Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam etdirilib.

Diskussiyada Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov, Aİİ-nin əməkdaşı Şəms Bağırova,AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycanın Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru,dosent Dilavər Əzimli,AMEA Fəlsəfə İnstitutunun Heydər Əliyev irsi və azərbaycançılıq nəzəriyyəsi şöbəsinin əməkdaşı,fəlsəfə üzrə fəlsəfə dokturu Əhməd QəşəmoğluHeydər Əliyev İrsini Araşdırma Mərkəzininəməkdaşı Gündüz Nəsibov, ssenarist, kino mütəxəssisi Nadir Bədəlov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy iştirak ediblər.Tədbirdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev moderatorluq edib.

Müzakirələrdə milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu mövzusunda geniş fikir mübadiləsi aparılıb.

Tədbir Ümummilli Lider Heydər Əliyevin “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilasiya prosesi var. İnsanlar  – mən azərbaycanlılar haqqında danışıram – gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir;bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır– sözləri ilə başlanıb.

Qeyd olunub ki, kimlik bir fərdin və ya xalqın tanınması üçün onu digərlərindən ayıran xüsusiyyətdir. Milli kimlik xalqa məxsus vacib mədəni dəyərlər sistemində onun əlamətlərini özündə ehtiva edən başlıca amildir.

Müzakirələrdə milli kimliyimizin gücləndirilməsi üçün bəşəriyyətdə baş verən prosesləri nəzərə alaraq, dinimizin düzgün təbliğinin təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Azərbaycantolerant ölkə olaraq, müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı nəcib ölkədir. Vətənimizdə ayrı-ayrı etiqad və inanclara malik nümayəndələrin minillərlə əmin-amanlıq şəraitində birgəyaşayışını vurğulayan alimlər etnik mədəniyyətlərin müxtəlifliyinin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına məxsus humanizm və çoxmillətlilik dəyərlərinin xüsusi rola malik olduğunu xüsusi vurğulayıblar.

Azərbaycanda dini təhsilin əhəmiyyətidən söhbət açan müzakirə iştirakçıları din amilinin sosial bütünləşmədə mühüm rolu olduğunu bildiriblər.

Milli kimliyimizin qorunmasına fakt kimi, Vəhdət namazının qılınmasını nümunə göstərən tədqiqatçılar etiqad etdiyi məzhəbindən asılı olmayaraq, bütün müsəlmanların bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar etmələrini xüsusi vurğulayıblar.

Bakı şəhəri 

8 noyabr 2018-ci il