Aİİ-də “Qəzalinin elm və irfan dünyası” mövzusunda “dəyirmi masa” keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 6 noyabr 2018-ci il tarixdə Əbu Hamid əl-Qəzalinin yaradıcılığına həsr olunmuş “Qəzalinin elm və irfan dünyası” mövzusunda “dəyirmi masa” keçirib.
“Dəyirmi masa”da Aİİ-nin rektoru Ceyhun Məmmədov, prorektor ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov,AMEA Fəlsəfə İnstitutunun Islam fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İradə Zarqanayeva, AMEA Fəlsəfə İnstitutunun Azərbaycan fəlsəfəsi tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Arzu Hacıyeva, “Tarix və mədəniyyət” jurnalının Baş redaktoru Xaqani İsmayıl, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, tərcüməçi Şəmsi Pənahoğlu, Bakı Dövlət Universitetinin (BDU) “İslamşünaslıq” ETM-in aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, “Cığır” İctimai Birliyinin sədri Yeganə Mirzəyeva, BDU-nun filologiya fakültəsi və Bakı İslam Universitetinin məzunu müstəqil ekspert Bəyim Ərəblinski iştirak ediblər.
Aİİ rektoru C.Məmmədov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən xüsusi önəmdən, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb. Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran rektor İnstitutun ölkədə həyata keçirilən dini maarifləndirmə işlərində fəal iştirak etdiyini vurğulayıb. Bildirilib ki, bu məqsədlə, Aİİ-də ardıcıl olaraq müxtəlif “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər təşkil edilir.
Əbu Hamid əl-Qəzalinin yaradıcılığına həsr olunmuş “dəyirmi masa”da “Qəzalinin yaradıcılığında həqiqət və metod”, “Qəzalinin həyat fəlsəfəsi”, “Qəzali ezoterizmində qəlbin anlamı”, “İslam fəlsəfəsi və kəlamının inkişafında Qəzalinin rolu”, “Qəzali və mənəviyyatımız”səpkili mövzularda elmi-fəlsəfi çıxışlar müzakirə olunub.
Qəzalinin yalnız müsəlman Şərqinin deyil, həm də Qərbin çox böyük dəyər verdiyi görkəmli alim olduğunu qeyd edən məruzəçilər bu dahi mütəfəkkirin əsərlərinin hələ XII-XIII əsrlərdən Avropa elmi və dini mühitinə nüfuz etdiyini və məhşurlaşdığını bildiriblər. Tədqiqatçılar Qəzali yaradıcılığının Qərbdə və Şərqdə, o cümlədən Azərbaycanda öyrənilib tədqiq edildiyini vurğulayıblar. Tədbirdə onun dövrü, müasirləri, irsinin tədqiqat problemləri, rasional və irrasional idrak mövzusuna münasibəti, fəlsəfi-etik, ictimai-siyasi baxışları haqqında da geniş məlumat verilib. Qeyd olunub ki, öz şəxsində və yaradıcılığında elmi irfan, kəlamı fəlsəfə, inamı həyat, sözü əməl ilə birləşdirən Qəzali cəmiyyətlə-dövlət, xalqla-hakimiyyət arasında əlaqələri möhkəmləndirməyi bacaran dövlət xadimi, sülh və barış elçisi kimi də tanınmışdır.
Qəzalinin türk dilinə tərcümə olunmuş 4 cildlik “İhyau-ulumid-din” əsərindən danışan tədqiqatçılar onun ibadətlərin, adətlərin, psixoloji və sosioloji amillərin insan şəxsiyyətinə təsiri haqqında mükəmməl bir mənbə olduğunu vurğulayıblar.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.
Məlumat üçün bildirək ki, Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görülüb. İyun ayından etibarən, İnstitutda ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə müxtəlif mövzularda elmi seminarlar, görüşlər, “dəyirmi masa”lar təşkil olunub. Cəmiyyətin məlumatlandırılmasına xidmət edən bu tədbirlərdə dinə, dövlət-din münasibətlərinə, Azərbaycanda mövcud olan dini-mənəvi mühitə müxtəlif aspektlərdən yanaşan fərqli mövzular gündəmə gətirilib. Azərbaycan İlahiyyat İnstitutu öz fəaliyyətində, həmçinin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına da xüsusi əhəmiyyət verir.

Görüntünün olası içeriği: 3 kişi, oturan insanlar, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: 11 kişi, oturan insanlar ve ayakta duran insanlar

Görüntünün olası içeriği: 1 kişi

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve ayakkabılar