Gün: Noyabr 8, 2018

Bakıda “moyka”da qətl: Bacısının sevgilisinin şah damarını kəsdi

Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib. Turkustan.info-nun “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, həmin qəsəbədə yaşayan Murad Quliyev bacısı oğlu ilə birgə icarəyə götürüb işlətdiyi avtoyuma məntəqəsində qətlə yetirilib. Onu Qəbələdən olan Elvin adlı şəxs öldürüb. Elvin dünən günorta saatlarında Muradın işlətdiyi “moyka”ya gəlib və bıçaqla onun […]

“Yeni doğulan uşaqlara görə təyin edilən müavinətin artırılması nəzərdə tutulur”

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev vəd verib “Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinətin artırılması nəzərdə tutulur”. Turkustan.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin bu gün keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında deyib. “Sosial müavinətlərin əhəmiyyətli […]

İbrahim Tatlısəsin erməni sevgisi qalmaqal yaratdı – VİDEO

Türkiyə şou biznesinin “imperator”u, məşhur müğənni İbrahim Tatlısəs “instagram” hesabından yeni video paylaşıb. Turkustan.info xəbər verir ki,  “Tatlısəs Kabab” adı ilə Türkiyənin bir çox yerində restoranları olan “imperator”un videosu tənqid atəşinə tuş gəlib. Buna səbəb isə videonun fonundakı musiqidir. Belə ki, həmin mahnı erməni dilində səsləndirilib. Halbuki, bu, Azərbaycananın məşhur “Evlərinin önü […]

Tağı Əhmədov: “Ömrümü metropolitenə sərf etməyim boş imiş”

8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür. Turkustan.İnfo xəbər verir ki, “unikal.org” Metropoliten işçilərinin peşə bayramı günü münasibəti ilə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovla əlaqə saxlayıb. Bakı Metropoliteninin sabiq rəisi uzun illər çalışdığı sahə ilə bağlı özəl günü qeyd etmədiyini dilə gətirib: “Bu gün mənlik deyil, mən bu barədə […]

Paşinyan Qarabağda da çevriliş edir: Separatçı rejim növbəti qiyam ərəfəsində

2019-cu ilin birinci yarısında Dağlıq Qarabağdakı separatçı rejimin daxilində inqilabi proseslər baş qaldıra bilər.Xankəndidən gələn məlumatlar saxta rejimin rəhbəri Bako Saakyanın devrilməsi planının işə salınacağını istisna etmir. Belə ki, Bako Saakyanın müşaviri Araik Arutunyan 2020-ci ildə Dağlıq Qarabağda “prezident seçkiləri”ndə öz namizədliyini irəli sürəcəyini bəyan edib. Qeyd edək ki, Bako […]

Prezident Leyla Əliyevanı Şuraya üzv təyin etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, sərəncama əsasən, aşağıdakı şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin ediliblər: Abdullayev Kamal Mehdi oğlu Əbdüləziz bin Osman əl-Tüveycri Əliyeva Leyla İlham qızı Əlizadə Akif Ağamehdi oğlu Əlizadə Firəngiz Əliağa […]

Nikol Paşinyanın romanından: Atamla Qazaxa balıq tutmağa gedirdik

Ermənistan KİV-ləri baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Yerin əks tərəfi” adlı siyasi romanından bəzi hissələri çap edib. Turkustan.info xəbər verir ki, Erkramas saytı Paşinyanın Sovet dönəmində Azərbaycan SSR-nın Qazax rayonuna səfərindən təəssüratları bölüşdüyü avtobioqrafik romanından bir fraqmentə yer verib: “Hər səhər saat 7-də qırmızı avtobus İdjevan bazarının qarşısından […]

Bakı Media Mərkəzi Azərbaycan bayrağını belə vəsf etdi – VİDEO

Bakı Media Mərkəzi 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Dənizkənarı Bulvar İdarəsi üçün videoçarx hazırlayıb.  Turkustan.info xəbər verir ki, videoçarxda Azərbaycanın suverenliyinin simvolu olan dövlət bayrağının əhəmiyyəti vurğulanır.  Layihənin reallaşdırılmasında məqsəd gənc nəsildə bayrağa sevginin və hörmətin aşılanmasıdır.  Videoçarx Azərbaycan Televiziyası, İctimai Televiziya və digər media orqanlarında nümayiş olunacaq.  Noyabrın 9-da […]

Əraziləri qaytarmağa hazırıq… – Paşinyandan Azərbaycanla bağlı SENSASİYALI SÖZLƏR

Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan hakimiyyətə gələn kimi Azərbaycanın işğal edilmiş torpaqlarında işğalçılıq siyasətinə pafosla haqq qazandırmasına, hətta separatçıların danışıqlar masasına əyləşməsini tələb etməsinə baxmayaraq, vaxtilə erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılmasının qızğın tərəfdarı kimi çıxış edirdi. Turkustan.info xəbər verir ki, Paşinyanın Qarabağda erməni işğalını pisləyən mövqeyini […]

Ermənistanda hərbçilər AYAĞA QALXDI: Aprel döyüşlərində… – İNANILMAZ FAKT

2016-cı ildə Azərbaycan Ordusunun qələbəsi ilə nəticlənən “aprel müharibəsi”ndə iştirak etmiş işğalçı ölkənin hərbiçiləri Ermənistan hakimiyyətinə etiraz edirlər. Turkustan.info xəbər verir ki, döyüşlərdə iştirak edən erməni əsgərlərin hərbi biletlərinə bu haqda heç nə qeyd olunmayıb. Bu onların dövlətdən maddi yardımlar almasının qarşısını kəsir. Ermənistanda “aprel müharibəsi” iştirakçılarının “Post” adlı təşkilatının rəhbəri […]

Bu maşınlara qadağa qoyuldu: Tıxac bitəcək?

Yük avtomobilləri ilə bağlı qadağa Avropa Oyunları, daha sonra isə İslam Oyunları zamanı da tətbiq edilmişdi. Dövlət Yol Polisinin yük avtomobillərinin yeni hərəkət sxemi ilə çıxış etməsi ondan ibarətdir ki, gündüz saatlarında Bakının əsas küçələrində həmin yük avtomobillərinin girişi məhdudlaşdırılsın. Bu, təhlükəsizlik baxımından atılan addımlardandır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a […]

“Rus NATO-su”nun iclası başladı – Astanada

Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınına üzv dövlətlərin rəhbərlərinin iclası başlayıb. Turkustan.info xəbər verir ki, iclas mətbuata qapalı şəkildə keçirilir. İclasın 1,5 saat davam edəcəyi daha sonra dövlət başçılarının iclasına digər nümayəndə heyətlərinin qatılacağı vurğulanıb. İclas zamanı 20 sənədin imzalanması planlaşdırılıb.  /Axar.az/ 

İnqilab lideri Ermənistanı uçuruma aparır

Ermənistanda vəziyyət  gərgindir. Artıq ölkə  KİV-ləri də bunu geniş şəkildə işıqlandırır. Beynəlxalq siyasətçilər işğalçı ölkədəki vəziyyətdən narahatlıqlarını dilə gətirirlər.  Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent “Amerikanın səsi” radiosuna müsahibəsində Ermənistandakı real vəziyyəti bu cür şərh edib: “Ermənistanın mürəkkəb coğrafi vəziyyətini anlayışla […]

Onlayn mediaya dövlət dəstəyi: “Mümkün qədər tez həyata keçirilməlidir”- Mətbuat Şurası

“Onlayn medianın maliyyələşməsi çox vacibdir və tez bir zamanda həll olunmalıdır”.  Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib. O qeyd edib ki, məsələni illər öncə də gündəmə gətirib:  “Kütləvi İnformasi Vasitələrinə dövlət dəstəyi tam olaraq onlayn mediaya yönəldilsin. Çünki zaman dəyişib və yeni […]

Azərbaycan universitetlərində qəribə qadağalar

Son zamanlar universitetlər verdikləri təhsildən çox, qəribə qadağaları ilə gündəmə gəlir.  Biz də ali təhsil müəssisələri tərəfindən tələbələrə qoyulan qadağaları onlardan öyrəndik.  Turkustan.info həmin qadağaları təqdim edir: Bakı Slavyan Universitetində tələbələrə yırtıq şalvar geyinmək qadağası var. Gəncə Dövlət Universitetində və Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal saxlamaq qadağandır. Tələbələr saqqalla universitetə gələ bilməzlər.  GDU-də tələbələrdən biri […]

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan kitabxanalar arasında Bayraq gününə həsr olunmuş “Ən qiymətli sərvətimiz Vətəndi” adlı bədii qiraət müsabiqəsi keçirilib. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, MİHİ Sumqayıt bölməsinin əməkdaşı Tamara Axundova və S. Vurğun adına Mərkəzi kitabxananın metodisti Natəvan Axundzadədən ibarət Münsiflər heyəti tərəfindən bədii qiraətçilərin çıxışı […]

Generalın prokurorluqda işləyən qohumunun həbsinin təfərrüatı

Prokurorluğun dəftərxana müdiri işləmiş şəxsin həbs edilməsinin təfərrüatları məlum olub. Turkustan.info 2018-ci ilin fevralına qədər Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi – dəftərxana müdiri işləmiş Elçin Qurbanovun 4 il 6 ay azadlıqdan məhrum edilməsinin təfərrüatlarını öyrənib. Xətai Rayon Məhkəməsində hakim Nazim Tağıyevun sədrliyi ilə çıxarılan hökmə görə Elçin Qurbanov rüşvət […]

Zamirə Hacıyeva barədə qərar verildi

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Böyük Britaniyanın Kral Ədalət Məhkəməsinin bu gün keçirilən iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək […]

Azərbaycanlı sabiq polis əməkdaşı qadını liftdə öldürdü – FOTO+VİDEO

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvadakı binalardan birinin liftində qadını vəhşicəsinə öldürən şəxsi yaxalayıblar. O, azərbaycanlı sabiq polis əməkdaşıdır.  Turkustan.info xəbər verir ki, bununla bağlı “İnterfaks” gizli mənbəyə istinadən məlumat yayıb.  Bildirilib ki, saxlanılan şəxs 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rövşən Şabanovdur.  “Məlumdur ki, o, Çertanovo rayonunda bir neçə qarət hadisəsi törədib”, – […]

Bakıda xəstəxanada kütləvi zəhərlənmə – VİDEO

Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib. Turkustan.info bildirir ki, Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb:  “Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Onlara yardım göstərilib və evə buraxılıblar. Sadəcə həkimlər qorxub, təlaşlanıblar”. Nazirlikdən […]

Putin, Nazarbayev və Lukaşenko bu gün Ermənistanla bağlı önəmli qərar verəcək

Liderlər həm qapalı, həm də geniş tərkibli formatda görüşlər keçirəcəklər  Bu gün Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhülkəsizlik Şurasının iclası keçiriləcək. Bu barədə Turkustan.info Rusiya KİV-nə istinadən xəbər verir. Şuranın iclasında Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov […]

Nazir müavini müavinətlərin artırılacağı anonsunu verdi

“Ölkədə müavinətlərin sayı təqaüdlərin sayı ilə birlikdə 50-yə yaxındır. Bu il biz parlamentə müavinətlərin sosial inteqrasiyası və artırılması ilə bağlı layihə təqdim edəcəyik. Söhbət 5-10 faizdən deyil, əhəmiyyətli dərəcədə artımdan gedir. Bunun üzərində hazırda işləyirik. Düşünürəm ki, bu müavinətlər təyinatlı olmalı, haqqı çatan və ehtiyacı olan ailələr bunu almalıdır”. Turkustan.info-nun məlumatına […]

ŞAİR DOSTUM RÜBAİLİ ANANDA

Sağ olsun Rəşid müəllimi, şair-alim dostum Rəşid Təhməzlini deyirəm. O, mənə dostum Rübailin xatirə kitabını gətirdi. Kitabı vərəqlədikcə şair dostum Rübaillə bağlı xatirələr yadıma düşdü, məni tərpətdi. Bu hiss-həyəcanların təsiri ilə qələmi götürdüm. Yadımdadır, bir dəfə Gəncəyə gedəndə Rübaillə rastlaşdım. Onunla görüşüb hal-əhval tutandan sonra dedi: – Yaxşı vaxtda görüşdük, […]

ADAU ailəsi üç rəngli bayrağı ilə qürurludu

Azərbaycan Dövlət Aqrar Universitetin inzibati binasında Bayraq gününün böyük təntənəsi yaşanıb. Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təbrik nitqi söyləyib. Bildirib ki, Dövlət bayrağı hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir və bu müqəddəslik nəsildən-nəsilə, əsrdən-əsrə keçərək öz əhəmiyyətini tarix boyunca saxlayıb. Rektor onu […]

Bakı metrosunda problem: Sərnişinlər qatardan boşaldıldı

Bakıda metroda qatarda problem yaranıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, hadisə “Həzi-Aslanov” – “Dərnəgül” istiqamətində hərəkət edən qatarda baş verib: “Yaşıl xətt üzrə hərəkət edən qatarda “28 may” stansiyasına daxil olarkən nasazlıq yaranıb. Dərhal sərnişinlər stansiyada boşaldılıb və qatar depoya göndərilib”. Onun sözlərinə […]

Amaliya Pənahovanın son sözləri və ölüm səbəbi: “Özümüzü elə aparırdıq, sanki xəbərimiz yoxdur“ – AÇIQLAMA

Az əvvəl xəbər verdiyimiz kimi xalq artisti, məşhur aktrisa Amaliya Pənahova dünyasını dəyişib. Turkustan.info bildirir ki, A24.Az xalq artistinin ölüm səbəbi barədə rəhbəri olduğu Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova ilə əlaqə saxlayıb. Əməkdar artistin verdiyi məlumta görə Amaliya Pənahova teatrın əməkdaşları ilə son dəfə 15 gün əvvəl görüşüb. “Şanlı vətən” tamaşasının […]

Orta aylıq əməkhaqqı 642 manata çatacaq – RƏSMİ

Cari ilin 10 ayında muzdla işləyənlərin sayı 1 milyon 540 min nəfər olub, 3.3 milyon nəfər isə sərbəst məşğul olanlardır. Turkustan.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə çıxışı zamanı deyib. “Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəliri 3 milyard 187 milyon manat […]

Amaliya Pənahova vəfat etdi

Xalq artisti Amaliya Pənahova vəfat edib. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a Əməkdar artist Hüsniyyə Mürvətova məlumat verib. Qeyd edək ki, Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz […]

Proqramçıların sevimli müsabiqəsi başlayır

İnformasiya texnologiyaları sahəsində kreativ fikirləriniz, maraqlı ideyalarınız varsa, bu yarışma sizin üçündür! “Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və “PAŞA Bank”ın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasına start verilir. “Hackathon FinTech” maliyyə məhsullarını inkişaf etdirmək və yeni texnologiyaları kəşf etmək üçün proqramçıları və dizaynerləri bir […]

Heç ədalətsiz olmağınızdan utandınızmı?

Elə yazını da sualla başlamaq istəyirəm… Görəsən, xarici işlər naziri Elmar Məmmədyarov cənabları İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə ingiliscə danışsaydı, media və sosial şəbəkələr indi nəyi müzakirə edirdi?   Hərçənd, beynəlxalq tədbir idi və bunu maneəsiz edə bilərdi, kimsənin də onu qınamaq şansı qalmazdı. Amma o […]

Miskin Abdalın tədqiqatçısı Vikipediyada

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri filoloq, şair, jurnalist və publisist mərhum Tofiq Hüseynzadə haqqında türkcə vikipediyada məqalə yaradıblar.  Turkustan.info xəbər verir ki, Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı il tarixdə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər  rayonunun Sarıyaqub kəndində doğulub. Uzun illər Səfəvilər dövrünün mütəffəkiri, həmçinin […]