“WhatsApp”-dan müsəlmanlar üçün maraqlı yenilik

Artıq “WhatsApp” istifadəçiləri gözmuncuğudan da istifadə edəcəklər

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən “WhatsApp” əlavəsi maraqlı yenilik edib.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “WhatsApp” emosiyaları ifadə edən yeni işarələri bazaya daxil edib.

Sirr deyil ki, sosial əlavə vasitəsilə yazışmalarımızda emosiyalarımızı göstərmək üçün müxtəlif işarələrdən (emodzi) istifadə edirik. İndi bu işarələrə daha çox müsəlmanların istifadə etdiyi gözmuncuğu işarəsi də əlavə olunub. Artıq “WhatsApp” istifadəçiləri gözmuncuğudan da istifadə edəcəklər.

Whatsappda yeni işarələr

/sputnik.az/