Gün: Noyabr 11, 2018

Qəddafi çağırmışdı, indi bütün dünya onu axtarır – MUSA SƏDR

Livanın əsasən şiələrin yaşadığı bölgələri olmaqla demək olar ki, hər tərəfində hələ də 31 avqust 1978-ci ildə Liviyada itən Musa Sədrin fotoları var. Aradan 40 il keçməsinə baxmayaraq, ara-sıra beynəlxalq gündəmə də gələn Sədr hadisəsi isə Livan gündəmindəki yerini bu günə kimi heç vaxt itirməyib. Amerikalı yazıçı Piter Terouks, “İtkin […]

Zamirə Hacıyevadan sonra Londonun növbəti hədəfi Anar Məmmədov ola bilər

Hər şeydən görünür ki, Britaniya öz paytaxtına bütün dünyadan oliqarxların “zəvvarlığına” son vermək qərarına gəlib. Və istənilən təbəqələrdən olan varlıların qarşısında əsas maneə “İzahedilməz Sərvət Sərəncamı”dır (UWO). Turkustan.info virtual.az-a istinadən xəbər verir ki, Britaniya dövləti ölkədə mülklərə malik olan xarici siyasətçilər və oliqarxlar barəsində məhz ona əsasən cinayət istintaqı başlatmaq hüququ […]

Cəbrayıl məktəbliləri ilə Bayraq günü qeyd olundu – FOTOLAR

9 noyabr Bayraq Günü ilə bağlı Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin təşəbbüsü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin və Ortaq Dəyərlər İB-nin təşkilatçılığı ilə bir qrup ictimaiyyət nümayəndəsinin Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonu sakinləri ilə görüşü keçirilib. Turkustan.info xəbər verir ki, keçirilən tədbirdə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına […]

Azərbaycanlı karateçilər dünya çempionatında – FOTOLAR

Qazaxıstanın Aktau şəhərində Aşihara Kaykan Karate üzrə Dünya Çempionatı keçirilir. Noyabrın 07-10 tarixlərində keçirilən Dünya Çempionatına Azərbaycan 11 nəfər idmançı ilə qatılıb. Turkustan.info-nun verdiyi xəbərə görə, Dünya Çempionatında Azərbaycan Aşihara Kaykan Karate Federasiyasının prezidenti, əməkdar idman ustası, 5-ci dan qara kəmər ustası Maarif Bağırov, vitse prezidentlər AZGERSU şirkətinin rəhbəri Vüsal […]

İnsan orqanizmi üçün son dərəcə faydalı qidalar – SİYAHI

Sağlam qidalar siyahısına qurudulmuş manqo, avokado, toyuq yumurtası, qoz-fındıq, çovdar krekeri, kahı, şokolad da aiddir Böyük Britaniya həkimləri insan orqanizmi üçün ən xeyirli qidaların adlarını açıqlayıblar. Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimlərin fikrincə, bəzi qidalar insana özünü xoşbəxt hiss etməyə, digərləri ona bir çox xəstəliklərlə mübarizə aparmağa kömək edir. Bunların […]

400 xarici şirkət Suriyanı bərpa edəcək- Rəsmi

“400-ə qədər xarici şirkət yaxın zamanlarda Suriyada infrastrukturun bərpası üzrə işləyə başlayacaq”. Turkustan.info xəbər verir ki, bu barədə Suriya xarici işlər nazirinin müavini Ayman Susan bəyan edib. “Suriya hökumətinin göstərişlərinə əsasən bərpa işlərində üstünlük Suriya şirkətlərinə veriləcək. Bu səbəbdən biznesmenləri ölkəyə geri qayıtmağa səsləyirik”, – deyə Susan bildirib. O qeyd edib […]

Mövcud olmayan ölkə… – Ermənistan tarixi ilə bağlı nadir dəlillər – YENİ FİLM – VİDEO

“AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin ərsəyə gətirdiyi “Mövcud olmayan ölkə… Ermənistan Qafqazda?..” sənədli filminin ilk iki hissəsi Rusiya tarixi ilinə həsr edilib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, filmin bu hissələrində erməni saxtakarlığına tutarlı cavablar verilib. 6 hissədən ibarət olan filmin sözügedən hissələrində Rusiya imperatorlarının erməni ekstremizminə qarşı […]

Qubada əmisinin gəlinini qaçırdığı üçün öldürülən oğlanla bağlı YENİ XƏBƏR

Quba rayonunda əmisinin gəlinin qaçıran Elşad Əsədovun qətlində ittiham olunan daha bir nəfər həbs edilib. Turkustan.info publika.az -a istinadən xəbər verir ki, son olaraq rayonun Tülər kənd sakini Nazim Mikayılov barəsində həbs-qətimkan tədbiri seçilib. Beləliklə dəhşətli linçetmə hadisəsi və qətllə bağlı həbs edilənlərin sayı 6-ya çatıb. Daha əvvəl E.Əsədovun qaçırdığı Aynurun […]

Bakıda yağış, rayonlarda qar, sulu qar yağacaq – XƏBƏRDARLIQ

Ölkə ərazisində noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz […]

Amaliya Pənahovanın heç yerdə yayımlanmayan filmi – VİDEO

Noyabrın 8-də dünyasını dəyişən Xalq artisti Amaliya Pənahovanın bir neçə il əvvəl çəkildiyi “Gülüm” filminin kadrları yayımlanıb. Turkustan.info Baku.ws-ə istinadla xəbər verir ki, ekran işinin rejissoru Sərxan Kərəmoğlu açıqlamasında bildirib ki, film 2015-ci ildə çəkilib, lakin heç yerdə nümayiş olunmayıb. Rejissor filmi yaxın zamanda tamaşaçılara təqdim etməyi planlaşdırır. Mərhum aktrisa ekran […]

Bu çörəklər insan orqanizmi üçün təhlükəlidir – Həkimdən xəbərdarlıq

“Ölkəmizdə geniş yayılmış köklüyün birinci səbəbi çörəyin tərkibindəki maddələrdir”. Bu sözləri həkim dietoloq-nutrioloq Leyla Zülfüqarlı jurnalistlərlə keçirdiyi seminarda deyib. Həkim yediyimiz düzgün bişirilməmiş, tərkibində qatqı maddələri olan çörəklərin şəkərli diabet, köklük, kartof xəstəliyi və.s kimi xəstəliklərə səbəb olduğunu vurğulayıb. İnsanlar arıqlamaq üçün çörəkdən tamamilə imtina edir ya da qara çörək […]

İnanılmaz musiqisi ilə bütün dünyanı fəth edən 90 yaşlı dahi – VİDEO

Filmlərə musiqi yazmağa Morrikone 1961-ci ildən, yəni 33 yaşı olanda başlayıb  Dünya şöhrətli İtaliyan bəstəkarı, aranjimançı və dirijor Ennio Morrikonenin bu gün 90 yaşı tamam olur. Turkustan.info xəbər verir ki, o kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə dünyada məşhurlaşıb.   Ennio Morrikone 10 noyabr 1928-ci ildə Romada, professional caz […]

ABŞ tarixi planını açıqlayır: Münaqişə bitir?..

ABŞ hökuməti yaxın vaxtlarda Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi üçün hazırladığı hərtərəfli planı açıqlayacaq. Turkustan.info xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb. Məlumata görə, ABŞ problemdən qısamüddətli çıxış yolu axtarışında deyil, əksinə uzunmüddətli razılaşma əldə edilməsi üçün çalışır. Hazırlanan fəaliyyət planında hər iki tərəfin müəyyən güzəştə getməsi nəzərdə tutulub.  /Axar.az/ 

Bakı metrosunda PROBLEM: Ödəniş terminalları çökdü

Bakı metrosunun “20 Yanvar” stansiyasında problem yaşanır.  Turkustan.info bildirir ki, Cebhe.info-nun hadisə yerində olan müxbiri  xəbər verir ki, hal-hazırda adıçəkilən metrostansiyada ödəniş terminallarının bəziləri işləmir. Belə ki, ödəniş terminalları vasitəsilə yüklənilən pullar karta yüklənmir. Metro sərnişinləri arasında ödəniş etmiş şəxslər isə pullarını almaq üçün gözləyirlər.  Vəziyyətlə əlaqədar sərnişinlərə məlumat verilməsi […]

Rusiyanın NATO-dakı casusu üzə çıxdı: Hansı məlumatlar oğurlanıb?

“Salzburger Nachrichten” qəzetinin xəbərinə görə, Rusiya maraqlarına xidmət etməkdə şübhəsi bilinən avstriyalı təqaüdçü polkovnik NATO seminarlarına qatılıb və orada əldə edilən məlumatları Rusiya xüsusi xidmətlərinə ötürüb. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, polkovnik NATO seminarlarına tərəfdaşlıq proqramları ilə qatılıb və orada toplanan məlumatları Rusiyaya verib. Qeyd edək ki, Avstriya Şimali Atlantika […]

Ermənilər Moskvada idman yarışında kütləvi dava saldılar – VİDEO

Hadisə Georgi Qaraxanyanla Timur Naqibinin döyüşündən sonra baş verib  Moskvada qarışıq döyüş növləri üzrə (MMA) keçirilən “Absolute Championship Berkut” turnirində dava düşüb. Turkustan.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, baş verənlərin videosunu idman jurnalisti Yaroslav Stepanov öz Instagram səhifəsind yerləşdirib. Hadisə Georgi Qaraxanyanla Timur Naqibinin döyüşündən sonra baş verib. Qaraxanyan hakimi aldadaraq, Naqibinin təslim olduğunu iddia […]

Tanınmış idmançımız boğucu fəndə düşdü, huşunu itirdi – VİDEO

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında Azərbaycan idmançısı Bəxtiyar Abbasov (82 kq) həyati təhlükə ilə üzləşib. Turkustan.info xəbər verir ki, döyüş sambosunda mübarizə aparan Abbasov 1/8 finalda erməni David Petrosyanı 11:3, 1/4 finalda belaruslu Yevgeni Aleksiyeviçi tuşe fəndi ilə yenib. Vaxtı ilə sambo üzrə Dünya Kubokunu başı üzərinə qaldırmış Abbasov bu nəticə ilə […]

Saqqız əvəzinə gündə hil çeynəyin, bu xəstəliklərdən xilas olun – Peyğəmbərlərin sevimli “saqqızı”

Frigidliyi, qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər səhər-axşam hil çeynəsələr, vəziyyət müsbətə doğru dəyişəcək Əvvəllər saqqız olmayanda insanlar nə çeynəyirdi? Saqqız əvəzi bitki kökləri, ədviyyatlar. Şərqdə isə hil, mixək dəbdə idi. Saraylarda şahların sevimli arvadları, kənizləri bütün günü hil çeynəyərdilər ki, nəfəsləri ətirli olsun. Hil peyğəmbərlərin də […]

İmmunitet sistemini gücləndirən mükəmməl bitki – FAYDALARI

Çörəkotu və ya yağı ana südünü artıran xüsusiyyətə malikdir. Mövsüm keçidlərində, allergiya vəziyyətlərində, xolesterol və şəkər xəstəlikləri, immunitet sisteminin güclü saxlanmasında və bu kimi digər hallarda məsləhət görülən çörəkotu mükəmməl bir bitkidir. Çörəkotunun faydaları bunlarla bitmir. Bu bitkinin saç və dəriyə qulluq üçün də dəstəkləyici rolu var. Aparılan araşdırmalar çörəkotunun […]

Azərbaycanda Stalinin heykəlinin hələ də qaldığı yer – FOTOLAR

Bura Azərbaycandır. Qax rayonunun Əlibəyli kəndi.. Şəkildəki heykəl isə keçmiş SSRİ-nin qurucularından biri, sovet imperiyasının ən uzunmüddətli rəhbəri İosif Satalinə məxsusdur. SSRi-nin dağılmasından uzun müddət keçməsinə baxmayaraq, Əlibəyli kəndində vaxtilə “Xalqlar atası” adlandırılan İosif Stalinin heykəli hələ də qalmaqdadır. Turkustan.info-nun məlumatına görə, Stalinin heykəlinin yeni fotoşəkillərini sabiq deputat Etibar Hüseynov sosial […]

İrəvan KTMT-də oyuna girdi və uduzdu – Şərh

KTMT-də Paşinyanin istəyinə nail olmamasında Azərbaycanın da rolu az deyil. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib. O bildirib ki, Azərbaycanın Belarus və Qazaxıstanla çox sıx əlaqələri var: “KTMT-yə rəhbərliyin Ermənistana verilməməsi ölkədə Paşinyana qarşı qəzəb yaradacaq. Ancaq özü bunun […]

Türkiyə və ABŞ prezidentləri Parisdə görüşdülər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə ABŞ lideri Donald Tramp ilə görüşüb. Turkustan.info “Anadolu” agentliyinə istinadla xəbər verir ki, görüş Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Parisə gəlmiş dünya liderlərinin şərəfinə Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilən ziyafətdə baş tutub. Axşam yeməyi zamanı yan-yana oturan Rəcəb Tayyib Ərdoğan və Donald […]

İslam dini və “Quran” hələ belə təhqir edilməmişdi – 18+

Facebook sosial şəbəkəsində müsəlmanları hiddətləndirəcək yeni fotolar paylaşılıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, şəkillərdə 3 fərqli qadının intim yerlərinə müsəlmanların müqəddəs kitabı sayılan “Qurani-Kərim”dən ayələr döymə etdirdikləri görünür. Görüntülər sosial şəbəkədə paylaşılıb və ciddi əks reaksiya ilə qarşılanıb. Həmin fotoları şərhsiz təqdim edirik: