olmadığı bildirilib. […]

Sürüşmə zonasının sakinləri evlərinə qayıtdılar – Xəbərdarlığı qulaqardına vurdular

Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 villanın sakini evlərinə qayıdıb. Turkustan.info xəbər verir ki, sakinlər Səbail rayon İcra Hakimiyyətinin müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlığına məhəl qoymayaraq, evlərində yaşamağa davam edirlər. Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətindən Modern.az -a faktı təsdiqləyiblər. Eyni zamanda qeyd […]

Azərbaycanda deputat 400 min manata yeni avtomobillər aldı

İmamverdi İsmayılov Sumqayıtda bahalı villa tikdirir Turkustan.info-nun  əldə etdiyi məlumata görə Milli Məclisin deputatı İmamverdi İsmayılov özünə iki yeni bahalı avtomobil alıb. Onlardan biri 10 AA 706 dövlət nömrə nişanı olan S-Class Mersedes, ikincisi isə 10 EE 888 nömrə nişanlı Lexus-dur. Hər iki avtomobil son modeldir və ümumi dəyəri 400 […]

“Bakı Gəmiqayırma Zavodu” olayında adı hallanan məmur danışdı: “Güllə atılmışdı…”

Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədov “Bakı Gəmiqayırma Zavodu”ndan yayılan qalmaqallı fotoda oğlunun adının hallandırılmasına münasibət bildirib. Turkustan.info bildirir ki, o BakuPost-a açıqlamasında deyib ki, fotonun yayılmasında oğlu Hikmət Məmmədovun heç bir günahı yoxdur: “Hikmət Dənizçilik Akademiyasını bitirib, ağıllı, savadlı oğlandır. 28 yaşı var. “Bakı Gəmiqayırma Zavodu”nda işləyirdi. O, […]

“İlham Əliyevin güclü beynəlxalq dəstəyi, Mehriban Əliyeva kimi ağıllı silahdaşı var” – Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev: “Xalqımız yaxşı başa düşür ki, siyasi böhran yaradıb antikontitusion yollarla hakimiyyətə gəlmək istəyənlər Azərbaycanın düşmənləridir” Turkustan.info Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə açıqlamasını təqdim edir: – Qüdrət bəy, sosial şəbəkələrdə keçmiş cəbhəçilərin və iqtidarın sabiq təmsilçilərinin əsl müxalifət kimdir mövzusunda […]

Nikol Paşinyanın davranışları Moskvada əsəbləri tarıma çəkməyə başlayıb

Dövlət Dumasının üzvü: “Paşinyanın hərəkətləri və sözlərində xeyli populizm var və bu, Rusiyada narahatlıq doğurur” “Ermənistanda hazırda qeyri-sabitlik hökm sürür. Biz özümüz də Rusiyada yeni Ermənistan rəhbərliyindən nəyi gözləməli olduğumuzu anlaya bilmirik”. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib. “Ermənistanda baş verənlər siyasi xaosa […]

Bu polis rəisləri haqda cinayət işi başlana bilər

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Müzəffər Sərxanbəylinin məhkəməsi keçirilib. Turkustan.info-nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə şahidlərin dindirilmə mərhələsi baş tutub. Şahid Mikayıl Rəhimov bildirib ki, hadisə günü klubda olub: “Bir nəfər piyan idi, qaytardı, onu çölə çıxartdılar. Biz də çıxdıq, orada Müzəffər həmin […]

“Azərbaycan Fransanın səmimiyyətinə o zaman inanacaq ki…” – Azay Quliyev

Fransa 3 yerli özünüidarəetmə orqanı rəhbərinin qanunsuz addımları bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü missiya və mandata daban-dabana ziddir. Turkustan.info xəbər verir ki, bu sözləri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Mili Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin […]

Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan geri qaytarılmalıdır – Rusiyadan SENSASİYALI TƏLƏB

Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır. Turkustan.info-nun məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev deyib. D.Saveyley bildirib ki, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv […]

Qarabağ məsələsində güzəşt olmayacaq – ŞƏRH

Azərbaycan dünyanın siyasi, diplomatik, hərbi, iqtisadi, humanitar dialoq məkanı kimi öz şərəfli missiyasını uğurla davam etdirməkdədir. Ölkəmiz dünyanın milli və dini tolarentlıq mərkəzi funksiyasını layiqli şəkildə yerinə yetirməkdədir. Bunu biz demirik, bunu hər kəs deyir, etiraf edir, ölkəmizi sevənlər də, sevməyənlər də. Bu baxımdan, Azərbaycan növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumuna […]

Hamını maraqlandıran sual: Körpələr dünyanı necə qəbul edirlər?

Körpələrin beyninin necə işlədiyini araşdıran laboratoriyada əldə edilən məlumatlar autizm və buna oxşar nevroloji problemlərə erkən diaqnoz qoymaq və müdaxilə etmək imkanı verə bilər. Londonun Birkbeck Universitetində körpələr üzərində apardığı araşdırmalarıyla tanınan bir laboratoriyadayıq. Hər tərəfi naqillərlə dolu papaq körpələrin başına qoyulur, onların zehni inkişafıyla bağlı məlumatlar toplanır. Tədqiqatçılar bu […]

Eldar Əzizov Meriyanı gücləndirilmiş rejimə keçirdi

“Hava şəraitinin kəskin dəyişəcəyilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb”. Turkustan.info bildirir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, bununla əlaqədar təsərrüfat xidmətləri xüsusi rejimdə işləyəcək: “Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçir. Yarana biləcək fəsadların qarşısının alınması üçün […]

Vəzifədən azad edilən SABİQ İCRA BAŞÇISI: “Mənim buna ixtiyarım yoxdurmu?”

Azərbaycanda vəzifəli şəxsin işdən çıxarılmasından dərhal sonra həbs olunması, ölkədən getməsilə bağlı məlumatların kütləvi informasiya vasitələrində tirajlanması trendi yaranıb. Bu sırada sabiqlər sırasına qoşulan şəxslərin mal-mülklərinin siyahısının dərc olunması hallarını da qeyd edə bilərik: “Eks-nazir həbs olunur”, “eks-başçının sonu yaxınlaşdı”, “sabiq başçının villaları üzə çıxdı” və s. Amma bir müddət […]

7 rayon azad olunmalı, sonra… – Boltonun Bakı səfərinin ŞİFRƏLƏRİ və ABŞ-ın QARABAĞ PLANI

İki gün öncə ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycanda səfərdə oldu. Səfərin nəticələri ilə bağlı mətbuat konfransı keçirən Bolton Azərbaycanın, ümumilikdə, Cənubi Qafqazın Birləşmiş Ştatlar üçün strateji baxımdan son dərəcə mühüm region olduğunu bildirdi. Yüksək vəzifəli qonaq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırdığını diqqətə çatdırdı. Publika.az-a müsahibəsində […]

Azərbaycanda polis onu öldürmək istəyən şəxsi güllələdi – ŞOK HADİSƏ

Göygöl rayonunda silahlı insident olub. Turkustan.info bildirir ki, Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Göygöl rayon Polis şöbəsinin Sarısı bölməsinin əməkdaşı Hüseynov Vüsal Mürsəl oğlu ərazidə gəzinti apararkən oğurluq edən 2 nəfəri müəyyənləşdirib. O, həmin şəxslərin kimliyini müəyyənləşdirmək üçün yaxınlaşıb. Bu zaman oğurluğa cəhd edən şəxslər başı qotazlı çomaqlarla polis […]

Azərbaycandakı milyonçular – Onlar niyə rəsmi qeydiyyata alınmır?

Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının (milyarder və ya milyonçular) siyahısını açıqlayır. Məsələn, “Forbes” jurnalının son açıqlamsına görə, Rusiyanın 200 milyarderinin də yer aldığı siyahıda bir neçə azərbaycanlının da adı var. “Lukoil” şirkətinin rəhbəri, tanınmış azərbaycanlı iş adamı Vahid Ələkbərov 16,4 milyard dollarlıq […]

Məktəbdə dəhşətə hazırlıq: Satanistlər şagirdləri öldürüb ətini yeyəcək, qanını içəcəkdi

Məktəbdə şagirdlər dəhşətli plan hazırlayaraq onlarla uşağı öldürmək və daha sonra qanını içməyi planlaşdırıb. Turkustan.info xəbər verir ki, buna hazırlıq işləri ABŞ-ın Florida şatatındakı Bartau şəhərində aparılıb. Polis planın üstünü açıb. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, planı hazırlayan 11 və 12 yaşlı iki qız olub. Onlar Şeytana daha yaxın […]

Baş nazirdən FHN-lə bağlı QƏRAR

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq olunub. Turkustan.info xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov qəbul edib. Azərbaycan Prezidentinin 2006-cı il 19 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.2-ci bəndinə əsasən Nazirlər Kabineti Fövqəladə […]

Rusiyalı politoloq: ABŞ regionda Bakını seçir

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səfəri ilə bağlı baş verənlər onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar Xəzəryanı regionda Azərbaycanı seçməkdə davam edir.  Turkustan.info bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında “Kaspi-Avrasiya” beynəlxalq və ictimai-siyasi araşdırmalar mərkəzinin rəhbəri, tarix elmləri namizədi Andrey Sızranov deyib.  Xatırladaq ki, Tramp səlahiyyətlərindən istifadə edərək, […]

Aİİ beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) Türkiyənin İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) baş direktoru Xalid Ərən ziyarət edib. Aİİ rektoru Ceyhun Məmmədov Mərkəzin rəhbəri Xalid Ərəni institutda görməkdən məmnun olduğunu, bu ziyarətin iki qurum arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını […]

Avropa Liqasında gecənin nəticələri

Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib. Turkustan.info-nun xəbərinə görə, 12 qrupda 24 qarşılaşma oynanılıb. “Qarabağ”ın yer aldığı E qrupunun liderləri “Arsenal” və “Sportinq” Portuqaliyada üz-üzə gəlib. Matç London klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Türkiyə təmsilçilərindən “Fənərbaxça” Belçikada “Anderlext”in qonağı olub və heç-heçə edib – […]

Laçın rayonuna ermənilər köçürülür

Ermənistan işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasətini davam etdirir. Laçın rayonu ərazisində yaradılmış “Kaşataq rayonu”nun “administrasiya rəhbəri” Stepan Sərkisyan qanunsuz məskunlaşma ilə bağlı bəzi etiraflar edib. Sərkisyanın sözlərinə görə, 2017-ci ildə 8 çoxuşaqlı ailə üçün həyət evləri tikilərək onların istifadəsinə verilib. Bu il isə həmin işlər davam etdirilib. S.Sərkisyanın […]

Ən yaxşı təbiət fotoları seçildi – Fotolar

Britaniyada nüfuzlu “2018 Wildlife Photographer of the Year” fotomüsabiqəsi başa çatıb. Turkustan.info Milli.Az-a istinadən bildirir ki, Londondakı Təbiət Tarixi Muzeyinin (Natural History Museum) keçirdiyi müsabiqədə holland fotorqraf Marsel van Ostenin əsəri əsas mükafatı qazanıb. Fotoda Çindəki Sinlin dağındakı meşələrdə yaşayan iki qızılı meymun əks olunub.