Sumqayıtda rəsm müsabiqəsi keçirilib: “Göyərçin uşaqların gözü ilə”

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə Göyərçin abidəsinin yaradılmasının 40 illiyinə həsr olunmuş “Göyərçin uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib.

Müsabiqəyə Uşaq İncəsənət Məktəblərinin və rəsm dərnəyinin şagirdləri qatılıb.  Rəsmlər peşəkar münsiflər tərəfindən nəzərdə tutulan nominasiya üzrə seçilib.

Müsabiqənin qalibləri  noyabr ayında  keçiriləcək “Göyərçin -40” adlı tədbirdə elan olunacaq və mükafatlandırılacaq.