Avropa İttifaqından Qarabağ açıqlaması

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqlarının tez bir zamanda keçiriləcəyinə ümid edir.

Turkustan.info bildirir ki, bunu Trend-ə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Bakıda səfərdə olan Toyvo Klaar deyib.

Təşkilat rəsmisinin sözlərinə görə, Aİ gərginliyin azalmasını, Azərbaycan və Ermənistan rəhbərliyinin münaqişənin nizamlanmasına konstruktiv yanaşmalarını alqışlayır:

“Avropa İttifaqı ümid edir ki, bu, münaqişənin qarşılıqlı kompromislər əsasında dinc nizamlanması məqsədilə mümkün qədər tez bir zamanda konkret və predmet danışıqlarla müşayiət olunacaq. Bununla əlaqədar, Aİ ATƏT Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir”.

Bundan başqa, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mətbuat xidmətinin rəhbəri Anri Dükenn bildirib ki, Azərbaycana ikigünlük səfəri çərçivəsində T.Klaar dövlət başçısı İlham Əliyevlə görüşüb, eləcə də xarici işlər naziri, müdafiə naziri və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşlər planlaşdırılır.