Şəmkirdə ər arvadını baltaladı – Özü isə intihar etdi

Şəmkir rayonunda həyat yoldaşına baltayla xəsarət yetirən ər intihar edib.
Turkustan.info-nun məlumatına görə, rayon sakini, 1988-ci il təvəllüdlü Ələkbər Müzəffər oğlu Əliyev həyat yoldaşı, 2000-ci il təvəllüdlü Nərmin Mehdixanovaya baltayla xəsarət yetirdikdən sonra özünü asıb. Onun meyiti yaşadıqları evin həyətindəki xurma ağacından asılı vəziyyətə tapılıb.
Qeyd edək ki, N.Mehdixanova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.