Tərtərdə 5 hərbçinin şəhid olması ilə bağlı rəsmi açıqlama

Bir sıra sosial şəbəkələrdə Azərbaycan ordusunun 5 hərbçisinin şəhid olması ilə bağlı məlumat yayılıb.

Turkustan.info xəbər verir ki, yayılan məlumatda Azərbaycan ordusunun 5 hərbçisinin şəhid olduğu və onların nəşlərinin ailələrinə veriləməməsi öz əksini tapıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə yayılan bu məlumat həqiqəti əks etdirmir:

“Açıq aydın görünür ki, təxribat xarakterli məlumatdır. Yayılan bu məlumat həqiqəti əks etdirmir”