Gün: Noyabr 9, 2018

Küçələrdə acından qum yeyən ana: Oğlum yanımdan keçirdi, amma… – REPORTAJ

Atam məni 26 yaşında ərə verməyə hazırlaşırdı. Yaşıma görə əvvəl etiraz etməmişdim. Amma sonra bildim ki, məni 63 yaşlı ailəli, oğul-uşaq sahibi bir kişiyə verəcək. Elə o vaxtdan bu günə kimi çəkdiklərimi bir Allah bilir. Bu dəfə həyat tarixçəsini sizinlə paylaşacağımız qadını, R.İ.-ni (ad şərtidir – red.) çoxları sosial şəbəkələrdən tanıyır. […]

Balıq alarkən nəyə diqqət etməli?

Deyirlər, hansı ayda “r” hərfi yoxdursa, o ay balıq yemək olmaz. İnsanlar bu deyimin yanlış olduğunu bilsələr də, onlar üçün balıq mövsümü sentyabr ayından başlayır. Amma bu, o demək deyil ki, hansısa ayda “r” hərfi varsa, insanlar ağına-bozuna baxmadan balıq alıb yeyə bilər. Bəs təzə balığı necə seçməli? Turkustan.info-nun məlumatına görə, […]

Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq

Türkiyənin Qars şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlayıb. Turkustan.info xəbər verir ki, bu barədə “Trend”ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Səfirin sözlərinə görə, bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparılır: “Biz Qarsa tikintisi davam etdirilən logistik mərkəz qismində baxırıq. İşlərin indi hansı mərhələdə […]

Adi siqareti atıb elektron siqaretə keçənlər – Siz də təhlükədəsiniz

Dövrümüzdə elektron siqaretdən istifadə edənləri sayı günü-gündən çoxalır. İnsanlar elə düşünürlər ki, elektron siqaret adi siqaret qədər təhlükəli deyil. Hətta adi siqareti atmaq üçün elektron siqaretə üz tutanlar da var. Əslində isə bu fikir yalnışdır. Belə ki, həkimlərin fikirlərinə görə, elektron siqaret də ən az siqaret qədər təhlükəlidir və neqativ […]

Mədət Quliyev veloyürüşdə – Fotolar

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası və Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubunun təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbi, “Gənc Velosipedçilər” İctimai Birliyi və “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun dəstəyi ilə “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, tədbirdə DTX […]

Azərbaycan İlahiyyat İnstitutu Dövlət Bayrağı Günü münasibətilə Cocuq Mərcanlıya səfər edib

Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri 9 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər iştirakçılarını Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, kənd icra nümayəndəsi Atakişi Atakişiyev, Novruz Aslanov adına kənd tam orta məktəbinin direktoru […]

Türk torpaqlarında Ermənistan DARMADAĞIN EDİLDİ – Azərbaycanın dostlarından Paşinyana ŞOK

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada toplanan liderləri KTMT-nin yeni baş katibinin təyinatı məsələsində razılığa gələ bilmədilər. Təşkilatın baş katibin müavini olan belaruslu Valeri Semerkov müvəqqəti baş katib vəzifəsini icra edəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitr Peskov bildirib ki, yeni baş katib dekabrın 6-da dövlət başçıları tərəfindən Sankt-Peterburqda müəyyən ediləcək. […]

Məhkəmədən Cahangir Hacıyevlə bağlı – Qərar

Qaradağ Rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ASC-nin keçmiş sədri Cahangir Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Turkustan.info bildirir ki, bu barədə Report-a C.Hacıyevin vəkili Aqil Layıcov məlumat verib. Onun sözlərinə görə, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, istintaq orqanının təqdimatı […]

Azərbaycanda orqan bankı yaradılacaq – Yeni qanun layihəsi – VİDEO

Azərbaycanda orqan bankı yaradıla bilər. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov Medicina.az-a müsahibəsində deyib.  Onun sözlərinə görə bu bank yaradıldıqdan sonra qaracaiyar, böyrək transplantasiyasıyla yanaşı, ürək köçürməsi prosesi də reallaşa bilər:  “Böyrək və qaraciyərdən fərqli olaraq, ürək […]

Üzü Qarabağa gedən yolun astanasında – FOTO+VİDEO

Uğrunda qurban edilən canlar, gözüyaşlı analar, işğalda olan 20 faiz torpağa görə ürəyi sızlayan Azərbaycan. Qonaqpərvər, yaxşılıq edən, dost dediklərinə güvənən xalqımızın inamının boşa çıxdığı vaxtlar hər kəsə məlumdur. Bütün bunlara baxmayaraq, bu gün qürur mənbəyimiz – bayrağımız 100 yaşını qeyd edir.  Bildiyiniz kimi, İki gün əvvəl Təhsil və Müdafiə Nazirliklərinin […]

DİQQƏT! Parklarda QİÇS təhlükəsi – Qanlı iynəni skamyalara bərkidirlər – FOTOLAR

Abşeron rayonu, Xırdalan şəhərində yaşayan sakinlərdən biri istirahət üçün parka gedib. Oturmaq üçün skamyalardan birinə yaxınlaşan qadın dəhşətli mənzərə ilə qarşılaşıb. Turkustan.info Femida.az-a istinadən xəbər verir ki, naməlum şəxs parkdakı skamyaların kənarlarına içi və uc hissəsi qanlı şprits başlıqları bərkidilib. Xanım başqa bir skamyada oturmaq istəyərkən yenə eyni mənzərə ilə qarşılaşıb. […]

Qonşunun çöküşü: İran sanksiyalara nə qədər tab gətirəcək?

Rəsmi Tehran ABŞ-ın tətbiq etdiyi sanksiyaların İrana heç bir təsirinin olmayacağını bəyan edib. İran rəhbərliyi Vaşinqtonun qadağalarına baxmayaraq, öz xarici siyasətini dəyişməyəcəyini bildirib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ rəhbərliyinin ağılsız hərəkətlərindən peşman olacağını deyib. Zərif Amerikanın əməllərinin qəzəb ilə edilən hərəkət olduğunu, İslam Respublikası dövlətinin vəzifəsinin isə […]

Bakının mərkəzində zəhərli ilan var – Ehtiyatlı olun! – VİDEO

Bakının mərkəzi küçələrindən birində zəhərli ilan var. Sakinlərin A24.Az-a göndərdiyi videoda ilanın  dəmir barmaqlıqlara sarıldığını görürük. Ardınca ilanı bellə barmaqlıqlardan ayırırlar. Daha sonra sürünən yolun kənarına düşür. Sakinlərin məlumatına görə həmin şəxslər ilanı öldürə bilməyib. Onun zəhərli növə aid Dam ilanı (Telescopus fallax) olduğu güman edilir. Qorxunc görüntüləri təqdim edirik:

Ata qızını şantaj edən oğlanı güllələyib – VİDEO

Ata qızını şantaj edən oğlanı güllələyib. Turkustan.info xəbər verir ki, hadisə Türkiyənin Ataşehir bölgəsində baş verib. Belə ki, şantaja məruz qalan qızın atası M.K üç nəfərlə birgə Z.K adlı gənclə kafedə görüşüb. Ardınca hədələnən qadının valideyninin dostu silah çəkərək oğlanın əlindən mobil telefonunu alıb. Ardınca iaşə obyektində çölə çıxarılan oğlana fiziki […]

HƏYƏCAN TƏBİLİ: ABŞ-ın birinci zərbəsindən sonra… – Rusiya üçün ŞOK SSENARİ

Rusiyanın silahlanmasında olan avtomatik cavab nüvə zərbəsini idarə edən kompleks – “Perimetr” çətin ki, ABŞ-la qlobal münaqişə halında effektiv olacaq. Turkustan.info xəbər verir ki, bu haqda nüvə arsenallarının ixtisarı haqqında ABŞ-la danışıqlarda iştirak etmiş general-polkovnik, Raket strateji təyinatlı qüvvələrinin Baş ştabının keçmiş müdiri (1994 – 1996) Viktor Yevsin “Ulduz” həftəliyinə müsahibəsində […]

Siqareti atandan sonra ürək neçə ilə bərpa olunur?

Siqaret çəkmək ürək-damar sisteminə çox ciddi ziyan vurur, insult və infarktın riskini bir neçə dəfə artırır. Turkustan.info xəbər verir ki, hazırda ürək-damar sistemi xəstəlikləri ölüm səbəbləri arasında birinci yeri tutur. Əvvəllər belə hesab olunurdu ki, siqareti tərgitdikdən 5 il sonra insultun riski azalır və heç vaxt siqaret çəkməyən insanlarda olduğu […]

Qayınana gəlinini diri-diri basdırıb, üstünə beton tökdü – Qeyri-adi səbəb

Qayınana ilə qayınata birləşərək gəlinlərini diri-diri basdırıblar. Turkustan.info Milli.Az-a istinadla xəbər verir ki, kirayə verilmiş evin həyətindən, betonun altındakı 2 metr dərinlikdən gəlinin qalıqları tapılıb. Məhkəmədə qeyd olunan məlumata görə cəsəd elə halda olub ki, barmaq izi vasitəsi ilə kimlik güclə müəyyənləşdirilib. Braziliyanın Sao Paulo şəhərində qayınana ilə qayınata birləşərək […]

Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib, bütün strateji yüksəklikləri tutub – FOTOLAR

Azərbaycan ordusu bütün yay və payız ayları ərzində Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyib və demək olar əksər strateji yüksəklikləri nəzarətə götürüb. Virtulaz.org xəbər verir ki, bu sensasion məlumatı həvəskar peyk çəkilişlərinə istinadla “Bellingcat” saytı yayıb. Azərbaycan ordusunun necə irəlilədiyi və Ermənistan ordusunun cəbhənin bu istiqamətində tamamilə əlverişsiz mövqelərdə qaldığı barədə məqalənin […]

Bayrağımız haqqında BİLMƏDİKLƏRİMİZ

Azərbaycan Dövlət Bayrağının eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Turkustan.info xəbər verir ki, həmçinin bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. […]

Broyler toyuqları kişiləri qadınlaşdırır – Döşü böyüyür, boyu qısalır, səsi dəyişir…

Hormonal tərkibli qidalar kişilərdə qadınlaşma prosesinə start verir. Turkustan.info bildirir ki, bu barədə Medicina.az-a açıqlamasında Bioloji Təbabət Klinikasının endokrinoloqu Həbibə Mirzəyeva məlumat verib. Bildirib ki, satışda olan bəzi qidalar insanın hormonal balansına zərbə vurur: “Hazırda bəzi ət məhsulları, xüsusilə broyler toyuqlarına vurulan hormonal preparatlar xüsusilə kişi cinsinin nümayəndələrində ciddi fəsadlar […]

Kimyaterapiyadan üzü şişdi, saçları töküldü, parik taxdı… – Amaliya Pənahovanın son rolu

Ötən gün gün itirdiyimiz son canlı əfsanələrdən biri, Xalq artisti Amaliya Pənahova axır vaxtlar sosial şəbəkələr və saytlarda daha çox estetik əməliyyatlardan dəyişən görünüşü ilə müzakirə olunurdu. Amaliya Pənahova insanların yaddaşında  gənc görünüşdə qalmaq üçün son 2 ildə bir neçə əməliyyat keçirmişdi. Estetik əməliyyatlarının hamısını uğurlu saymaq olmazdı. Buna görə […]

ABŞ dollarla bağlı vacib qərar qəbul etdi

ABŞ Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 2-2,25 faiz səviyyəsində saxlayıb. Turkustan.info xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 2018-ci ilin əvvəlindən FED faiz dərəcəsini üç dəfə – martın 21-də 1,5-1,75 faiz, iyunun 13-də 1,75-2 faiz, sentyabrın 26-da isə 2-2,25 faiz səviyyəsinədək artırıb.   /oxu.az/

“Qarabağ” “Vorskla”dan qisas aldı – VİDEO

“Vorskla” – “Qarabağ” oyunu başa çatıb. Turkustan.indo xəbər verir ki, Ağdam təmsilçisi çətin keçən qarşılaşmada vacib qələbə qazanıb. Oyunun 13-cü dəqiqəsində Araz Abdullayevin penaltidən vurduğu yeganə qol həlledici olub.  Bu, “Qarabağ”ın bu qrup mərhələsində ilk qələbəsi, ilk xalı və ilk qolu olan matç kimi tarixə düşüb.   Qeyd edək ki, baş hakim matçı iki […]

Azərbaycanda Bayraq Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Turkustan.info xəbər verir ki,  Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – […]