Yunan-Roma güləşçimiz İslam Abbasov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında medalsız qalıb. 

Turkustan.info xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı müvafiq olaraq Yamayka, Yunanıstan və Belarus təmsilçilərinə qalib gəldikdən sonra yarımfinala yüksəlib. Lakin o, finala gedən yolda ukraynalı tanınmış güləşçi Jan Belenyuka uduzub. Bununla da Abbasovun bürünc medal uğrunda mübarizə aparacağı məlum olub. Lakin həmin qarşılaşmada da o, ermənistanlı Artur Şahinyana uduzaraq, 5-ci yerlə kifayətlənib.