Miskin Abdalın tədqiqatçısı Vikipediyada

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri filoloq, şair, jurnalist və publisist mərhum Tofiq Hüseynzadə haqqında türkcə vikipediyada məqalə yaradıblar. 

Turkustan.info xəbər verir ki, Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı il tarixdə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər  rayonunun Sarıyaqub kəndində doğulub. Uzun illər Səfəvilər dövrünün mütəffəkiri, həmçinin də öz ulu babası olan Miskin Abdal irsini araşdırıb, 2005-ci ildə Səfəvilərin böyük övliyası – Miskin Abdal kitabını nəşr etdirib. 

https://tr.wikipedia.org/wiki/Tevfik_H%C3%BCseyinzade