Ay: Noyabr 2018

16 ölkənin gənclər təşkilatları Bakıya toplandı – FOTOLAR

Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının iclası keçirilir. Modern.az xəbər verir ki, ittifaqın bu ilki Üzvlər Şurasının iclası 28 noyabr-3 dekabr  2018-ci il tarixlərində həyata keçiriləcək. İclasın bu gün keçirilən rəsmi açılış mərasimində İttifaqa daxil olan 16 müxtəlif ölkədən (Albaniya, Azərbaycan, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, İran, İraq, Kazaxıstan, […]

Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?

2019-cu il dəyişikliklər ili olacaq. Zodiak işarələrinin bir çox nümayəndələrini uğur gözləyir. Turkustan.info xəbər verir ki, rusiyalı astroloq Pavel Qlob gələn ilin astroloji proqnozunu tərtib edib. Pavel Qlob – təkcə Rusiyada deyil, MDB məkanında ən məşhur münəccimlərdən biridir. Onun proqnozları astrologiya və astronomik məlumatlara əsaslanır, odur ki, bürclər üçün hazırladığı proqnoz […]

Tramp Putinlə salamlaşmadı – VİDEO

Rusiya və ABŞ prezidentləri Buenos-Ayresdə G-20 sammiti zamanı xatirə şəkili çəkdirilərkən bir-birinə salam verməyiblər. Turkustan.info xəbər verir ki, Putin podiuma Trampdan tez qalxsa da, sonuncu öz yerini tutarkən Rusiya liderinə önəm verməyib.  Bundan sonra dövlət başçıları ilk plenar iclasının keçirildiyi salona yollanıblar.  Jurnalistlərin verdiyi məlumata görə, Putin Trampdan qabaq gedirdi və onlar qarşılaşmayıb. Bildirilir […]

İbrahim Cəfərov 5-ci dəfə ilin ən yaxşı rektoru seçildi

Qafqazın ən böyük təhsil Facebook səhifəsi olan  “Azərbaycan Universitetleri” səhifəsi tərəfindən keçirilən “2018-ci ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusu yekunlaşıb.    ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 176 min istifadəçi arasında keçirilən social tələbə sorğusunda səslərin 53 %-ni toplayıb, 5-ci dəfə qalib olaraq ən yaxşı rektor adına layiq […]

Deputat Elzanı müdafiə etdi: Rasim Balayev elə deməməli idi…

Xalq artisti Rasim Balayevin Əməkdar artist Elza Seyidcahanı sərt tənqid etməsi barədə məlumat vermişdik. Xalq artisti CVN TV-də çıxışı zamanı zövqlərin korlandığını, televiziyalardakı özbaşınalığın artdığını qeyd edib. “Elza Seyidcahan şeirlər oxuyur. Ona deyən yoxdur ki, get, işinlə məşğul ol. Sən şair deyilsən”, – deyə Rasim Balayev vurğulayıb. Turkustan.info xəbər verir […]

İrkutskda dəhşət: Üç azərbaycanlı uşaq diri-diri yandı

Ataları Azərbaycana deportasiya edilmiş körpələr gecə evdə anasız qalıblar və yanaraq ölüblər  Üç azərbaycanlı uşaq Rusiyanın İrkutsk vilayətinin Nijneudin rayonunun Xudoelansk qəsəbəsindəki evdə baş verən yanğın nəticəsində həlak olub. Turkustan.info-nun məlumatına görə, bu barədə İrkutskın Weacom.ru nəşri məlumat yayıb. Bir, iki və üç yaşlı üç uşaq gecə vaxtı evdə tək olublar və yanğın […]

Yeni şəxsiyyət vəsiqələri elektron imzanı sərbəst aktivləşdirməyə imkan verəcək

Yeni şəxsiyyət vəsiqələrini almış vətəndaşlar bu sənədə inteqrə olunmuş elektron imzanı özləri aktivləşdirə biləcək. Turkustan.info-nun məlumatına görə, bunu jurnalistlərə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Nazir müavininin sözlərinə görə, e-imzanın istifadə müddəti 3 ildir: “Əvvəllər də deyildiyi kimi, vəsiqələrin çipinə üç proqram yazılır: vəsiqə sahibinin fərdi […]

İlham Əliyev 5 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncamda qeyd edilir: “Bakı şəhərində və regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchiz olunmasında mühüm rol oynayan kiçik və orta elektrik stansiyalarının real generasiya gücünün artırılması və sabit fəaliyyətinin […]

Vergidən azad olunanların SİYAHISI

Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət üç il müddətinə vergidən azad olunub. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, sənədə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə […]

Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılacaq. Turkustan.info bildirir ki, Təhsil Nazirliyindən BakuPost-a verilən məlumata görə, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu dekabrın 1-2-də müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb elektron ərizə sistemində […]

Niderlandlı baş redaktor Azərbaycan diaspor təşkilatına qoşuldu

Niderlandda fəaliyyət göstərən “Connekt” təşkilatının sıraları genişlənməkdə davam edir.  Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.  “Niderlandda yaşayan soydaşımız, “Conneckt” təşkilatının sədri Vüqar Abbasov baş redaktorla görüşüb. Bu təşkilatın özəlliklərindən biri də budur ki, təşkilatda əsasən yerli insanlar, yəni niderlandlılar təmsil olunurlar və onların arasında jurnalistlər də var. […]

İranla sərhəddə silahlı insident – Elçin Quliyev hadisə yerinə getdi (FOTOLAR)

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. Turkustan.info bildirir ki, DSX-dan Azvision.az-a verilən məlumata görə, 2018-ci ilin 29 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin silahlı şəxslər tərəfindən pozulmasına hazırlıq barədə daxil olmuş […]

Mübariz Mənsimova qarşı şok qərar – Rusiya Mənsimovun 58 gəmisini…

Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi “Palmali” MMC şirkətinin müflis elan edilməsinə dair qərarı qüvvədə saxlayıb. Eurasia Diary Rusiya mənbələrinə istinadən xəbər verir ki, qərarın təsdiqlənməsi nəticəsində şirkətə məxsus olan 58 gəmi hərrac yolu ilə satılacaq. Əldə ediləcək vəsait isə “Sberbank”a ödəniləcək. “Palmali” MMC-nin “Sberbank”a 210 milyon dollar ödənilməmiş kredit borcu […]

Jurnalist təşkilatı Saatlıda Cümhuriyyət irsini təbliğ edib – Foto

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Saatlı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Saatlı şəhər 4 saylı tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçiliyinin əsas varisi kimi: dövlətçilik ənənələrimizin mediada təbliği “adlı konfrans keçirib.  Azadinform xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Saatlı şəhər 4 saylı tam orta […]

Flora Kərimovadan şok açıqlama: “Övladlarıma dedim ki, sizdən imtina edəcəm” – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı xalq artisti Flora Kərimova olub. Flora Kərimova maraqlı açıqlama verib: “Hərdən zarafat edirdim. Deyirdim ki, natarusa gedib ərizə verəcəm, sizdəm imtina edəcəm. Elə dedim oğlum qorxdu. Qızıma zəng edib deyib ki, xəbərin var ana bizdən imtina edəcək? Oğlum dediklərimi ciddi qəbul edib və mənə […]

Gəncədə silahlı insident – BİR NƏFƏR GÜLLƏLƏNDİ

Gəncə şəhərində silahlı insident baş verib. Turkustan.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılmışdır. Cinayət törədilərkən […]

“Dağlıq Qarabağa göz yuma bilmərik” – Merkel

Almaniya post-sovet məkandakı münaqişələrə göz yuma bilməz. Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Angela Merkel deyib. “Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq […]

Əflatun Amaşov MM-də gürcüstanlı soydaşlarımızla bağlı təklif səsləndirdi

Bu gün Milli Məclisin plenar iclasında «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası […]

Lavrov Milanda Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri dekabrın 6-7-i Milanda ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində ikitərəfli görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə predmet müzakirələr aparacaq. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında Trend-in sualını cavablandırarkən deyib. O bildirib: “Nazirin çıxışı ATƏT gündəliyi ilə bağlı bütün məsələləri, xüsusilə də Rusiyanın birbaşa iştirak […]

Ölən və itkin düşənlərin bank kreditlərini kim ödəyəcək? – Yeni qaydalar

Banklarda istehlak kreditlərinin qaytarılması 0-30 gün gecikdikdə qənaətbəxş, 31-90 gün gecikdikdə nəzarət altında olan, 91-120 gün gecikdikdə qeyri-qənaətbəxş sayılacaq.  Turkustan.info-nun məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi və gələn il mayın 29-da qüvvəyə minəcək “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda əksini tapıb.   İstehlak […]

Özünü “ikinci Allah” adlandıran Məmmədsəfa kişi müştəriləri üçün görün nə etdi – VİDEO

Azərbaycanda əsasən şou-biznes nümayəndələrinin üz tutduğu, özünü “Allah” adlandıran Lerik sakini, cindar Məmmədsəfa yenidən gündəmə gəlib. Turkustan.info-nun A24.az-a istinadən əldə etdiyi məlumata görə, o, bu dəfə şəxsi hesabına Lerik rayonunun Kaqoy kəndində yol çəkdirməsi ilə diqqəti çəkib. Belə ki, ağır texnikalar gətirilməsini tapşıran Məmmədsəfa kəndin yollarının yenidən qurulmalı olduğu qənaətinə gəlib. […]

Hadı Rəcəblidən pensiya ilə bağlı vacib AÇIQLAMA

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci və üçüncü (sonuncu) oxunuşda müzakirə olunub. Layihə barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Komitə sədri qeyd edib ki, qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni […]

Oqtay Əsədovdan Tahir Kərimliyə – “Deyəsən, dərmanın dozası çox yuxarı oldu”

Deputat Tahir Kərimli “Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsində  sözügedən layihənin müvafiq maddəsində işlədilən “effektiv” sözünün işlədilməsinə etiraz edib.  Turkustan.info Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat dilimizin qorunmasının vacibliyinə toxunaraq vurğulayıb ki,  həmin sözü “səmərəli” sözü ilə əvəz etmək lazımdır: “Biz qanunlarımızın dili məsələsinə diqqət etməliyik. Parlament süzgəcdir. Dil babalarımızın əmanətidir. […]

Avtomobillərə görə rüsumlar qaldırıldı

Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılıb. Turkustan.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində bu bənd də təsdiqlənib. Beləliklə, 2019-cu ildən ölkəyə gətirilən minik avtomobilləri üzrə gömrükdə alınan aksiz rüsumu qalxıb. Bu isə o deməkdir ki, avtomobillərin qiymətində bahalaşma […]

ADAU-da “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli  “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə  əlaqədar təsdiq olunan tədbirlər planına əsasən  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.   ADAU-nun mətbuat xidmətinin xəbərinə görə konfransı […]

Bina tikir, qaçqına verir, biz də binaya görə vergi alırıq…

Xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlar vergidən azad olunmalıdır. Turkustan.info xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə Vergi Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı təklif edib. Millət vəkili bildirib ki, fəaliyyətindən gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil: “Bu yaxınlarda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Paşa […]

Zaxarovadan Saakyanın Moskva səfərinə münasibət

Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Sahakyanın Moskvaya səfəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın vasitəçilik missiyasına zidd deyil. Turkustan.info xəbər verir ki, bunu brifinq zamanı verilən sualı cavablandıran Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bildirib. “Bu səfər özəl tədbirdən başqa cür dəyərləndirilə bilməz. Onun statusu göz qabağındadır. Həmin səfər nə Rusiya […]

Banklarda xarici valyutaya tələb və öhdəliklərin limiti müəyyənləşdi – Yeni qaydalar

Maliyyə Bazarlarına Nəzarət Palatası “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nı təsdiq edib.  Turkustan.info-nun məlumatına görə, bu Qaydalar Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları üçün məzənnə riskinin tənzimlənməsi məqsədi ilə açıq valyuta mövqeyinin müəyyən edilməsini və ona tətbiq edilən limitləri tənzimləyir.     Valyuta mövqeyi bankın […]

NATO hərəkətə keçir, Türkiyə boğazları… – Rusiyada belə ZƏRBƏNİ GÖZLƏMİRDİLƏR

Ukraynanın qarşısındakı vəzifə budur: beynəlxalq cəmiyyəti özünün ətrafında birləşdirmək, Krımın zəbt edilməsini xatırlatmaq, Qərbin açıq-aydın unutmağa başladığı Donbas münaqişəsini yada salmaq. Amma əsas vəzifə Azov dənizində daim artan təhlükəyə diqqəti yönəltmək lazımdır. Burada qüvvələr nisbəti açıq-aydın Ukraynanın xeyrinə deyil və böyük qorunmamış sahil xətti var. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, […]

Bakı metrosunda biabırçılıq: Qızlar oğlana sataşdı, dava düşdü – VİDEO

Bakı metrosunda növbəti xoşagəlməz insident yaşanıb. Turkustan.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb. Kadrlardan göründüyü kimi, qatarda iki gənc qızla bir oğlan arasında mübahisə yaşanır. Bildirilir ki, insident qızların oğlana söz atmasından sonra başlayıb. Uzun müddət oğlana sataşan qızlar sonda hücuma keçiblər. Qatar “28 May” metrostansiyasına çatanda məsələyə […]

Gələn ilin büdcəsi 410 milyon manat artırılıb

“2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi ətrafında xeyli müzakirələr aparılıb. Müzakirələrdən sonra isə bəzi təkliflər nəzərə alınıb”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında deyib. Deputat bildirib ki, ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsinin xərcləri 410 milyon manat […]

Məlahət İbrahımqızından TƏKZİB: “…Cəfəngiyyatdan başqa bir şey deyil”

“Mənim İnsan hüquqları üzrə müvəkkil (ombudsman) vəzifəsinə gətirilməyimlə bağlı bəzi saytların dərc etdiyi xəbər cəfəngiyyatdan başqa bir şey deyil”.  Bu sözləri Modern.az-a eksklüziv açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahımqızı bildirib. Məlahət İbrahimqızı hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, 21 saylı Nəsimi birinci seçki […]

Dekabr qar-yağışla başlayacaq – Aylıq proqnoz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayına gözlənilən hava proqnozunu açıqlayıb. Qurumdan Bizimyol.info-ya daxil olan xəbərə görə, dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində normadan aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, […]

Salome Zurabişvili: “Rusiya ilə dostluq etmək vaxtı deyil”

Gürcüstanda keçirilən prezident seçkilərində qalib gələn Salome Zurabişvilinin fikrincə, hazırda Rusiya ilə əməkdaşlığın doğru zamanı deyil. O, bu barədə BBC-nin Rusca xidmətinə müsahibəsində bildirib. “Rusiya hələki özünü belə apardığından, insanların oğurlanması da daxil, işğal xətlərində baş verənləri və bu xəttin ərazimizin dərinliyinə, Tbilisinin daha yaxınına… doğru hərəkət etdiyini nəzərə alsaq, […]

Bu gün dövlət büdcəsi ilə bağlı müzakirələr yekunlaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Turkustan.info-nun məlumatına görə, iclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi yekun müzakirəyə (üçüncü oxunuş) çıxarılacaq. İclasda həmçinin “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsi yekun müzakirələrə […]

ATƏT Gürcüstanla bağlı hesabat yaydı: Seçki necə keçirilib?

ATƏT-in Seçki Müşahidə Missiyası Gürcüstandakı prezident seçkisinin ikinci turuyla bağlı hesabat yayıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, hesabatda təşkilat seçki günü və ikinci tura qədər olan dövrdə hədə-qorxu gəlmə, administrativ resurslardan yararlanma, neqativ kampaniya, sərt ritorika, güc tətbiqindən istifadə edilən insidentləri qeydə aldığını bildirib: “Prezident seçkisinin ikinci turu rəqabət mühitində […]

Umayra Tağıyevaya yüksək vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin əmri ilə nazirliyin ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva Milli Hidrometereologiya Departamentinin direktoru təyin olunub. Turkustan.info xəbər verir ki, bu barədə Unikal.org-a nazirlikdən məlumat verilib. Qeyd edək ki, U.Tağıyeva 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun […]

Bakı qışa hazırdır? – “Problemləri həll etmək mümkün deyil”

Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov paytaxt rayonlarının icra başçılarını, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərlərini toplayaraq müşavirə keçirib. Müşavirədə bildirilib ki, prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtda qış mövsümünə hazırlıq, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı xüsusi proqram hazırlanır. […]

Oliqarxların “pul gölü” qurudulur – Balıq bahalaşacaq

Balıq yetişdirmək üçün yaradılan süni göllərin əksəriyyəti bağlanacaq. Hökumətin 2016-cı ildən başladığı bu proses davam edir. Hökumət qurumları  hesab edir ki, həmin göllər vətəndaşların mülkiyyətinə pay torpağı kimi verilmiş əkin sahələrində, dövlət mülkiyyətinə aid qış otlaqlarında, dövlət ehtiyat fondu torpaqlarında və bələdiyyə mülkiyyətinə aid örüş-otlaq sahələrində yaradılıb. Buna görə də […]

Gürcüstanda “məxməri inqilab” təhlükəsi – İlk mitinq yoxlama xarakteri daşıyacaq

Gürcüstanın birləşmiş müxalifəti bazar günü Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçirəcək. Bunu prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi kimi seçkilərdə iştirak etmiş Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Qriqol Vaşadze bəyan edib. Q. Vaşadze mitinqin hakimiyyətin cəmiyyətin səsini eşitməsi üçün əsas yollardan biri olduğunu qeyd edib. Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən […]

Həkimlər niyə kəndlərdə işləmək istəmir?

Məişət şəraiti, həkimlərə ödənilən məvaciblər və digər şərtlərin uyğunsuzluğu regionlarda vakant həkim yerlərinin boş qalmasına əsas səbəblərdən hesab edilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Oxu.Az-a bildirib ki, bölgələrdə xəstəxanalar tikilib, şərait yaradılıb:  “Təəssüf ki, kəndlərə gedib, işləyən həkimlər yoxdur. Məsələ ilə bağlı nazirlik tərəfindən stimullaşdırıcı tədbirlər planı hazırlanıb və Nazirlər Kabinetinə təhvil […]

Güclü külək Bakıda fəsadlar törətdi – Video

Bu gün günorta saatlarından Bakıda başlayan güclü külək fəsadlar törədib. Turkustan.info “Xəzər Xəbər”ə istinadla bildirir ki, paytaxtın müxətlif hissəsində 30-dan çox ağac aşıb, bəzi iaşə obyektlərinə ziyan dəyib. Xətai rayonu Səməd bəy Mehmandarov küçəsində aşan tut ağacı binanın eyvanına düşüb. Əraziyə gələn Bakı Şəhər Yaşıllaşdırma Təssərüfatı Birliyinin işçiləri təhlükəli vəziyyətdə […]

Türkiyə səylərini vasitəçilik sahəsinə yönəldir – Mövlud Çavuşoğlunun MƏQALƏSİ

Mevlüt Çavuşoğlu Türkiyə Respublikasının Xarici İşlər Naziri Bu həftə İstanbulda vasitəçilik mövzusunda iki ayrı, lakin bir-birilə əlaqəli olan beynəlxalq konfranslar keçiriləcək. Bunlardan birincisi münaqişə xəritəsindəki mövcud vəziyyət və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin vasitəçilik imkanları ilə bağlı olacaq. İkinci konfrans isə daha geniş mövzuları əhatə edəcək, davamlı inkişaf, sülh […]

“Qarabağ”dan biabırçı məğlubiyyət ! – Avroliqaya əlvida …

UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” sonuncu ev oyununda biabırçı məğlubiyyətə uğrayıb. Turkustan.info xəbər verir ki, Bakı Olimpiya Stadionunda Portuqaliyanın “Sportinq” klubunu qəbul edən son çempion, rəqibinə 1:6 hesabla məğlub olub.  İlk hissədə qonaq komandaya nisbətən müqavimət göstərən “Qarabağ” səviyyəcə üstün olan Pireney təmsilçisinə 1:3, sonrakı hissədə 0:3 […]

Bakıda qadın qayınanasından qaçdı, itkin düşdü

Bakıda gəlin evdən qaçıb. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Səbzəliyeva Səbinə Yunis qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə Xətai rayonu, A.Qurban küçəsi, ev 25/37-də yaşayan gəlini, 1979-cu il təvəllüdlü Əzməmmədova Nərmin Xeyribəy qızı noyabrın 28-də gecə […]

Tramp Putinlə görüşdən imtina etdi

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən imtina edib. Turkustan.info xəbər verir ki, bu barədə Tramp “Twitter”də məlumat yayıb. Bildirib ki, görüşdən imtina etməsi Kerç boğazında baş verən insidentlə əlaqədardır. Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin görüşü Argentinada G-20 sammiti çərçivəsində planlaşdırılırdı.  /Azvision.az/

“Qarabağ” uduzur, “Arsenal”dan ikinci qol – YENİLƏNİR – FOTO

Avropa Liqası E qrupu   21:55. “Qarabağ” (Azərbaycan) – “Sportinq” (Portuqaliya) – 1:2 (Birinci hissə) Qollar: Bas Dost, 5-pen (0:1), Abdulla Zubir, 14 (1:1), Fernandes, 20 (1:2) Hakimlər: Petr Ardeleanu, Petr Blazey, Tomas Mokruş, Yan Patak, Zbinek Proske, Emanuel Marek (hamısı Çexiya) Bakı Olimpiya Stadionu.  “Vorskla” (Ukrayna) – “Arsenal” (İngiltərə) – […]

Rusiyada dünya çempionunu öldürən azərbaycanlıdan SON XƏBƏR – VİDEO

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi öldürməkdə günahlandırılan Anar Allahverənov 19 il azadlıqdan məhrum edilə bilər. Turkustan.info xəbər verir ki, bu haqda “Gazeta.ru” saytı yazıb. Məlumata görə, əvvəlcə istintaq güman edirdi ki, müttəhim idmançını ehtiyatsızlıq edərək vurub. Əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə […]

Həbib xanım aparıcının əlini sıxmadı – Video

Rusiyalı idmançı, UFC çempionu Həbib Nurməhəmmədov “Matç TV” telekanalının baş direktoru Tina Kandelakinin əlini sıxmayıb. Turkustan.info xəbər verir ki, idmançının bu hərəkəti birmənalı qarşılanmayıb. Kandelaki Instagram hesabında videonu paylaşaraq qeyd edib ki, Ramzan Kadırov onunla görüşdə əlini sıxdığı halda Nurməhəmmədov bunun əksini edib. İdmançının Kandelakinin paylaşımına cavabı belə olub. “Tina, […]

Türk Dünyası Turan Yazgan Büyük Ödülü İlham Tohti’ye verildi

 Türk Araştırmaları Başkanı Közhan Yazgan ve Macar Turan Vakfı başkanımız Andras Biro tarafından, Tohti adına, on yıllardır İngiltere’de yaşamak zorunda kalan Uygur sanatçı ve dava kadını Rahima Mahmud’a takdim edildi. Turan Yazgan ödülüne Türk Dünyası’na yaptıkları büyük hizmetleri için bu ödüle layık görülen, Mustafa Cemil Kırımoğlu (2013), Andras Biro (2014), […]

Türkiyə ilə bağlı gizli hesabat Konqresə təqdim edildi

Hesabatda qeyd edilib ki, Türkiyə Rusiyadan S-400 alarsa, bu, yalnız F-35 qırıcılarının Türkiyəyə tədarükünə deyil, həmçinin, F-16 qırıcılarının, “CH-47f” və “UH-60” helikopterlərinin bu ölkəyə satılmasına təsir edəcək ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə bağlı Konqresə gizli hesabat təqdim edib. Turkustan.info “Haber7″ə istinadla xəbər verir ki, hesabatda Türkiyənin Rusiyadan S-400 almasından […]

IPRA-dan “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”na dəstək

Mənzil qərargahı Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA – International Public Relations Association) 26 yanvar 2018-ci il tarixində Türk dünyasında ilk dəfə keçiriləcək “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”nun rəsmi tərəfdaşı oldu. IPRA-dan gələn dəstək məktubunda forumun Türkdilli Dövlətlərin PR mütəxəssisləri arasında qarşılıqlı əlaqələrin yaradılmasında və PR sahəsində […]

Əmisi arvadı ilə aralarında intim münasibət olduğunu ETİRAF ETDİ – BAKIDA

Bakıda əmisinin həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Rəsul Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, bu il iyulun 17-də, […]

Bakı Nəqliyyat Agentliyindən XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi küləklə bağlı xəbərdalıq edib. Turkustan.info bildirir ki, agentlikdən Modern.az-a verilən məlumata görə, qurum hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edir: “Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun […]

Bakının bir hissəsində qaz olmayacaq – XƏBƏRDARLIQ

Bakının Sabunçu rayonunda təbii qazın verilişində məhdudiyyət olacaq. Oxu.Az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, istismarı dayandırılmış diametri 219 və 159 mm-lik qaz xəttinin ləğvi, qaz kəmərində aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar noyabrın 30-u saat 10:00-dan təmir işləri yekunlaşanadək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov, Bünyadov, Anaşkin və Ş.Kamilov küçələrinin […]

Gürcüstan müxalifəti daha bir seçki istədi

Gürcüstan müxalifəti prezident seçkilərinin ikinci turunun nəticələrini tanımır. Turkustan.info xəbər verir ki, bunu Birləşmiş müxalifətin prezidentliyə namizədi olan Qriqol Vaşadze Tbilisidə Filarmoniya binasında tərəfdarları ilə görüşdə deyib. O bildirib ki, birləşmiş müxalifət Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.  Prezidentliyə keçmiş namizəd bazar günü paytaxtın Rustaveli prospektində bu tələblə aksiyanın keçiriləcəyini bəyan edib. […]

İsveçdə azərbaycanlı uşaqlara şahmat dərsi keçən Pərviz Abbaszadə

Bu gün xaricdə yaşayan soydaşlarımızın birliyi nə qədər güclü olarsa,ölkəmizin təbliğatı daha istənilən səviyyədə olacaq. Soydaşlarımızın bu fəaliyyətdə üzərlərinə böyük yük düşür. Belə soydaşlarımızın biri də Pərviz Abbaszadədir. Pərviz Abbaszadə İsveçin Yöteburq şəhərindəki 2015-ci ildə yaradılan Azərbaycan Mədəniyyət və İdman Dərnəyi”nin yaradıcılardandır. Pərviz Abbazadə Azərbaycan Bədən Tərbiyyə və İdman Akademiyasının […]

Saakaşvili Hollandiyada inqilab hazırlığına başladı – Sensasion iddia

“Bir qadının Gürcüstana rəhbərlik etməsi, problem yaratmayacaq. İllərlə Nino Burcanadze parlamentə sədrlik edib. Yəni, gürcü ənənəsində qadın rəhbər üçün problem olmayacaq”. Turkustan.infi xəbər verir ki, bu sözləri gürcü politoloq Peter Mamradze deyib. Ekspert keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstanda çevriliş hazırlığına başlaması ilə bağlı iddialara da cavab verib. Peter Mamradze hesab etmir […]

Elmar Vəliyevin oğluna yüksək vəzifə verildi

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğluna yüksək vəzifə verilib. Unikal.org-un əldə etdiyi məlumata görə, bir müddət öncə Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri təyin edilib. O, buna qədər Milli Məclisdə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışırdı. Xəbəri Milli Məclisdən təsdiqləyiblər.

Türkün dədə yurdundakı Dədə Qorqud

Aida Eyvazlı … 7 yurd qurub, 7 ocaq yandırdı. Eli başına yığdı Qorqud Ata– Dədə Qorqud.  Ulu türk ellərinin ulu qəhrəmanı haqqında  yazılanlar, bu günümüzə qədər gəlib çıxan hər cümlə  əslində türk ulusunun, türk elinin, türklərin tarixi, mədəniyyəti, coğrafiyası kimi mühüm mənbədir. Nə yaxşı ki, ən əvvəl  Dədəmiz Qorqud haqqında […]

Müğənnimizə qadağa qoyuldu: Bu mahnını oxuma!

Tanınmış azərbaycanlı müğənni Əli Purmehriyə “Traktor” futbol komandası üçün hazırladığı yeni mahnını oxumağa icazə verilməyib. Turkustan.info xəbər verir ki, müğənni bu barədə İnstaqram səhifəsində məlumat yayıb. O bildirib ki, Tehran və digər şəhərlərdə konsertlərlə bağlı son qərarı verən Təmin Şurası “Traktor”un mahnısının Təbrizdə onun tərəfindən oxunmasına icazə verməyib: “Bunun səbəbi […]

“Azərbaycandakı erməni diversant Çin dilini öyrənir, atamdan isə məktub belə yoxdur” – Dilqəm Əsgərovun oğlu

“Sonuncu dəfə 2017-ci il noyabr ayının 1-də yazılan məktubu komitənin əməkdaşları bizə təqdim ediblər. O vaxtdan atamdan heç bir məktub ala bilməmişəm”.  Turkustan.info bildirir ki, bunuCebhe.info-ya açıqlamasında erməni girovluğundakı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarından atasının məktub yazmadığının səbəbini soruşub:  […]

“Bu hadisə bizim birlikdə daha güclü olduğumuzu göstərdi” – Darxan Kıdırəli

“Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi bizim birgə uğurumuzdur. Çünki, Dədə Qorqud Altayalardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır.  Modern.az xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəli […]

Prezident nazirliyə mühüm səlahiyyət verdi – Obyektləri məhkəməsiz bağlaya biləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yeni səlahiyyət verilib. Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb. Əsasnaməyə əsasən nazirliyin ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və […]

”Lotu Quli”nin ailəsində üç gün üç gecə toy oldu – Məşhurlar pulsuz oxudu – VİDEO

Azərbaycanlı ”qanuni oğru” ”Lotu Quli”nin ailəsində toy mərasimi baş tutub. Turkustan.info bildirir ki, Unikal.org həmin toyla bağlı maraqlı təfərrüatlar əldə edib. Belə ki, Nadir Səlifovun bacısı qızının Gürcüstanda möhtəşəm toy məclisikeçirilib. ”Lotu Quli”nin bacısı qızı Rusiyada tanınmış azərbaycanlı iş adamı Zakir müəllimin oğlu Samir bəylə ailə həyatı qurub. Bu toydan öncə […]

Şair İbrahim İlyaslının 55 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə baş tutan tədbiri giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron nümayəndəliyinin rəhbəri İlham Manafov açaraq yubilyarı təbrik edib və ona xatirə hədiyyələri təqdim etdi. Sonra sözü tədbiri aparmaq üçün sözü DGTYB Məsləhət Şurasının başkanı, Atatürk Mərkəzinin şöbə müdiri şair-publisist Əkbər Qoşalıya verdi. Əkbər […]

Köçəryan həbs edilə bilər – Məhkəməni uduzur

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın vəkili Ruben Saakyan baş prokuror Artur Davityanın Apellyasiya Məhkəməsində iştirakına etirazını bildirib.  Turkustan.info-nun məlumatına görə, Saakyan jurnalistlərə açıqlamasında vurğulayıb ki, baş prokurorun məhkəməyə gəlişi Robert Köçəryanın həbs ediləcəyinə dair düşünməyə əsas verir:  “Variantlardan biri budur ki, baş prokuror, ikinci prezidentə hörmət əlaməti göstərir və buraxdığı […]

Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı

29 noyabr, Fineko/abc.az. “Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasının qalibləri bəlli olub. Bu, Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən təşkil olunan sayca 6-cı Hackathon müsabiqəsi olub. Mütəxəssislər tərəfindən aparılan texniki dəyərləndirmənin ardından 28 noyabr tarixində baş […]

“Mən “143 manata bir ay normal yaşamaq olar” deməmişəm” – Hadı Rəcəblidən açıqlama

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli parlamentdəki çıxışı ilə yenidən müzakirələr yaradıb. Turkustan.info xəbər verir ki, saytlarda yazılanlara görə, deputat “Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı […]

ADAU-nun Aqronomluq fakültəsində Texas A&M Universitetinə tələbə və müəllim heyətinin səfəri üzrə təqdimat keçirilib

Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzinin (AgroCenter)  Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirdiyi kənd təsərrüfatı sahələri üzrə Glimmer Tədris Təkmilləşdirmə proqramı çərçivəsində  əməkdaşlıq etdiyi Texas A&M Universitetinə tələbə və müəllim heyətinin səfəri üzrə Aqronomluq fakültəsində təqdimat keçirilib. Təqdimatda Texas A&M Universitetinin tədris prosesi, elmi tədqiqat işləri, tələbələrin peşəkar inkişafı […]

Azərbaycandakı erməni əsir: Evə qayıtmağıma kömək edin – VİDEO

Xəbər verildiyi kimi, 1994-cü il təvəllüdlü, 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan “hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə […]

Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış: yaralılar var – YENİLƏNİB

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Rayon mərkəzi xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Məlumatda onlardan birinin bədən səthinin 100, digərinin isə 70-80 faiz yandığı qeyd edilir. Bununla bağlı həkim […]

ADAU-da “UNİBOOK”-Tədrisin Elektron İdarəetmə Sistemi üzrə Neyron Texnologiyaları şirkəti tərəfindən təlim keçirilib

ADAU-nun ECDL Təlim və Test Mərkəzində “UNİBOOK”-Tədrisin Elektron İdarəetmə Sistemi üzrə Neyron Texnologiyaları şirkəti tərəfindən təlim keçirilib.  UNİBOOK Sistemi Azərbaycanda çoxfunksiyalı ilk yerli məhsuldur. Sistem vasitəsilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və […]

Azərbaycanda ehtiyac meyarı ləğv olunacaq

Azərbaycan Respublikasında ehtiyac meyarı ləğv olunacaq. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a hökumətdəki mənbə məlumat verib. Bildirilib ki, 2019-cu ildə Azərbaycanda ehtiyac meyarı ləğv olunacaq. Yəni 2020-ci il üçün ehtiyac meyarının həddi nəzərdə tutulmayacaq. Qanunda göstərilib ki, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial […]

Gürcüstan xalqının seçdiyi qadın prezident kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Turkustan.info Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumatına istinadən xəbər verir ki, prezidentliyə namizəd Salome Zurabişvili səslərin 59.56 faizini toplayaraq qələbə qazanıb. O, artıq bülletenlərin 99.7 faizi sayılıb və müstəqil namizəd Salome qələbə qazanıb. Müxalifətin namizədi Qriqol Vaşadze 40.44 faiz səs toplayıb. Zaurabişvili […]

Alimlər xərçənglə bağlı İNANILMAZ NƏTİCƏYƏ GƏLDİ: Aktiv cinsi həyat…

Harvard Universitetinin alimləri cinsi həyat və prostat xərçəngi arasındakı bağlılığa dair araşdırma aparıblar. Turkustan.info “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, urologiya mütəxəssisi Can Öbek Harvard Universitetinin araşdırmasına diqqət çəkərək aktiv cinsi həyatın kişilərdə prostat xərçənginin inkişafının yavaşlatdığını bildirib. Prostat vəzi kişi cinsiyyət üzvlərindən biridir, qarın boşluğunda sidik kisəsınin altında yerləşir və […]

Gəncənin icra başçısı yeni komanda formalaşdırır

Elmar Vəliyevin daha bir kadrı işdən çıxarıldı; sabiq başçının “sağ əli” Məharət Mustafayevin əməlləri araşdırılmaqda davam edir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni komanda formalaşdırılması istiqamətində daha bir addım atıb. Belə ki, Niyazi Bayramovun müavini, İH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevda Firuddin qızı Qurbanəliyeva tutduğu vəzifədən […]

Günün ikinci yarısında hava kəskin dəyişəcək: Yağış, qar yağacaq

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün günün ikinci yarısından noyabrın 30-u gündüzədək güclü şimal-qərb küləyi əsəcək, arabir şiddətlənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. […]

Tarix açıqlandı: Rusiya Ayın orbitində stansiya tikir

Rusiyanın Ayın orbitində milli stansiyasının tikintisinin 2025-ci ildə həyata keçirilməsi təklif olunur. Turkustan.info xəbər verir ki, bu barədə baş konstruktor Yevgeni Mikrin tərəfindən hazırlanan “Ay proqramının həyata keçirilməsinin Yol Xəritəsi”nin təqdimat mərasimində deyilib. Bildirilib ki, Ayı əhatə edən stansiyanın baza modulunun 2025-ci ilin sonlarında buraxılması nəzərdə tutulub. Qeyd edək ki, bir […]

Azərbaycanı gözləyən təhlükə – Təbii artım azalır?

Azərbaycanda əhalinin təbii artımı davam etsə də, son 27 il ərzində təbii artım əmsalı 2 dəfədən çox azalıb. Turkustan.info-nun məlumatına görə, son 27 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. 1990-cı ildə Azərbaycanda əhalinin təbii artımı 140 170 nəfər olduğu halda, 2017-ci ildə bu say 86 […]

Yeni ildən marketlərdə sellofan torbalar pullu olacaq – VİDEO

İnsanların hər gün istifadə etdikləri polietilen torbaların məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər planı hazırlayıb.  “Xəzər xəbər”xəbər verir ki, plastik tullantınlardan, xüsusilə polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub. Nazirliyin şöbə müdiri Umayra Tağıyeva bildirib ki, polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Umayra […]

Əflatun Amaşov Yerevanda məscidə getdi – FOTOLAR

Ermənistanın paytaxtı Yerevan şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası keçirilib.  Noyabrın 29-dək davam edən sessiyada QDİƏT Parlament Məclisinin fəaliyyəti barədə hesabat dinlənilib, regional iqtisadi əməkdaşlığın inkişafında və möhkəmlənməsində üzv dövlətlərin parlamentlərinin və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin və turizmin fəaliyyəti, onların inkişaf perspektivləri […]

Bacısı Qənirə Paşayevanın əməliyyatı haqda DANIŞDI

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, Qənirə xanımın bacısı Kəmalə Paşayeva deputatın durumu ilə bağlı açıqlama verib. “Məlumat üçün bildirirəm ki, Qənirə xanım qollarında meydana gələn karpal tünel narahatlığı səbəbi ilə bağlı əməliyyat olunub. Hazırda hər şey yaxşıdır . Özünü yaxşı […]

Gürcüstan ilk dəfə qadın prezident seçdi

Gürcüstan Mərkəzi Seçki Komissiyası noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb. Turkustan.info “Novosti Qruziya” agentliyinə istinadən xəbər verir ki, 3705 məntəqədən 3659-nun nəticələri artıq bəllidir. İlkin rəsmi məlumatlara əsasən seçki dairələrinin böyük əksəriyyətində hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib. Rəsmi […]

“Biz onlar üçün “Qarabağ eşşəkləri”yik” – Erməni əsir

Xəbər verildiyi kimi, 1994-cü il təvəllüdlü, 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan “hamının-hamıya” prinsipi üzrə azadlığa […]

Saakaşvilinin qardaşına atəş açdılar – Seçkidə silahlı insident

Gürcüstanda prezident seçkiləri zamanı silahlı insident baş verib. Turkustan.info yerli mətbuata istinadən xəbər verir ki, keçmiş prezident Mixail Saakaşvilinin qardaşı David Saakaşvili seçki məntəqəsinə yaxınlaşan zaman ona avtomobildən atəş açılıb. Naməlum şəxslər daha sonra hadisə yerindən uzaqlaşıblar. Faktla bağlı araşdırma aparılır.  /BakuPost/

Azərbaycanda qış necə keçəcək? – PROQNOZ

Qış fəsli ərzində ayrı-ayrı dövrlərdə havanın temperaturu aşağı enəcək. Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, son illərin məlumatı onu göstərir ki, Bakıda və Abşeron yarımadasında, respublikanın rayonlarında şaxtalı günlərin və gecələrin sayı azalıb: “Biz baza illər […]

Kəmər taxmayanlar, kameraya düşürsünüz – VİDEO

Əvvəllər avtomobillərin sığorta olunmaması, texniki baxışdan keçməməsi kameralara düşürdü, indi təhlükəsizlik kəmərindən istifadə etməyənləri kameralar üzə çıxarır. Turkustan.info ARB TV-yə istinadən xəbər verir ki, kameralar paytaxtın, demək olar, bütün ərazilərində quraşdırılsa da, sorğu nəticəsində sürücülərin əksəriyyətinin bundan xəbərsiz olduğu məlum olub. Ekspert Elməddin Muradlı bu sahədə təbliğat işləri aparmaq lazım olduğunu deyib. Məsələdən xəbərdar […]

Trampın telefon zəngi neft bazarını çökdürdü

ABŞ prezidenti Donald Tramp” The Washington Post”a müsahibəsində deyib ki, neft qiymətlərinin aşağı düşməsi üçün Səudiyyə Ərəbistanı ilə xüsusi danışıqlar aparıb.  Turkustan.info xəbər verir ki, o, neft qiymətlərinin qəflətən ucuzlaşmasının Ər-Riyadla sərt telefon danışıqları nəticəsində mümkün olduğunu bildirib.  “Qiymətlər 82 dollara çatdı və 100 dollaradək artmalı idi. Bu, vergi rüsumlarının kütləvi […]

Milli özünüdərkin yüksəlişi

Prof. Darxan Kıdırəlı, Beynəlxalq Türk Akademiyasının prezidenti  Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Böyük Çölün yeddiözəlliyi”  məqaləsi qısa bir zamanda xalqın ürəyinə yol taparaq, cəmiyyət tərəfindən böyük məhəbbətlə qarşılandı. Qazaxıstan Prezidenti bu gün bizim ölkənin rəhbəri olmaqla yanaşı,həm də  kökləri Böyük Çölə bağlı  bütün doğma və qohum xalqların liderikimi qəbul edilir. Onuntarixi […]

Mütaliənin doğma səsi

Azercell yeni “Audio Kitablar” layihəsini təqdim etdi “Qafqazinfo” xəbər verir ki, artıq mobil telefonda kitab oxumaq daha rahat olacaq. Çünki Azercell Telekom öz abunəçilərinə elektron kitabların həm də səsli versiyasını yükləmək imkanını yaradıb. Yeni “Audio Kitablar” (“Audiobook”) xidməti çərçivəsində geniş oxucu rəğbəti qazanmış kitablar səsli formatda hazırlanıb. Kitablar “Barama Media” […]

Ermənilərin bitib-tükənməyən xalça sevdası

Azərbaycan xalqının tarixi taleyinin ən əsas hissələrindən biri xalçaçılıq olmuşdur. Bu adət-ənənə bu gündə yaşamaqdadır. Tarixi sənədlərə nəzər saldıqda aydın olur ki, keçən əsrin əvvəllərində Zaqafqaziya respublikaları arasında yun və xalça istehsalına görə Azərbaycan bir neçə dəfə digər respublikalardan öndədir. Nəzərə alsaq ki, həmin dövrdə Gürcüstan və Ermənistan ərazilərində yaşayanların […]

Azərbaycanın iki deputatı hazırda İrəvandadır – FOTOLAR

İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası keçirilir. Modern.az xəbər verir ki, noyabrın 29-dək davam edəcək sessiyada QDİƏT Parlament Məclisinin fəaliyyəti barədə hesabat dinlənilib. Regional iqtisadi əməkdaşlığın inkişafında və möhkəmlənməsində üzv dövlətlərin parlamentlərinin və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin və turizmin fəaliyyəti, onların inkişaf perspektivləri […]

“Hər kəs özündə təcavüzkara “dur” demək cəsarəti tapmalıdır” – Əli Həsənov Boğaziçi Sammitində

Noyabrın 26-da İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə keçirilən 9-cu Boğaziçi Sammitinin rəsmi açılışı olub. AZƏRTAC xəbər verir ki, Sammit Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq Platforması tərəfindən 2011-ci ildən etibarən hər il İstanbulda təşkil olunur. Tədbirdə yüzdən artıq ölkədən dəvət olunmuş dövlət və hökumət […]

Qazaxıstan: Ortaq Mirasın Güvənc Yeri

Füzuli Məcidli, Siyasi elmlər üzrə fəlsəfə doktoru, TWESCO-nun əməkdaşı Son illər Qazaxıstanda ölkəningələcək inkişaf yolunu müəyyənləşdirən “yol xəritəsi” xarakterli bir neçə proqram diqqəti cəlb edir.“100 konkret addım”,“Qazaxıstan – 2050 strategiyası”və “Gələcəyə doğru: Mənəvi yenilənmə” proqlarımda dövlətin gələcək inkişaf strategiyası aydın müəyyən olunub.Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ölkəsini dünyanın iqtisadi cəhətdən inkişaf […]

“Mən susduqca onlar hədlərini aşırlar” – Adil Əliyevdən SƏRT AÇIQLAMA

Azərbaycan Milli Məclisinin deputatı Adil Əliyev barəsində yayılan məlumatlara münasibət bildirib. Turkustan.info xəbər verir ki, A.Əliyev “Report”a açıqlamasında deyib ki, həmin məlumatlar həqiqəti əks etdirmir, sadəcə, bəzi şəxslər ona böhtan atır. O bildirib ki, məsələni hüquqi müstəvidə həll edəcək: “Bəzi şəxslər adımı mənə aidiyyəti olmayan məsələlərdə hallandırırlar, bir neçə mətbuat orqanı da bundan sui-istifadə […]

“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Lənkəran-Astara üzrə qalibləri müəyyənləşib

“Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və […]