Tağı Əhmədov: “Ömrümü metropolitenə sərf etməyim boş imiş”

8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür.

Turkustan.İnfo xəbər verir ki, “unikal.org” Metropoliten işçilərinin peşə bayramı günü münasibəti ilə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovla əlaqə saxlayıb.

Bakı Metropoliteninin sabiq rəisi uzun illər çalışdığı sahə ilə bağlı özəl günü qeyd etmədiyini dilə gətirib:

“Bu gün mənlik deyil, mən bu barədə danışmaq istəmirəm. Ömrümü bu sahəyə sərf etmişəm. İndi görürəm ki, boş şeydir. Artıq qutardı, getdi”.