Lotu Qulinin “sağ əli” Hüseyn Əzizoğluna qəzəbləndi: “Tüpürüm sizə” – VİDEO

Azərbaycanlı kriminal avtoritet Elnur Şuşalı vayner Hüseyn Əzizoğlunun son videosunu kəskin şəkildə tənqid edib.

Turkustan.info xəbər verir ki, avtoritet bu cür videoların çəkilməsini tənqid edərək vayndakı aktrisanı da qınayıb:

“Bu cür murdarlıq olar? Belələrini efirə çıxaranın ancaq üzünə tüpürəsən. Belə dırnaq arası xanım özünə hörmət edir ki? Axı, buna azyaşlılar və millət baxır. Tüpürüm sizə!”.

Xatırladaq ki, Elnur Şuşalı “Lotu Quli”nin ən yaxın adamlarındandır. İddialara görə, Nadir Səlifov azadlığa çıxdıqdan sonra Elnur Şuşalı Avropaya nəzarət etməyə başlayıb. Bundan başqa avtoritet, bir müddət öncə İstanbula yollanaraq, böyük qardaş hesab etdiyi “Lotu Quli”ni ziyarət etmişdi. Martın sonlarında İsveç polisi tərəfindən saxlanılması xəbəri yayılan kriminal avtoritet dostlarına mesaj göndərərək şərlənərək həbs olunduğunu bəyan etmişdi.

/A24.Az/