Bill Qeyts gələcəyin tualetini təqdim etdi

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts Çində keçirilən sərgidə gələcəyin tualetini təqdim edib. 

Turkustan.info“Reuters”ə istinadən xəbər verir ki, gələcəyin tualeti su olmadan işləyir. 

Tualetin hazırlanmasına 200 milyon dollar xərclənib. Vəsait Qeyts xeyriyyə fondu tərəfindən ayrılıb. 

Bildirilir ki, yeni tualet insan orqanizminin tullantılarını kimyəvi gübrəyə çevirir.   /oxu.az/